Pekinin Rusiya və İranla bağlı öz planları var... .....                     Xəzər Türklərinə aid qeyri adi toqqa .....                     Azərbaycana daxil olan humanitar yardımlar azalıb .....                     Maaş kartını rəisə vermədi, işdən çıxarıldı .....                     BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub .....                     Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib .....                     Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi .....                     20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi .....                     Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər .....                     Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                     Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi .....                     “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                     "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" .....                     ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? .....                     Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu .....                     Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı .....                     "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" .....                     Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? .....                     Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT .....                     Cənubda EKOTERROR DAVAM EDİR... .....                     “İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir .....                     İrəvandan sülhə qarşı SABOTAJ .....                     FHN 289 min manata 2 ədəd “Toyota” alır .....                     Rusiya Ermənistana qapıları bağlayır? .....                     “Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?” .....                     Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ .....                     Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi .....                     Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır .....                     "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." .....                     Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır .....                     Robert Köçəryanın həbsi üçün icazə istənildi .....                     Türk Zəngi Dövləti pulu .....                     "Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" .....                     İsrail olmasaydı, Amerika olmazdı .....                     Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: .....                     "Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                 

"Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır" – ŞOK İDDİA
Tarix: 10-06-2026, 11:29 | Çap et

Ana südü körpənin həyatının ilk aylarında ehtiyac duyduğu bütün əsas qida maddələrini özündə birləşdirən ən təbii və təhlükəsiz qidalanma mənbəyidir. Mütəxəssislərin fikrincə, ana südü uşağın immun sisteminin formalaşmasında mühüm rol oynayır və onu bir çox infeksiya və xəstəliklərdən qorumağa kömək edir. Bu qidalanma forması yalnız fiziki inkişafı deyil, körpə ilə ana arasında emosional bağın güclənməsini də təmin edir.

Araşdırmalar göstərir ki, ana südü ilə qidalanan uşaqlarda bir sıra sağlamlıq problemlərinin yaranma riski daha aşağı olur. Eyni zamanda, ana südü körpənin yaşına və ehtiyaclarına uyğun olaraq tərkibini dəyişə bilən yeganə təbii qidadır. Buna görə də mütəxəssislər həyatın ilk dövrlərində ana südü ilə qidalanmanı uşağın sağlam gələcəyinə qoyulan ən mühüm investisiyalardan biri hesab edirlər.

Ana südü ilə qidalanmanın təşviqi istiqamətində çağırışlar səslənsə də, bu sahədəki mövcud vəziyyətlə bağlı narahatlıqlar qalmaqdadır. Moderator.az-a məsələni şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov bir sıra diqqətçəkən məqamlara toxunub.

Eyub Hüseynov qeyd edib ki, bildiyiniz kimi, bir neçə il əvvəl ölkəmizdə erkən yaşlı körpələrin qidalanmasına dair qanun qəbul olunub. Həmin qanunun qəbulunda mən də iştirak etmişəm və qanun mümkün qədər süni qidaların istifadəsinin məhdudlaşdırılmasına yönəlib. Təəssüf ki, qanunda nəzərdə tutulan bir çox tələblər bu günə qədər yerinə yetirilmir:

"Məsələn, qanuna əsasən körpə qidası distribüterlərinin pediatrlarla əlaqələri qəti şəkildə qadağan olunub. Lakin reallıq göstərir ki, pediatrların əksəriyyəti körpə qidası distribüterlərinin təsiri altındadır. Təsadüfi deyil ki, ölkədə körpə qidalarının qiyməti həddindən artıq yüksəkdir. Çünki bu sistemdə pediatrların da müəyyən rolu var. Azərbaycan dünyanın azsaylı ölkələrindən biridir ki, körpə dünyaya gələn kimi anadan ayrılır və doğum evlərində ona süni qida verilir. İlk süni qidanı qəbul edən uşaq sonradan anaya yaxın durmaq istəmir, çünki həmin qidanı daha rahat şəkildə əldə edir. Bu proses təsadüfi deyil, bilərəkdən həyata keçirilir. Çox təəssüf ki, körpə qidası distribüterləri doğum evlərinə yol tapa biliblər.

Bu fəaliyyət son dərəcə gizli şəkildə aparılır. Hətta onların izlərini doğum evlərində körpələr üçün ayrıca otaqların yaradılmasında da görmək mümkündür. Beynəlxalq təcrübə göstərir ki, körpə doğulan kimi ananın sinəsi üzərinə qoyulmalı, hətta bir neçə saat həmin vəziyyətdə saxlanmalıdır. Belə olduqda, anada süd olmasa belə, sonradan südün gəlməsi mümkün olur. Təəssüf ki, bizdə bunun əksi baş verir.

Azad İstehlakçılar Birliyi illərdir bu problemləri ifşa edir, belə pediatrları və doğum evlərini ictimaiyyətə tanıtmağa çalışır. Ana südü ilə əmizdirmənin təşviqi ilə bağlı müxtəlif təşəbbüslər də mövcuddur. Lakin bu istiqamətdə fəaliyyət göstərən insanlar birləşərək problemin qarşısında ciddi mübarizə apara bilmirlər.

Mən uzun illər ana südü ilə əmizdirmə faizinin Avropa ölkələrindən geri qaldığını və təxminən 44-45 faiz təşkil etdiyini deyirdim. Lakin iki il əvvəl UNICEF-in Azərbaycanda keçirdiyi beynəlxalq konfransda bu sahənin tanınmış həkimləri bildirdilər ki, ölkədə ana südü ilə əmizdirmə faizi 25 faizdən yuxarı deyil. Bu, son dərəcə acınacaqlı göstəricidir".

Sədr vurğulayıb ki, bütün bu proseslər o qədər gizli və ört-basdır edilmiş şəkildə aparılır ki, onları müəyyən etmək çox çətindir:

"Qeyd etdiyim kimi, bunun nəticələrini uşaqların müxtəlif xəstəliklərə daha çox yoluxmasında, zəif inkişaf etməsində, immunitetlərinin aşağı düşməsində, eləcə də doğum evindən çıxan anaların düşüncələrində görmək mümkündür. Körpə qidası analara öz istəkləri ilə verilmir. Bu məhsullar pediatrların təsiri ilə tövsiyə olunur və valideynlər də onları istifadə etməyə məcbur qalırlar. Bundan başqa, digər ölkələrdən fərqli olaraq Azərbaycanda körpə qidaları demək olar ki, hər yerdə satılır. Bir çox ölkələrdə isə bu məhsullar yalnız ixtisaslaşmış mağazalarda satışa çıxarılır və əlçatanlığı məhdud olur. Çünki təcrübə göstərir ki, körpəsi ağlayan ana həmin məhsulu gördükdə dərhal alternativ qidalanma vasitəsi kimi onu seçmək barədə düşünür.

Qanunda çox ciddi müddəalardan biri də körpə qidalarının üçüncü ölkələr vasitəsilə idxalının qadağan edilməsidir. Lakin biz görürük ki, bu gün də həmin məhsulların üçüncü ölkələr üzərindən Azərbaycana gətirilməsi davam edir. Bir sözlə, qiymət artımı və körpələrin ana südü ilə qidalandırılmaması bir çox mənfi nəticələrə səbəb olur. Bu, yalnız qidalanma məsələsi deyil, eyni zamanda uşaqların sağlamlığında da özünü göstərən ciddi problemdir.

Hətta vəziyyət o həddə çatmışdı ki, dörd il əvvəl Azərbaycanda eşşək ferması yaradılması təşəbbüsü irəli sürülmüşdü ki, körpələr onun südü ilə qidalansınlar. Azad İstehlakçılar Birliyi bununla bağlı ciddi mübarizə apardı və həmin təşəbbüsün qarşısını aldı. Bəzi media qurumlarında belə eşşək südünün guya ana südünü əvəz edə bilməsi ilə bağlı təbliğat da aparılırdı.

Halbuki qanunda açıq şəkildə göstərilir ki, körpə qidaları barədə harada məlumat verilirsə, orada mütləq qeyd olunmalıdır ki, ana südü əvəzolunmazdır və körpələr ana südü ilə qidalandırılmalıdır. Təəssüf ki, qanunun bu tələbi də yerinə yetirilmir. Çox təəssüf ki, uşaq hüquqlarının qorunması istiqamətində mühüm fəaliyyət göstərən UNICEF-in Azərbaycandakı fəaliyyəti də məhdudlaşdırılıb. Hesab edirəm ki, müvafiq dövlət qurumları və pediatrlar bu məsələyə ciddi diqqət yetirməli, qanunun tələblərinin pozulmasına yol verən şəxslərə qarşı tədbirlər görülməli və qeyd olunan qanun normaları Azərbaycanda tam şəkildə icra olunmalıdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Bu gün, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Bu gün, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Bu gün, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Bu gün, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Bu gün, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Bu gün, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Bu gün, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Bu gün, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Bu gün, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Bu gün, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Bu gün, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Aİ Rusiya məhdudiyyətlərinin təsirini azaltmaq üçün Ermənistana təcili ticarət dəstəyi hazırlayır - “Financial Times”
Bu gün, 10:18
"Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
Bu gün, 10:17
Rusiya Ermənistan maşınlarını sərhəddən buraxmır - Kreml İrəvanı SIXIR...
Bu gün, 10:01
Robert Köçəryanın həbsi üçün icazə istənildi - “Joqovurd”
Bu gün, 09:55
Türk Zəngi Dövləti pulu - FOTO
Bu gün, 09:39
"Bu islahatın əsas əhəmiyyətini üç istiqamətdə qiymətləndirmək mümkündür" - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 09:30
İsrail olmasaydı, Amerika olmazdı - ABŞ səfiri
Bu gün, 09:27
Şirkət rəhbərinin 227 minlik dələduzluq işi: - vətəndaşlara müxtəlif vədlər verdi
Bu gün, 08:35
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru