"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" .....                     “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     AYNA dayanacaqların təmiri üçün .....                     Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb .....                     Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir .....                     Bakıda marketdə qadın müştəri kassiri döydü .....                     Kremldən İrəvana gözlənilməz diplomatik jest .....                     Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib .....                     “Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir .....                     Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: .....                     Güldürməsə də, qıdıqlayan Mənsur Şərif .....                     "Finans Kredit" BOKT-un xalis mənfəəti .....                     Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq .....                     Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş .....                     “Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: .....                     Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... .....                     Təhsilin fəlsəfəsi dəyişməlidir .....                     Rusiyaya güzəşt etməyəcəyik .....                     PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... .....                     50 milyon dollarlıq çevriliş planı .....                     Axmaqlar İranla razılaşmaya mane olurlar .....                     "Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb .....                     DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib .....                     ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir .....                     Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. .....                     Gömrük bəyannaməsi edənlərin nəzərinə: .....                     Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... .....                     YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... .....                     Bu dəfə qalib o oldu... .....                     ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb .....                     Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir .....                     Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir... .....                     "Tezliklə bu addımlar atılmalıdır..." .....                     AzəriQaz-da işçilər KÖLƏ KİMİ işlədilir .....                     Ağlını itirmiş Putinin SƏRSƏM GEDİŞLƏRİ.. .....                     Xərçəng müalicəsində ciddi irəliləyiş .....                     Bu DƏHŞƏTİN də memarları bizik... .....                     Plansız qurulan ailələr... .....                     DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı? .....                     Kişilər usağına pul istəmir... UŞAQ PULU İSTƏYİR... .....                 

Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Tarix: Bu gün, 10:10 | Çap et

KİV-lər yazır: ” ETN “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır. ETN və “OpenAI” arasında adaptiv öyrənmə platforması hazırlanması üzrə əməkdaşlıq edir. Platformanın “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur. Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur. Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək.”

KİV-lərin bu məlumatını və ETN ənənəvi PR aludəçiliyini nəzərə alsaq, bəzi suallar yaranır. Bu işləri OPEN Aİ edəcək, ETN də iş görüntüsü üçün adını ora yazacaq, necə ki, MS Teamsi adını dəyişib “Rəqəmsal məktəb” edib öz adına çıxmışdı? Yoxsa …

25 il distant təhsili qadağan edən bir qurumun adaptiv təhsil nəyinə lazımdır?

Təhsilimiz hələ də rəqəmsal yetkin deyil, ölkədə distant təhsil sistemi hələ də yoxdur, bu halda adaptiv təhsili keyfiyyətli qurmaq olarmı?

Adaptiv təhsil nəticədir, səbəb isə təhsil sisteminin rəqəmsallaşması, onun yetkinliyi, normal distant təhsil sisteminin mövcudluğudur.

Belə yarımçıq işlərlə alınan nəticələr də zəif olacaqdır, həmişə olduğu kimi.

Platforma xarici, tətbiq xarici, reklam və PR yerli? ETN ilə “Open Aİ” arasında adaptiv öyrənmə platformasının hazırlanmasına dair əməkdaşlıq xəbəri ilk baxışda müasir və perspektivli görünür. Rəsmi açıqlamalarda 500 min şagird üçün süni intellekt əsaslı fərdi öyrənmə, real vaxt monitorinqi, müəllim dəstəyi, fərdiləşdirilmiş tapşırıqlar, milli kurikuluma inteqrasiya kimi ambisiyalı hədəflər göstərilir. Lakin bu tip layihələrə yalnız texnoloji optimizm prizmasından baxmaq kifayət deyil. Burada həm texnoloji, həm pedaqoji, həm siyasi, həm də institusional aspektlər ciddi şəkildə analiz edilməlidir.

Bəs bu layihə həqiqi təhsil transformasiyasıdır, yoxsa texnoloji imic və ETN-nin PR layihəsidir?

Adaptiv təhsil nədir və niyə vacibdir?Əslində adaptiv öyrənmə modeli müasir təhsilin ən vacib istiqamətlərindən biridir. Bu modeldə sistem şagirdin səviyyəsini analiz edir, zəif və güclü tərəflərini müəyyən edir, fərdi tapşırıqlar verir, öyrənmə tempini uyğunlaşdırır, hər şagird üçün fərqli təhsil trayektoriyası qurur. Yəni “hamıya eyni dərs” modeli dəyişir.

Bu, klassik sinif modelinin əsas problemini həll etməyə çalışır, yəni, eyni sinifdə fərqli səviyyəli uşaqlara eyni tempdə tədris. Əgər bu düzgün qurularsa, texnologiya zəif şagirdi dəstəkləyər, güclü şagirdi inkişaf etdirər, müəllimin iş yükünü azaldar, təhsili daha fərdi edər. Yəni, ideyanın özü strateji baxımdan doğrudur.

Problem texnologiya deyil, təhsil sistemidir.

Təhsil sistemi yalnız platforma deyil. Təhsil sistemi pedaqogika, müəllim hazırlığı, kurikulum, idarəetmə mədəniyyəti, akademik azadlıq, məktəb fəlsəfəsi, düşüncə modeli deməkdir. Əgər təhsil sistemi özü formal, bürokratik, imitasiya xarakterli, statistika yönümlüdürsə, əzbərçiliyə əsaslanırsa, ən güclü texnologiya belə belə təhsil sistemini xilas edə bilməz. Hələ kurikuluun zəifliyini, dərsliklərin keyfiyyətsizliyini, məktədbə rəsmi təhsilin kölgə təhsilə uduzmasını demirik.

Təhsil sistemində illərlə yığılan çox ciddi problemlər həll edilməsə, menecerlərin peşəkarlığı artmasa, süni intellekt köhnə təfəkkürü avtomatik olaraq müasir etmir.

25 il distant təhsili bloklayan sistem, adaptiv təhsili necə dəstəkləyəcək?

Azərbaycan təhsil sistemi uzun illər distant təhsilə skeptik yanaşıb, rəqəmsal tədrisi ikinci dərəcəli sayıb, müəllimlərin texnoloji hazırlığını sistemli şəkildə qurmayıb, universitetlərdə onlayn təhsil mədəniyyəti formalaşdırmayıb. Pandemiya dövründə də bu problemlər açıq göründü. Belə ki, platforma çatışmazlığı, metodoloji zəiflik, müəllim hazırlığının aşağı səviyyəsi, formal iştirak, qiymətləndirmə problemləri. İndi isə birdən-birə “Sİ əsaslı adaptiv təhsil” konsepsiyasına keçid müəyyən suallar doğurur. Çünki adaptiv təhsil sadəcə texnologiya deyil, yüksək səviyyəli rəqəmsal pedaqogika tələb edir.

Əgər fundamental pedaqoji model dəyişmirsə, platforma yalnız rəqəmsal vitrinə çevrilə bilər.

Təhsildə də texnoloji suverenlik mühümdür.

Platforma xarici, texnologiya xarici, intellektual mülkiyyət xarici, PR isə yerli?

Bu durum təbii olaraq narahatlıq yaradır. XXI əsrdə məlumat, alqoritm, təhsil datası, istifadəçi davranışı, öyrənmə analitikası strateji resursa çevrilib. Əgər platforma xarici şirkətə məxsusdursa, əsas Sİ modeli xaricdədirsə, infrastruktur asılıdırsa, lokal mühəndislik məktəbi formalaşmırsa, onda ölkə texnologiya istifadəçisi olur, istehsalçısı yox.

Bu durum “rəqəmsal modernləşmə” deyil, “rəqəmsal asılılıq” riski yaradır.

PR problemi niyə yaranır?

Postsovet məkanında, xüsusən də ölkəmizdə çox vaxt texnologiya layihələri institusional transformasiya üçün yox, imic formalaşdırmaq üçün istifadə olunur. Bu modeldə beynəlxalq tərəfdaşlıq elan edilir, aktual terminlər işlədilir, forumlar keçirilir, pilot layihələr başlanır, amma sistem dəyişmir, müəllim hazırlığı zəif qalır, məktəbdə düşüncə modeli yenilənmir, nəticələr ölçülmür. Bu səbəbdən cəmiyyətdə “texnoloji PR” təəssüratı yaranır.

Əgər qərarlar mərkəzləşmiş qalırsa, məktəblər sərbəst deyilsə, müəllim yaradıcı tərəf yox, icraçı kimi qalırsa, onda Sİ sadəcə yeni nəzarət və monitorinq alətinə çevrilə bilər. Bu sanki, “Məktəblinin dostu”nun rəqəmsal versiyasıdır.

