Xalq artistindən həmkarlarına: .....                     Sürücü onu binaya buraxmayan mühafizəçini döydü .....                     Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub .....                     Rubio köməkçisini Azərbaycana niyə göndərib? .....                     Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə .....                     Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır .....                     Paşinyan Putinin qarşısından geri çəkildi .....                     Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? .....                     Paşinyan axırda Avropaya qaçacaq .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... .....                     Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi .....                     "Azəristiliktəchizat" auditor seçib .....                     "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" .....                     "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" .....                     Ermənistana dəstəyi davam etdirəcəyik .....                     Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur .....                     ATB digər bankdakı iştirak payını dayandırıb .....                     Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI .....                     Paşinyan nə qədər səs toplayacaq? .....                     Neftin qiyməti yenidən yüksəldi .....                     Ağsunun Bico kəndi boşalır: .....                     Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək .....                     Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? .....                     “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir .....                     İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                 

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 17:26 | Çap et

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ilk növbədə ölkənin iqtisadi modelinin tədricən dəyişməsinə gətirib çıxaracaq. Hazırda Rusiya bu prosesə Ermənistan məhsullarına məhdudiyyətlər qoymaqla, ucuz qaz, neft məhsulları və xam almaz üçün mövcud güzəştlərin ləğvi, miqrasiya problemləri yaradacağı barədə mesajlar verməklə, gömrük güzəştlərinin tarixə qovuşacağını xatırlatmaqla ciddi təzyiq göstərir.
Odur ki, Ermənistan üçün risklərin miqyası kiçik deyil. 2025-ci ildə ölkənin qaz idxalının 82 faizi Rusiyanın payına düşüb. Rusiya qazı Ermənistana 1000 kubmetr üçün 177,5 dollar qiymətinə satılır ki, daha çox əlverişli qiymətdir. Bu səbəbdən enerji məsələsi Ermənistan iqtisadiyyatının ən həssas istiqamətlərindən biri hesab olunur.

Ticarət sahəsində də asılılıq yüksək olaraq qalır. 2025-ci ildə Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bu göstərici Ermənistanın xarici ticarətinin 35,5 faizinə bərabər olub. Başqa sözlə, Rusiya hələ də Ermənistanın ən böyük iqtisadi tərəfdaşıdır.
Miqrasiya məsələsi də xırda məsələ deyil. Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan vətəndaşları Rusiyada əlavə iş icazəsi almadan çalışa bilirlər. Bu rejimin dəyişməsi Rusiyada yaşayan və işləyən ermənilər üçün həm gəlir, həm sosial təminat, həm də hüquqi status baxımından yeni risklər yaradacaq. Bu da Ermənistan üçün ciddi iqtisadi itki ola bilər.

Məsələyə Rusiya prizmasında baxanda da heç də yaxşı görünmür. Çünki məsələ təkcə Ermənistan məsələsi deyil. Ermənistanın Rusiyanın iqtisadi orbitindən uzaqlaşması Moskva üçün Cənubi Qafqazda daha geniş təsir itkisi deməkdir. Gürcüstan uzun illərdir Rusiya inteqrasiya layihələrindən kənardadır. Azərbaycan isə balanslı və müstəqil regional siyasət aparır. Bu baxımdan Ermənistanın da uzaqlaşması Rusiyanın regiondakı iqtisadi və siyasi təsir imkanlarının daha da zəifləməsi kimi qiymətləndirilir.

Bununla yanaşı, orta və uzun müddətdə Ermənistan üçün yeni imkanlar da yarana bilir. Əgər Azərbaycan ilə münasibətlər tam normallaşsa, Türkiyə ilə sərhədlər açılsa və regional kommunikasiya xətləri tam işlək vəziyyətə gəlsə, Ermənistan ilk dəfə olaraq qapalı iqtisadi modeldən regional tranzit modelinə keçmək şansı əldə edə bilər. Türkiyə bazarına çıxış logistika xərclərini azalda, ixrac imkanlarını genişləndirə və xarici investorlar üçün Ermənistanın cəlbediciliyini artıra bilər.

Avropa İttifaqı istiqamətində də proses sürətlənir. Hazırda Ermənistan ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş istiqamətində danışıqlar davam edir. 2025-ci ildə viza liberallaşdırılması üzrə fəaliyyət planı təqdim olunub və 2026-cı ildə ilk irəliləyiş hesabatı açıqlanıb. Avropa rəsmiləri bildirirlər ki, islahatlar davam edərsə, gələcək illərdə Ermənistan vətəndaşları üçün Şengen məkanına vizasız səfər real perspektivə çevrilə bilər. Bu isə təhsil, biznes, turizm və əmək mobilliyi baxımından yeni imkanlar yarada bilər.

Bundan əlavə, Avropa İttifaqı Ermənistan üçün 2,5 milyard avroya qədər investisiya proqramı, 270 milyon avroluq dayanıqlılıq və inkişaf paketi, enerji, nəqliyyat, rəqəmsal infrastruktur və biznes mühiti üzrə yeni layihələr üzərində işləyir. Bu vəsaitlər Ermənistanın iqtisadi transformasiyasına dəstək verə bilər.

Lakin bu keçid sürətli olmayacaq. Məncə, ilk 1-2 il Ermənistan üçün daha mürəkkəb adaptasiya mərhələsi olacaq. Ticarət axınlarının dəyişməsi, yeni logistika marşrutlarının formalaşması, texniki standartların uyğunlaşdırılması, enerji alternativlərinin yaradılması və investor etimadının formalaşması zaman tələb edir. Əsas iqtisadi nəticələrin daha çox 3-5 illik dövrdə görünməsi ehtimalı yüksəkdir.

Bununla belə, Rusiyanın Ermənistana qarşı ən sərt qaz təzyiqinə gedəcəyini düşünmürəm. Belə addım Ermənistan cəmiyyətində Rusiyaya münasibəti daha da pisləşdirə və Moskvanın onsuz da zəifləyən təsir imkanlarını sürətlə azalda bilər. Üstəlik, Rusiya üçün qaz satışı baxımından daha bir bazarın itirilməsi də əlavə iqtisadi yük yaradar.

Bu səbəbdən daha real görünən ssenari mərhələli təzyiq modelidir. Məhsul idxalına məhdudiyyətlər, siyasi mesajlar, miqrasiya ilə bağlı siqnallar və enerji güzəştlərinin mütəmadi şəkildə gündəmə gətirilməsi Moskva üçün daha çevik alətlər hesab olunur. Bu tip alətlərin üstünlüyü ondadır ki, onları istənilən vaxt yumşaltmaq və ya dayandırmaq mümkündür.

Bununla belə, prosesin sadə və ağrısız keçəcəyini düşünmürəm. Qısamüddətli dövrdə Ermənistan iqtisadiyyatı müəyyən itkilərlə üzləşə bilər. ÜDM artım tempinin zəifləməsi, bəzi sahələrdə istehsalın azalması, əhali gəlirlərinin aşağı düşməsi, investisiyalarda qeyri-müəyyənliyin yaranması və işsizlik riskinin artması mümkün ssenarilər sırasındadır.

Lakin orta və uzunmüddətli perspektivdən baxanda mən bu prosesi Ermənistan üçün daha çox müsbət istiqamətli addım hesab edirəm. Əgər Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşarsa, regional kommunikasiyalar açılarsa və Avropa bazarları ilə inteqrasiya dərinləşərsə, Ermənistan daha geniş bazarlara çıxış əldə edə, investisiya cəlbediciliyini artıra, iqtisadiyyatını şaxələndirə və bir iqtisadi mərkəzdən asılılığını əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə uzun müddətdə daha dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi model formalaşdırmaq imkanı yaradar.
Eldəniz Əmirov
İqtisadçı-ekspert - azvision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistindən həmkarlarına: - “Özünü aparmağı da bacarmalısan”
Bu gün, 18:19
Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ
Bu gün, 18:06
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
Bu gün, 18:04
Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Bu gün, 17:49
Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Bu gün, 17:45
Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Bu gün, 17:29
Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26
Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20
Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16
"Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12
"Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11
"Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07
Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04
Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01
ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55
Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52
Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47
Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40
“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru