Beləliklə, Moldovadan, Ukraynadan sonra Ermənistan da Rusiyanın təsir dairəsini tərk etdi. Paşinyanın islahatçı komandası qarşıdakı 5 il ərzində Avropa İttifaqı ilə vizasız rejimə nail olacaq, Qərblə iqtisadi bağları möhkəmlədəcək, ölkəyə milyardlarla investisiyaları cəlb edəcək. Yalnız ABŞ Ermənistanın texnoloji inkişafına və süni intellektin inkişafına 5 milyard dollar yatırım edəcək.
Bu gedişlə Ermənistanın iqtisadiyyatı yaxın illərdə Qafqazın lokomotivinə çevrilə bilər. Rəqəmlərə diqqət yetirin: cari ilin 4 ayı ərzində Ermənistanda biznesin fəallığı 4.1% artıb, inşaat sektoru isə fantastik nəticə göstərib - 22.9% artım! Sənaye sektorunda inkişafa nəzər yetirin: 13%. Xidmət sektoru: 13%.
Bununla yanaşı, Heritage Foundation-ın qiymətləndirməsinə görə, iqtisadi azadlıqların İndeksinə görə, 184 ölkə arasında Ermənistan 52-ci yerdədir…
Düşünmək üçün maraqlı rəqəmlərdir, elə deyilmi?
Müəllif: Eynulla Fətullayev - "DİA-AZ"