Adaptiv təhsil nəzarət sisteminə də çevrilə bilər

ETN-nin açıqlamasında xüsusi diqqət çəkən hissələrdən biri də “real vaxt rejimində fəaliyyət göstəricilərinin təqdim olunmasıdır.” Bu texniki baxımdan faydalı olsa da, müəyyən risk də yaradır. Əgər təhsil sistemi yalnız monitorinq, statistika, hesabat, performans təzyiqi məntiqi ilə işləyərsə, müəllim və şagird yaradıcı subyekt yox, rəqəmsal indikator obyektinə çevrilə bilər. Təhsildə ən təhlükəli hallardan biri “ölçülə bilən hər şeyin əsas sayılmasıdır.” Halbuki yaradıcılıq, xarakter, tənqidi düşünmə, mənəvi inkişaf tam ölçülə bilmir, amma daha mühümdürlər.

Əsl transformasiya nə tələb edir?

Əgər Azərbaycan doğrudan da Sİ əsaslı təhsil transformasiyası etmək istəyirsə, yalnız platforma kifayət deyil. Bu halda bir sıra ciddi layihələr reallaşmalıdır.

  1. Müəllimlərin yenidən hazırlanması. Müəllim məlumat ötürən yox, mentor və fasilitator olmalıdır.
  2. Kurikulumun dəyişməsi. Əzbərçilikdən tənqidi düşünməyə, layihə əsaslı öyrənməyə, problem həllinə keçid lazımdır.
  3. Yerli Sİ ekosistemi. Ölkə yalnız istifadəçi olmamalıdır. Daha çox yerli mühəndislər, lokal modellər, Azərbaycan dili üçün data bazaları, milli tədqiqat mərkəzləri formalaşdırılmalıdır.
  4. Rəqəmsal etik çərçivə yaradılmalıdır. Uşaqların məlumat təhlükəsizliyi, psixoloji müdafiəsi, alqoritmik manipulyasiyadan qorunması təmin edilməlidir.
  5. Təhsilin fəlsəfəsi dəyişməlidir. Ən əsas məsələ budur. Əgər sistemin məqsədi yalnız nəzarət, statistika, formal nəticə, imic olacaqsa, Sİ heç nəyi dəyişməyəcək.

Ən real ssenari bəs nədir?

Çox güman ki, əsas texnologiya xaricdən gələcək, əsas platforma infrastrukturu OpenAI API-lərinə əsaslanacaq, yerli tərəfin rolu daha çox inteqrasiya, koordinasiya və idarəetmə olacaq. Bu, dünyada normal praktikadır. Məsələ budur ki, ölkə bu əməkdaşlıqdan istifadə edib öz texnoloji və pedaqoji potensialını inkişaf etdirəcək, yoxsa yalnız hazır məhsul istifadəçisi olaraq qalacaq? Əgər yerli mütəxəssis hazırlığı, milli Sİ təhsil strategiyası, açıq elmi ekosistem, real pedaqoji innovasiya yaranmasa, layihə uzunmüddətli transformasiya yox, qısaömürlü texnoloji PR kimi yadda qala bilər.

“OpenAI ilə adaptiv təhsil platforması” ideyası özlüyündə müasir və strateji baxımdan düzgün istiqamətdir. Dünya təhsili məhz bu istiqamətə gedir. Lakin əsas məsələ platforma deyil.

Əsas məsələ bu texnologiyanın hansı təhsil fəlsəfəsinə xidmət etməsidir. Əgər məqsəd insan mərkəzli, yaradıcı, tənqidi düşünən, fərdi təhsil sistemi qurmaqdırsa, bu əməkdaşlıq tarixi fürsət ola bilər. Yox, əgər məqsəd rəqəmsal vitrin, texnoloji PR, hesabat və monitorinq görüntüsü, hay-küy yaratmaqdırsa, onda ən müasir süni intellekt belə köhnə təhsil sistemini dəyişə bilməyəcək. Çünki təhsili texnologiya yox, düşüncə modeli dəyişir.

Bəs niyə ETN adaptiv təhsil modelini yalnız məktəblər üçün yaratmaq və tətbiq etmək istəyir, amma universitetlər üçün yox? Axı universitetlərin buna daha çox təlabatı var, nəinki məktəblərin. Digər tərəfdən universitetlərin müstəqil olaraq adativ təhsil sistemi yaratmaq potensialları və resursları çox azdır.

ETN son 25 ildə rəqəmsallaşma sahəsində məktəblər üçün az da olsa, nələrsə edib, amma universitetlər üçün heç vaxt, heç nə etməyib. Hələ də universitretlərimizin 90 % rəqəmsal yetkin deyil.

Belə təhsil siyasəti olarmı? Bəli olar, çünki, “təhsilimiz sanki, tərsinə qurulub” (E.Əmrullayev).

Dosent İlham Əhmədov

Tribuna.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" - Paşinyan belə deyir...
Bu gün, 11:12
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 11:10
AYNA dayanacaqların təmiri üçün 420 min manat xərcləyəcək
Bu gün, 11:06
Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb
Bu gün, 10:56
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Bu gün, 10:49
Bakıda marketdə qadın müştəri kassiri döydü
Bu gün, 10:46
Kremldən İrəvana gözlənilməz diplomatik jest - Putin Paşinyana təcili məktub göndərdi!
Bu gün, 10:44
Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bu gün, 10:40
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Bu gün, 10:37
Güldürməsə də, qıdıqlayan Mənsur Şərif - Saffari yazır…
Bu gün, 10:35
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Bu gün, 10:31
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq qərardan NARAZIDIR
Bu gün, 10:29
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Rusiyaya güzəşt etməyəcəyik - Gevorq Papoyan belə deyir...
Bu gün, 10:02
PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... - NƏ BAŞ VERİR?
Bu gün, 09:56
50 milyon dollarlıq çevriliş planı - Putindən Paşinyana AÇIQ MÜHARİBƏ
Bu gün, 09:52
Axmaqlar İranla razılaşmaya mane olurlar - ABŞ Prezidenti
Bu gün, 09:48
"Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb
Bu gün, 09:44
DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib - DİQQƏT!
Bu gün, 09:43
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
Bu gün, 09:38
Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. - DAHA BİR ÖZBAŞINALIQ!
Bu gün, 09:32
Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gün, 09:24
Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... - "2 kiloluq 3 paket gətirirdim, ikisini əlimdən aldılar..."
Bu gün, 09:22
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... - Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir!
Bu gün, 08:18
Bu dəfə qalib o oldu... - FOTO
Bu gün, 08:02
ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 08:00
Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir - ŞƏRH
Bu gün, 07:57
Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir... - GƏLİŞMƏ
Bu gün, 07:53
"Tezliklə bu addımlar atılmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:49
AzəriQaz-da işçilər KÖLƏ KİMİ işlədilir - BU DA FAKT...
Bu gün, 07:44
Ağlını itirmiş Putinin SƏRSƏM GEDİŞLƏRİ.. - Bu da sizin üçün SSRİ...
Bu gün, 07:30
Xərçəng müalicəsində ciddi irəliləyiş - "The Guardian"
Bu gün, 07:25
Bu DƏHŞƏTİN də memarları bizik... - MALƏSƏF...
Bu gün, 07:20
Plansız qurulan ailələr... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:15
DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı? - REAKSİYA
Bu gün, 07:09
Kişilər usağına pul istəmir... UŞAQ PULU İSTƏYİR... - kiminsə dədəsindən yox, öz dövlətindən...
Bu gün, 07:04
Müştərilər üçün rəsmən TƏLƏ QURUBLAR... - AXI NİYƏ?..
Bu gün, 06:59
Bu qaniçən faizlərlə məqsədiniz NƏDİR? - ETİRAZ
Bu gün, 06:54
SOCAR-da peşəkarlara qarşı NÖVBƏTİ ZƏRBƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 06:39
Ermənilərin səngər yoldaşı... - və yaxud qanımıza susamış şərəfsizlər...
Bu gün, 06:31
Köhnə Yuqoslaviyada yeni BARIŞ MODELİ - AKTUAL
Bu gün, 06:20
Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət alıb - CBS
Dünən, 22:38
Putinin gizli ailəsi ilə bağlı qəribə iddia yayıldı
Dünən, 22:35
Azərbaycan UEFA reytinqində Ermənistanı və Gürcüstanı geridə qoydu - DETALLAR
Dünən, 22:32
Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI - "Tam məsuliyyətimlə deyə bilərəm ki..."
Dünən, 16:53
Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq - Overçuk
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru