Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR .....                     "Bu nə ədalətsiz dünyadır belə?" .....                     Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR .....                     "Məncə bu sizin hoqqanızdır..." .....                     "Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", .....                     Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? .....                     Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? .....                     Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? .....                     Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır .....                     Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                 

Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Tarix: Bu gün, 06:12 | Çap et

Ermənistanın xarici siyasətdə Qərbə yönəlmək cəhdləri fonunda, Moskvanın İrəvana qarşı ən güclü rıçaqı olan "qaz kartı" yenidən dövriyyəyə girib. Seçki kampaniyası dövründə Rusiyadan Ermənistana satılan mavi yanacağın qiymətinin artırılacağı barədə gələn bəyanatlar və Ermənistan rəsmilərinin buna verdiyi narahat cavablar iki ölkə arasında yeni bir böhranın qapıda olduğunu göstərir.

Xatırladaq ki. Ermənistanın qaz infrastrukturu tamamilə Rusiyanın nəzarətindədir. Belə ki, ölkənin daxili qaz paylayıcı şəbəkəsi olan "Gazprom Armenia" CJSC bütövlükdə Rusiyanın dövlət nəhəngi "Gazprom"a məxsusdur. Ermənistanın illik qaz tələbatı təxminən 2.6 - 2.8 milyard kubmetr arasında dəyişir. Bunun təxminən 82-85%-i birbaşa Rusiyadan (Gürcüstan vasitəsilə keçən magistral kəmərlə) idxal olunur.

İrandan gələn qaz (illik ~400-500 milyon kubmetr) isə daxili bazara və əhaliyə verilmir. Bu qaz "İran-Ermənistan" kəməri vasitəsilə gəlir və birbaşa İrəvan İstilik Elektrik Stansiyasında (İES) elektrik enerjisinə çevrilərək, İrana geri qaytarılır (1 kubmetr qaz müqabilində 3 kilovat/saat elektrik enerjisi). Yəni, İran qazı Ermənistanın Rusiyadan asılılığını sıfırlamaq gücündə deyil.

Ermənistanı Rusiyadan uzunmüddətli asılı vəziyyətə salan əsas sənəd 2013-cü ilin dekabrında imzalanmış və xalq arasında "Qaz Müqaviləsi" kimi tanınan strateji sazişdir. Bu müqaviləyə əsasən, "Gazprom" Ermənistanın qaz bazarında 2043-cü ilə qədər eksklüziv inhisar hüququ (monopoliya) qazanıb. Ermənistan hökuməti öhdəlik götürüb ki, bu müddət ərzində qazın qiymətləndirilməsi, tranziti və satışı ilə bağlı qərarlarda "Gazprom"un razılığı olmadan heç bir qanun dəyişikliyi edə bilməz.

Dövlət aktivlərinin borclar müqabilində Rusiyaya verilməsi prosesində İran-Ermənistan qaz kəmərinin Ermənistan ərazisindən keçən hissəsi (hətta borunun diametri belə Rusiyanın təzyiqi ilə kiçik saxlanılmışdı ki, böyük tranzit reallaşmasın) "Gazprom Armenia"ya satılıb.

Son günlər Rusiya tərəfindən qazın qiymətinin cari 165 dollardan (hər 1000 kubmetr üçün) yuxarı qaldırılacağına dair ciddi siqnallar və bəyanatlar gəlməkdədir.

Rusiya rəsmiləri və Kremlə bağlı iqtisadçı ekspertlər bəyan ediblər ki, mövcud 165 dollarlıq tarif artıq bazar reallıqlarını və inflyasiyanı əks etdirmir. "Gazprom" rəhbərliyinə yaxın dairələr Ermənistanın Qərblə (Aİ və ABŞ) hərbi-siyasi yaxınlaşmasını əsas gətirərək qeyd edirlər ki, "Moskva Ermənistana bu güzəştli qiyməti strateji müttəfiqlik çərçivəsində verirdi, İrəvan müttəfiqlikdən imtina edirsə, qazı dünya bazarı qiymətləri ilə (hər min kubmetr üçün minimum 220-250 dollar) almalıdır".

Ermənistan müxalifətini təmsil edən deputatlar parlamentdə bəyanat yayaraq bildiriblər ki, hökumətin apardığı avantürist xarici siyasət üzündən Rusiya bu qışdan etibarən qazın qiymətini kəskin qaldıracaq və bu da ölkədə bütün sahələrdə (çörəkdən tutmuş elektrik enerjisinə qədər) bahalaşmaya səbəb olacaq.

Paşinyan hökuməti bu bəyanatlara və real təhlükəyə olduqca ehtiyatlı və narahat cavablar verməyə başlayıb.

Ermənistan tərəfindən Rusiya ilə qaz danışıqlarını aparan baş nazirin müavini Mher Qriqoryan parlamentdə verdiyi rəsmi açıqlamada etiraf edib ki, qiymət məsələsi hər il olduğu kimi indi də müzakirə mövzusudur: "Biz çalışırıq ki, sərhəddə qazın qiymətinin sabitliyini qoruyub saxlayaq. Rusiya tərəfi ilə danışıqlar davam edir, lakin qiymətin artırılması Ermənistan iqtisadiyyatı üçün ciddi çətinliklər yarada bilər".

Baş nazir Nikol Paşinyan isə öz çıxışlarında mövzunu bir qədər yumşaltmağa çalışaraq qeyd edib ki, Ermənistan daxili bazarda diversifikasiya (alternativlər) üzərində işləyir və İrandan gələn qazın həcminin artırılması üçün texniki danışıqlar aparılır. Lakin hökumət rəsmiləri də qapalı qapılar arxasında etiraf edirlər ki, Rusiya qazı bahalaşacağı təqdirdə İrəvanın buna müqavimət göstərəcək real iqtisadi rıçaqı yoxdur.

Beləliklə, Moskva qazın qiymətini artırmaq təhdidi ilə Paşinyan hökumətinə baha başa gələcək iqtisadi ultimatum verir. Sərhəddə qiymətin hətta 30-40 dollar artması Ermənistanın daxili bazarında böyük inflyasiya dalğasına səbəb ola bilər. Bəs Ermənistan Rusiyanın qaz bazarındakı hökmran mövqeyini necə sarsıda bilər? Azərbaycan qazı alternativ mənbə rolunu oynaya bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış enerji eksperti İlham Şaban Pressklub.az-a şərhində bildirib ki, Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan olan enerji asılılığının azaldılmasından tez-tez danışsa da, real statistik göstəricilər tam fərqli mənzərəni ortaya qoyur. Belə ki, 2025-ci ildə Ermənistanın qaz balansının 82 faizindən çoxu məhz Rusiya qazının hesabına formalaşıb. “Bu fakt hələlik Moskvanın Ermənistanın qaz təhlükəsizliyində həlledici rolunu qoruyub saxladığını birmənalı şəkildə sübut edir", - o qeyd edib.

Ekspert Ermənistanın qaz bazarı haqqında real təsəvvür yaratmaq üçün mühüm statistik məlumatları diqqətə çatdırıb: "Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyasının rəsmi məlumatına görə, 2025-ci ildə ölkəyə ümumilikdə 2 milyard 705 milyon kubmetr qaz daxil olub. Bunun 2 milyard 229 milyon kubmetri Rusiyanın, 475.8 milyon kubmetri isə İranın payına düşüb. Onu da nəzərə almaq lazımdır ki, İran qazı birbaşa daxili bazara çıxmır, əsasən məlum 'qaz müqabilində elektrik enerjisi' sxemi ilə istifadə edilir. Həmçinin 2025-ci ildə və hazırda qüvvədə olan müqaviləyə əsasən, Gürcüstan-Ermənistan sərhədində Rusiya qazının qiyməti hər 1000 kubmetr üçün 165 dollar səviyyəsindədir. Bu rəqəmi həm 'Gazprom Armenia' şirkəti, həm də Paşinyan hökuməti rəsmən təsdiqləyib".

Azərbaycan qazı Ermənistan üçün real alternativ ola bilərmi?

İlham Şaban bu məsələdə maraqlı məqamların mövcud olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycandan Ermənistana "AI-95" markalı benzinin ixracına başlanılıb və bu, iki ölkə arasında enerji ticarətində ilk praktik nümunələrdən biri hesab olunur. Lakin qaz məsələsində vəziyyət xeyli mürəkkəbdir: "Texniki baxımdan Azərbaycan qazının Ermənistan ərazisinə ixracı Gürcüstan üzərindən tamamilə mümkündür və bu marşrutda heç bir problem yoxdur. Xatırlayırsınızsa, hətta 2021-ci ildə Rusiya qazı magistral kəmərdə aparılan təmir işləri zamanı müvəqqəti olaraq məhz Azərbaycan ərazisindən keçməklə Ermənistana çatdırılmışdı. Bu hadisə texniki imkanların mövcudluğunu əyani şəkildə nümayiş etdirir".

"SOCAR-ın Ermənistana ucuz qaz satması iqtisadi baxımdan məntiqsizdir"

Kommersiya tərəfinə toxunan ekspert bildirib ki, Ermənistana qaz satmaq hazırda Azərbaycan üçün cəlbedici görünmür və buradakı əsas əngəl qiymət amilidir: "Azərbaycan qazının Türkiyə və Avropa istiqamətində satışı ölkəmiz üçün qat-qat gəlirlidir. Ermənistan isə hazırda sərhəddə cəmi 165 dollar ödəyir. SOCAR-ın belə aşağı qiymətlə qaz satması iqtisadi baxımdan tamamilə məntiqsiz görünür. Sual oluna bilər ki, axı SOCAR təxminən həmin qiymətə Gürcüstana da qaz satır! Düzdür, lakin SOCAR həmin qazı birbaşa Gürcüstan hökumətinə satmır. Dövlət Neft Şirkəti özünün törəmə müəssisəsi olan 'SOCAR Georgia Gas' şirkəti vasitəsilə bu qiymətə topdansatış bazarından qazı alır, daha sonra özü yerli bazarda onu daha baha qiymətə pərakəndə sataraq biznes fəaliyyətini tam səmərəli şəkildə təmin edir".

Yaxın 3-5 il üçün ən real ssenari

Mərkəz rəhbəri yaxın gələcəklə bağlı proqnozlarını bölüşərək vurğulayıb ki, yaxın 3-5 ildə Ermənistanın Rusiya qazını tamamilə Azərbaycan qazı ilə əvəz etməsi real görünmür. Ekspertə görə, fərqli bir ssenari daha realdır: "Mənim qiymətləndirməmə görə, ən real ssenari İrandan alınan qazın həcminin təxminən 2 dəfəyədək artırılması ola bilər. Eyni zamanda, Azərbaycandan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Türkiyənin şərq vilayətlərinə göndəriləcək qazın tranzitinə görə Ermənistanın Azərbaycandan natural şəkildə (qaz olaraq) pay alması gözlənilir. Məhz bu amillərin hesabına gələcəkdə Rusiya qazının Ermənistan bazarındakı payının tədricən azalması baş verə bilər".

Politoloq Fərhad Məmmədov isə Pressklub.az-a şərhində xatırladıb ki, Rusiya postsovet ölkələrini cəzalandırmaq istəyərkən 3 növ cəza metodundan istifadə edir: “Birincisi – hakimiyyəti, ikincisi – dövləti, üçüncüsü isə birbaşa xalqı cəzalandırmaqdır".

Ekspert qeyd edib ki, Moskvanın Ermənistanda hakimiyyəti cəzalandırmaq addımları artıq işə düşüb: "Biz indi görürük ki, Ermənistanda hakimiyyətə yaxın olan, ölkə iqtisadiyyatına və ixrac qabiliyyətinə ciddi təsir göstərən şirkətlərə qarşı sanksiyalar tətbiq olunur. Məsələn, “Cermuk” suyunu istehsal edən ən böyük şirkət Baş nazir Nikol Paşinyanın vilayət rəhbəri təyin etdiyi şəxsə məxsusdur. Bu, bilavasitə Baş nazirə yaxın olan şəxsə qarşı sanksiyadır və artıq hakimiyyətə qarşı yönəlmiş sanksiyalar kateqoriyasına daxildir. Eyni zamanda dövlətə qarşı da müəyyən fəaliyyətlər var, yəni birbaşa dövlətin iqtisadiyyatına təsir göstərən addımlar atılır".

"Qazın kəsilməsi son addım olacaq"

F.Məmmədovun sözlərinə görə, Ermənistana verilən təbii qazın kəsilməsi isə birbaşa olaraq həm dövlətin, həm də xalqın cəzalandırılması deməkdir: "Bu addım, böyük ehtimalla, seçkilərdən sonra Ermənistan tərəfindən Avropa İttifaqına (Aİ) tərəf konkret addımlar atılacağı təqdirdə həyata keçirilə bilər. Bu, Rusiyanın Ermənistana qarşı son reaksiyalarından biri olacaq. Nəzərə almaq lazımdır ki, Aİ ilə Ermənistan arasında iqtisadi münasibətlər hələ Serj Sarkisyanın dövründə imzalanan müqavilə ilə tənzimlənir. Ermənistan və Avropa İttifaqı nə qədər bəyanat xarakterli qanun layihələri qəbul etsələr də, bu barədə danışsalar da, strateji gündəlik qəbul etsələr də, hələ ki, “CEPA+” müqaviləsinin qəbuluna gəlib çata bilməyiblər. Rusiya qabaqdangəlmişlik edərək bu məsələni seçkiqabağı dövrdə aktuallaşdırdı və bundan təzyiq vasitəsi kimi istifadə edir".

Politoloq vurğulayıb ki, Ermənistan iqtisadi baxımdan hələ ki Avropa İttifaqı ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoymayıb: "Maksimum nəticə nədir? Ermənistanda istehsal olunan bəzi məhsulların, məsələn, balığın Aİ-yə ixrac edilməsi haqqında qərar qəbul edilib. İndi xəbərlər yayılıb ki, Ermənistan Aİ ölkələrinə gül ixrac edəcək. Əslində, bu, qeyri-qanunidir. Çünki Aİ-nin öz standartları var və onlar erməni məhsullarını həmin standartlara uyğun şəkildə tam yoxlamamış bu işi görürlər".

Rusiya qazı kəsərsə, Azərbaycan Ermənistanı təmin edə bilərmi?

Ekspert, Azərbaycan qazının Ermənistana ötürülməsi ehtimalını belə şərh edib: "Azərbaycandan mavi yanacağın Ermənistana ötürülməsi üçün, birincisi, ödəniş forması və infrastruktur məsələsi həll olunmalıdır. İnfrastruktur baxımından Azərbaycan bunu artıq edib. 44 günlük müharibədən sonra “Qazprom” 3 aylıq fasilə verib öz kəmərlərini bərpa edərkən, Azərbaycan Gürcüstan vasitəsilə svop (əvəzləmə) şəklində Ermənistana qaz verirdi. Yəni Gürcüstan üzərindən bunu texniki olaraq etmək mümkündür.

Ödənişə gəldikdə isə, Azərbaycanda qaz ehtiyatlarının satışı neft kimi deyil. Məsələn, neft satışı son nöqtədə, Ceyhan limanında həyata keçirilə bilər. Qaz isə quyudan çıxarkən artıq əvvəlcədən kontraktlaşdırılır, yəni müqavilə bağlanır. Hazırda rəsmi müqavilə olmadığı üçün bunu birbaşa Ermənistana reallaşdırmaq mümkün deyil".

"Avropa Ermənistana kömək etmək istəyirsə..."

Fərhad Məmmədov Qərb dövlətlərinin bu böhrandan çıxış üçün istifadə edə biləcəyi maraqlı bir mexanizmi də açıqlayıb: “Avropa doğrudan da Ermənistana kömək etmək istəyirsə, Şərqi Avropa ölkələrinin birinə bizim satdığımız qazın pulunu digər mənbələrdən ödəyib, svop əməliyyatını Gürcüstanda həyata keçirə bilər. Məsələn, Çexiya, Slovakiya və ya Macarıstan üçün nəzərdə tutulan qaz ehtiyatlarının dəyəri Avropada həmin ölkələr tərəfindən ödənilir, onlar üçün nəzərdə tutulan qaz həcmləri isə Gürcüstan vasitəsilə Ermənistana ötürülür. Beləliklə, həm infrastruktur, həm də ödəniş baxımından bu prosesi reallaşdırmaq mümkün hesab edilir. Lakin mən düşünmürəm ki, Rusiya yaxın zamanlarda Ermənistana qazın kəsilməsi ilə bağlı kəskin qərar qəbul etsin".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda sığorta olunmaq RİSQƏ BƏRABƏRDİR - FAKT BUDUR!
Bu gün, 07:31
"Bu nə ədalətsiz dünyadır belə?" - Nura Suri
Bu gün, 07:25
Alimlərin maaşları BUNA GÖRƏ ARTMIR - "Başkəsən, oğru, saxtakar..."
Bu gün, 07:15
"Məncə bu sizin hoqqanızdır..." - ETİRAZ
Bu gün, 07:06
"Görüş üçün dəqiq bir tarix təyin etməyi təklif edirəm", - AÇIQ MƏKTUB
Bu gün, 06:44
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
Bu gün, 06:24
Gəlir bərabərsizliyi: Qazancımız niyə eyni deyil? - Ekspert deyir ki...
Bu gün, 06:14
Rusiya Ermənistanın “qazını” alsa, Azərbaycan nə edəcək? - Görünəni odur ki...
Bu gün, 06:12
Rusiya bazarı Azərbaycanda bahalaşma yaradır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:10
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Dünən, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Dünən, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru