Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Şevtsov Ermənistanın Ukraynanın 2013-2014-cü illərdə yaşadığı proseslərə bənzər yol tutduğunu iddia edib.
Globalinfo.az-ın xəbərinə görə, “Vesti” telekanalına müsahibə verən Şevtsov bildirib ki, İrəvanın gələcəkdə Ukraynanın üzləşdiyi vəziyyətlə qarşılaşmaması üçün bu istiqamətdə ciddi nəticələr çıxarması vacibdir.
“Ermənistan mahiyyət etibarilə Ukraynanın 2013-2014-cü illərdəki təcrübəsini təkrarlayır. İrəvan eyni yolla getməmək və analoji vəziyyətlə üzləşməmək üçün ciddi düşünməlidir”, – deyə o qeyd edib.









