“Aznuts” MMC nizamnamə kapitalının 19800 manatdan 9900 manata azaldıldığını elan edir.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 9900 manat azaldılıb.
Kreditorlar öz tələblərini Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsi ev 1 ünvana təqdim edə bilərlər.
Xatırladaq ki, MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Azər Vəliməmmədovdur.








