İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                     Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır .....                     Bəzi yerlərdə duman olacaq .....                     Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi .....                     "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" .....                     Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: .....                     Bu da Xoşqədəmin böyük oğlu .....                     Şağanda obyekt qalmaqalı .....                     “Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə .....                     Vüsal Nəsirli onu müdir müavini təyin etdi .....                     Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib .....                     Bank geridə qaldığından... .....                     Başçı bayramı FÜRSƏT BİLİB... .....                     Fransa Ermənistanda hərbi baza yaradır? .....                     İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? .....                     "Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" .....                     “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     AYNA dayanacaqların təmiri üçün .....                     Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb .....                     Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir .....                     Bakıda marketdə qadın müştəri kassiri döydü .....                     Kremldən İrəvana gözlənilməz diplomatik jest .....                     Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib .....                     “Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Güldürməsə də, qıdıqlayan Mənsur Şərif .....                     "Finans Kredit" BOKT-un xalis mənfəəti .....                     Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq .....                     Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş .....                     “Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: .....                     Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... .....                 

Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Tarix: Bu gün, 13:13 | Çap et

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 1-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasiminləri keçirilib.
“Baku Energy Week” öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Tədbirdə 44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev qeyd edib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, - deyə Prezident əlavə edib.
Dövlətimizin başçısı bildirib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
İldən ilə Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi mütləq artacaq. Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: “30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək”.
Qeyd edilib ki, bu gün ölkəmiz öz tərəfdaşları ilə enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edir. Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.
Həmçinin dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açıldığı bildirilib. Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.
Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Bu gün tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib.
Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Bank geridə qaldığından... - Müştərisi MƏSLƏHƏTÇİYƏ ÇEVRİLDİ...
Bu gün, 11:41
Başçı bayramı FÜRSƏT BİLİB... - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? - HESABAT
Bu gün, 11:17
"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" - Paşinyan belə deyir...
Bu gün, 11:12
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 11:10
AYNA dayanacaqların təmiri üçün 420 min manat xərcləyəcək
Bu gün, 11:06
Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb
Bu gün, 10:56
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Bu gün, 10:49
Bakıda marketdə qadın müştəri kassiri döydü
Bu gün, 10:46
Kremldən İrəvana gözlənilməz diplomatik jest - Putin Paşinyana təcili məktub göndərdi!
Bu gün, 10:44
Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bu gün, 10:40
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Bu gün, 10:37
Güldürməsə də, qıdıqlayan Mənsur Şərif - Saffari yazır…
Bu gün, 10:35
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Bu gün, 10:31
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq qərardan NARAZIDIR
Bu gün, 10:29
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Rusiyaya güzəşt etməyəcəyik - Gevorq Papoyan belə deyir...
Bu gün, 10:02
PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... - NƏ BAŞ VERİR?
Bu gün, 09:56
50 milyon dollarlıq çevriliş planı - Putindən Paşinyana AÇIQ MÜHARİBƏ
Bu gün, 09:52
Axmaqlar İranla razılaşmaya mane olurlar - ABŞ Prezidenti
Bu gün, 09:48
"Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb
Bu gün, 09:44
DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib - DİQQƏT!
Bu gün, 09:43
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
Bu gün, 09:38
Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. - DAHA BİR ÖZBAŞINALIQ!
Bu gün, 09:32
Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gün, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru