Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə .....                     Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır .....                     Paşinyan Putinin qarşısından geri çəkildi .....                     Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? .....                     Paşinyan axırda Avropaya qaçacaq .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... .....                     Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi .....                     "Azəristiliktəchizat" auditor seçib .....                     "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" .....                     "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" .....                     Ermənistana dəstəyi davam etdirəcəyik .....                     Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur .....                     ATB digər bankdakı iştirak payını dayandırıb .....                     Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI .....                     Paşinyan nə qədər səs toplayacaq? .....                     Neftin qiyməti yenidən yüksəldi .....                     Ağsunun Bico kəndi boşalır: .....                     Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək .....                     Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? .....                     “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir .....                     İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                     Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır .....                 

“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Tarix: Bu gün, 16:37 | Çap et

Ermənistan postsovet məkanında ən mürəkkəb geopolitik transformasiya mərhələsindən keçməyə çalışır, Rusiyadan dərin iqtisadi, enerji və təhlükəsizlik asılılığı “keçilməz uçurum” effekti verir... Paşinyan hakimiyyəti isə seçkidə qalib gələcəyi təqdirdə, Avropa Birliyi ilə yaxınlaşmaq, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması və blokadadan çıxmaq kimi hədəfləri ön plana çəkməkdə israrlıdır...

Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, bu ölkənin gələcək geopolitik siyasi istiqaməti ətrafında qarşıdurma daha da kəskinləşir. Son vaxtlar həm Rusiya-Belarus İttifaqından, həm də Ermənistanın hakimiyyət və müxalifət düşərgələrindən verilən açıqlamalar onu göstərir ki, problem yalnız növbəti parlament seçkiləri ilə bağlı deyil. Çünki hazırda Ermənistan həm də uzunmüddətli perspektiv üzrə strateji seçim etmək məcburiyyətində qalıb. Yəni, Avropa Birliyi ilə yaxınlaşma siyasəti, Avrasiya İqtisadi İttifaqında qalıb-qalmamaq məsələsi, Rusiya ilə münasibətlərin gələcəyi, enerji təhlükəsizliyi və regionda dəyişən geopolitik reallıqlar Ermənistanı son onilliklərin ən mürəkkəb strateji qərarlarından biri ilə üz-üzə qoyub.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Ermənistana yönəlik təzyiq kampaniyasına Belarus prezidenti Aleksandr Lukaşenko da qoşulub. Belə ki, o, Ermənistanın Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsində tələsməməli olduğunu bildirərək, Ukrayna örnəyini xatırladıb. Onun fikrincə, Ukraynada baş verən hadisələr də məhz geopolitik seçim ətrafında yaranan qarşıdurmalardan sonra inkişaf edib. Və Ermənistanın da buna bənzər vəziyyətə düşməsi bütövlükdə Cənubi Qafqaz region üçün yeni təhlükəsizlik riskləri yarada bilər.

Əslində, Belarus prezidenti Aleksandr Lukaşenkonun bu bəyanatı Rusiyanın son illərdə postsovet məkanında formalaşdırmağa çalışdığı əsas geopolitik arqumentlərinn təkrarıdır. Kreml iddia edir ki, Qərb ilə Rusiya arasında seçim qarşısında qalan dövlətlər həm də geopolitk rəqabətin ön xəttinə çevrilirlər. Və bunun nəticəsində də həmin dövlətlər mütləq daxili sabitlik, iqtisadi inkişaf, eləcə də təhlükəsizlik problemləri ilə üzləşirlər.

Digər tərəfdən, Belarus lideri Ermənistanın gələcək qaz tranziti və yeni enerji layihələri ilə bağlı perspektivlərini də ciddi şəkildə şübhə altına alıb. Onun sözlərinə görə, rəsmi İrəvanın bəzi enerji layihələri barədə iddialı fikirləri iqtisadi və coğrafi reallıqlarla qətiyyən uzlaşmır. Onun bu mövqeyi də elə Kremlin enerji siyasəti ilə tamamilə üst-üstə düşür. Belə ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk də açıq şəkildə bildirib ki, Ermənistan üçün Rusiya qazına alternativ mənbə faktiki olaraq, mövcud deyil. Onun fikrincə, əsas problem qazın haradan alınması deyil, hansı mexanizmlə və hansı vasitəçilər üzərindən əldə olunacağı ilə bağlıdır.

Maraqlıdır ki, Kremlin bu arqumentləri əslində, müəyyən qədər real iqtisadi əsaslara söykənir. Çünki Ermənistanın enerji sistemi uzun illər ərzində məhz Rusiyanın bu sahə üzrə infrastrukturu ilə sıx inteqrasiya olunub. Ona görə də, Ermənistanın qaz təchizatında Rusiyanın dominant mövqeyi davam edir. Və Ermənistan üçün alternativ enerji marşrutlarının yaradılması hazırda həm böyük maliyyə resursları, həm də mürəkkəb regional razılaşmalar tələb edir.

Bu baxımdan, Rusiyanın Avropa istiqamətində sürətli geopolitik dönüşün Ermənistana ciddi iqtisadi risklər yaradacağını vurğulaması, əslində, rəsmi İrəvana təzyiq cəhdidir. Kremldə anlayırlar ki, enerji faktoru Rusiyanın Ermənistan üzərində təsir imkanlarını qorumaq üçün əsas vasitələrdən biridir. Ancaq Paşinyan hakimiyyəti hesab edir ki,Ermənistanın uzunmüddətli inkişafı üçün iqtisadi və siyasi əlaqələrin şaxələndirilməsi vacibdir. Və bu baxımdan, rəsmi İrəvan hazırda Avropa Birliyi ilə əməkdaşlığını genişləndirməsinə cəhd göstərir.

Bununla belə, Paşinyan hakimiyyəti balans siyasətini davam etdirməyə də çalışır. Belə ki, baş nazir Nikol Paşinyan artıq dəfələrlə Ermənistanın Rusiya ilə münasibətlərini qoruyacağını, üstəlik, daha yeni formatda inkişaf etdiriləcəyini də vurğulayıb. Onun sözlərinə görə, Kremllə münasibətlər açıq və şəffaf xarakter daşıyır, tərəflər heç bir problemi gizlətmədən müzakirə edə bilirlər. Erməni baş nazirin bu mövqeyi onu göstərir ki, rəsmi İrəvan indiki mərhələdə Rusiya ilə açıq qarşıdurmadan yayınmağa çalışır. Və buna paralel olaraq, Avropa Birliyi ilə əməkdaşlıq da dərinləşdirilir.

Bütün bunlardan belə anlaşılır ki, Ermənistan yaxın perspektivdə Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil. Paşinyan hakimiyyəti hesab edir ki, əgər, Avropa Birliyinə üzvlük mövzusu real siyasi gündəliyə çevrilərsə, onda bu barədə yekun qərar ümumxalq referendumu ilə verilə bilər. Bu yanaşma əslində, Paşinyan hakimiyyətinin geopolitik balanslaşdırma strategiyasını əks etdirir. Yəni, Ermənistanın həm Rusiyanın iqtisadi və təhlükəsizlik sistemində qalmasına, həm də Qərblə yaxınlaşma siyasətinin inkişafına cəhd göstərilir.

Ancaq Rusiyanın agentura şəbəkəsinin liderləri sırasında yer alan keçmiş prezident və hərbi cinayətkar Robert Köçəryan Paşinyan hakimiyyətinin xarici siyasət kursunu sərt şəkildə tənqid edir. Onun fikrincə, Ermənistanın Rusiya və Aİİ ilə münasibətlərinin zəifləməsi ölkə iqtisadiyyatına ağır zərbə vura bilər. Və Ermənistan geopolitik qarşıdurmanın mərkəzinə çevriləərsə, "Ukrayna ssenarisi"nə bənzər nəticələr də qətiyyən istisna deyil.

Maraqlıdır ki, ABŞ lideri Donald Trampdan sonra, “Ukrayna ssenarisi” ilə təhdid olunan Paşinyan hakimiyyətinə dəstək prosesinə prezident Volodimir Zelenski də qoşulub. O, bildirib ki, Avropa Birliyi Ermənistanı, Moldovanı, Baltikyanı ölkələri və regionun digər dövlətlərini dəstəkləməlidir. Prezident Volodimir Zelenskinin bu mövqeyi əslində, Ukrayna savaşının yaratdığı yeni geopolitik reallığın tərkib hissəsidir. Çünki Qərb və Rusiya arasındakı rəqabət artıq yalnız Ukrayna ilə məhdudlaşmır. Bu qarşıdurmanın real təsirləri Moldova, Gürcüstan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionunda da hiss olunmaqdadır.

Bütün bunlarla yanaşı, Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə normallaşma siyasətini də Ermənistanın yeni strategiyasının əsas tərkib hissəsinə çevirməyə çalışır. Belə ki, baş nazir Nikol Paşinyan son açıqlamalarında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin davam etdiriləcəyini xüsusi olaraq, vurğulayır. Onun fikrincə, məhz Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması Ermənistanın regional blokadadan çıxması, yeni iqtisadi inkişaf imkanları qazanması, eləcə də, xarici siyasət balansını gücləndirməsi baxımından, böyük önəm daşıyır.

Göründüyü kimi, hazırda Ermənistan postsovet məkanında ən mürəkkəb geopolitik transformasiya mərhələsindən keçməkdədir. Belə ki, bir tərəfdə Rusiya ilə dərin iqtisadi, enerji və təhlükəsizlik əlaqələri dayanır. Digər tərəfdə isə Avropa Birliyi ilə yaxınlaşma və regional nəqliyyat-kommunikasiya xətlərinin açılma perspektivləri mövcuddur. Kreml və ona bağlı qüvvələrin təhdidkar açıqlamaları isə Rusiyanın Ermənistana Avropa istiqamətli seçimlə bağlı aqressiv əngəllər törədəcəyini göstərir. Və Paşinyan hakimiyyətinin seçkidə qalib gələcəyi təqdirdə, Ermənistanı Rusiyadan gözlənilən ciddi təhlükələrdən yayındırmaq məcburiyyətində qalacağı qətiyyən şübhə doğurmur.

Ona görə də, belə anlaşılır ki, Ermənistanda səsvermə günü yaxınlaşan növbəti parlament seçkiləri yalnız hakimiyyət uğrunda siyasi mübarizə prosesi deyil. Belə ki, bu seçkilər həm də Ermənistanın gələcək geopolitik mövqeyni, regiondakı rolunu və böyük güclər arasındakı qarşıdurmada tutacağı yeri də müəyyən edə bilər. Və bu, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasına da ciddi şəkildə təsir göstərə biləcək önəmli faktordur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Bu gün, 17:45
Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Bu gün, 17:29
Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26
Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20
Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16
"Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12
"Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11
"Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07
Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04
Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01
ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55
Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52
Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47
Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40
“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Bank geridə qaldığından... - Müştərisi MƏSLƏHƏTÇİYƏ ÇEVRİLDİ...
Bu gün, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru