Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan üçün Ukrayna ssenarisi?

Ermənistan üçün Ukrayna ssenarisi?


Bu gün, 05:58

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Şevtsov Ermənistanın Ukraynanın 2013-2014-cü illərdə yaşadığı proseslərə bənzər yol tutduğunu iddia edib.

Globalinfo.az-ın xəbərinə görə, “Vesti” telekanalına müsahibə verən Şevtsov bildirib ki, İrəvanın gələcəkdə Ukraynanın üzləşdiyi vəziyyətlə qarşılaşmaması üçün bu istiqamətdə ciddi nəticələr çıxarması vacibdir.

Ermənistan mahiyyət etibarilə Ukraynanın 2013-2014-cü illərdəki təcrübəsini təkrarlayır. İrəvan eyni yolla getməmək və analoji vəziyyətlə üzləşməmək üçün ciddi düşünməlidir”, – deyə o qeyd edib.


Geri qayıt