Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR .....                     Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA .....                     QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? .....                     Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                     "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" .....                     Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib .....                     Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı .....                     Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı .....                     "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" .....                     ABŞ erməni hərbçiləri öyrədir .....                     ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb .....                     Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                     Polkovnikdən ŞOK SÖZLƏR .....                     Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb .....                     Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb .....                     “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına .....                     BRİKS sammitində gərgin anlar .....                     Ramiz Mehdiyev tək deyil .....                     Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA .....                 

"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Tarix: Bu gün, 05:10 | Çap et

"Müəllim-şagird münasibətlərində cərimə mexanizminin tətbiqi məsələsinə yalnız inzibati cəza kontekstində deyil, hüquqi balans, qabaqcıl beynəlxalq təcrübə və milli-mənəvi dəyərlərin sintezi baxımından yanaşmaq lazımdır. Qeyd etdiyim bu üç əsas amilin vəhdəti müəllim nüfuzunu qorumaqla yanaşı, məktəblərdə sağlam təlim-tərbiyə mühitinin saxlanılmasının yeganə yoludur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov səsləndirdi.

"İndi toxunacağım dörd əsas fundament və sütun üzərində qurulan genişləndirilmiş model hesab edirəm ki, təhsil sistemindəki mövcud böhranın sistemli həlli deməkdir:

İlk növbədə düşünürəm ki, məsələyə hüquqi balans və ikitərəfli məsuliyyət prizmasından yanaşılmalıdır. Qanun qarşısında bərabərlik prinsipi birtərəfli işləyə bilməz. Müəllimin şagirdə qarşı kobud davranışına görə cərimələnməsi qərarı mütləq şəkildə şagird və valideyn məsuliyyətinin artırılması ilə kompensasiya olunmalıdır. Şagirdin müəllimə qarşı etdiyi hörmətsizlik, dərsi pozması və ya qeyri-etik davranışına görə valideynlərin məsuliyyətə cəlb edilməsi, məsələn, Qazaxıstanda tətbiq olunan müəyyən modellərdə olduğu kimi hüquqi balans yarada bilər. Müəllimin cəza qorxusundan passivləşməsinin və şagirdlər tərəfindən qəsdən təxribata çəkilməsinin qarşısını almaq üçün sinif otaqlarında xüsusi video-müşahidə sistemləri qurula bilər. Bu da subyektiv şikayətlərin qarşısını alaraq prosesin obyektivliyini təmin edə bilər. Eyni zamanda beynəlxalq təcrübənin düzgün adaptasiyası da önəmlidir. Qərb və inkişaf etmiş Şərq ölkələrində nizam-intizam məsələsi yalnız pul cərimələri ilə deyil, institusional mexanizmlərlə tənzimlənir. Amerika Birləşmiş Ştatları və Böyük Britaniya təcrübəsində qaydaları pozan şagirdlər müvəqqəti olaraq dərsdən uzaqlaşdırılır və ya məktəbdaxili sosial fəaliyyətlərə cəlb olunur. Şagirdlərin intizam göstəriciləri onların gələcək universitet qəbulu və xasiyyətnamələrinə də təsir edir ki, bu da gəncləri daha məsuliyyətli olmağa sövq edir".

Müsahibimiz burada milli-mənəvi dəyərlərin qorunması məsələsini də xüsusi vurğuladı:

"Azərbaycan beynəlxalq hüquqa və insan hüquqlarına hörmət edən hüquqi-demokratik dövlətdir. Amma bizim cəmiyyətimizdə zamanla formalaşmış, yazılmamış qanunlar kimi qəbul edilən dəyərlər də var və mən hesab edirəm ki, onların yaşadılması çox önəmlidir. Müəllimə münasibət sovet dövründə daha sağlam idi, müəllim obrazı cəmiyyətə daha düzgün təqdim olunurdu. Son illərdə isə bütövlükdə mənəvi deqradasiya ilə üz-üzə qaldığımızı düşünürəm. Müəllimlərə qarşı etibarsızlıq, hörmətsizlik və biganəlik milli-mənəvi dəyərlərin aşınmasının göstəricisidir".

O qeyd etdi ki, Azərbaycan cəmiyyətində təhsil fəlsəfəsi müəllim-müştəri münasibəti üzərində deyil, müəllim-valideyn müqəddəsliyi üzərində qurulub:

"Bizim xalqımızda ağsaqqallıq və ehtiram institutu olub və bu milli sərvətimizdir. Mən bəzən xaricdə təhsil alıb qayıdan bəzi gənclərin müəllimə münasibətini görəndə düşünürəm ki, savadlı olmaqla milli-mənəvi dəyərlərə bağlı olmaq eyni şey deyil. Təbii ki, müəllimlərin arasında da nöqsanlı şəxslər var. Amma ayrı-ayrı halları əsas götürərək bütün müəllimlərə qarşı ümumi inamsızlıq formalaşdırmaq doğru deyil.

Müəllim şagird qarşısında tamamilə müdafiəsiz və hüquqi təzyiq altında saxlanılmamalıdır. Bu, gənc nəslin böyüyə və müəllimə hörmət hissini zəiflədir, müəllim nüfuzunu zədələyir. Eyni zamanda ailə məsuliyyəti məsələsinə də diqqət yetirilməlidir. Şagirdin məktəbdəki davranışı ailə tərbiyəsinin aynasıdır. İntizamsızlığa görə tətbiq olunan hər hansı sanksiya ailə institutunu da məsuliyyətə sövq etməlidir ki, valideyn övladının mənəvi tərbiyəsinə daha ciddi yanaşsın. Son illərdə ailə institutunda baş verən mənfi tendensiyalar ailələrin dağılması, boşanmaların artması və sair bütövlükdə cəmiyyətə təsirsiz ötüşmür. Media nümayəndələrinin də bu məsələlərdə böyük məsuliyyəti var. Çünki jurnalistlər cəmiyyətin güzgüsüdürlər və ictimai proseslərin formalaşmasına təsir göstərirlər".

Alimin fikrincə, məsələyə yalnız cəza prizmasından yanaşmaq doğru deyil:

"Azərbaycan qanunvericiliyində onsuz da zor tətbiq edən şəxslər məsuliyyət daşıyır. Bu halda müəllimin ayrıca inzibati cəza kontekstində xüsusi vurğulanmasına ehtiyac vardımı? Mən hesab edirəm ki, müəllim adının cəza ilə yanaşı çəkilməsi belə yanlışdır. Sistemli çıxış yolu və strateji model daha önəmlidir. Müəllim özünü sahibsiz hiss etməməlidir. İlk növbədə müəllimi Elm və Təhsil Nazirliyi müdafiə etməlidir. Mən hesab edirəm ki, bəzi hallarda “Amerika modeli”, “Avropa modeli” deyərək hər məsələyə yalnız hüquqi sanksiya prizmasından yanaşılır. Halbuki xaricdə təhsil almaq mümkündür, savad qazanmaq mümkündür, amma milli-mənəvi dəyərləri bilmədən idarəetmədə sağlam sistem qurmaq çətindir. İlk növbədə xalqın ruhunu və dəyərlərini bilmək lazımdır. Prezident də çıxışlarında daim milli-mənəvi dəyərlər ruhunda gənclərin tərbiyəsinin vacibliyini vurğulayır".

Müsahibimiz təklif edir ki, “Müəllim statusu haqqında” ayrıca qanun qəbul olunmalı və ya "Təhsil haqqında" qanunda müəllimin hüquqi və mənəvi statusunu qoruyan xüsusi maddələr yer almalıdır.

"Burada valideyn məsuliyyəti məsələsi də mütləq gündəmə gətirilməlidir. Bəzən elə hallar olur ki, ömründə bir kitab oxumayan valideyn məktəbə gəlib müəllimi şagirdlərin, kollektivin və digər valideynlərin qarşısında təhqir edir. Bu yolverilməzdir. Bu, illərlə formalaşmış müəllim obrazına hörmətsizlikdir. Müəllimi yalnız cəza obyekti kimi görmək təhsil sisteminin iflici deməkdir. Reallıq budur ki, cərimələr birtərəfli deyil, qarşılıqlı məsuliyyət prinsipi ilə tətbiq olunmalıdır. Sinif otaqlarında texnoloji şəffaflıq təmin oluna bilər, məsələn, video-müşahidə vasitəsilə. Amma burada da başqa sual yaranır: biz hər yeri kamera ilə doldurmalıyıqmı? Axı bu xalqın tarixində elə müəllimlər olub ki, bütöv məktəblər, bütöv nəsillər yetişdiriblər. Müəllim sözünə etibarsız yanaşmaq hansı münasibətin göstəricisidir? Ən əsası isə müəllimin cəmiyyətdəki mənəvi toxunulmazlığı dövlət səviyyəsində qorunmalıdır. Qanunvericilik ayrı-ayrı məmurların şəxsi yanaşmaları əsasında dəyişdirilməməlidir. Təhsil ocaqlarında nizam-intizam qorxu ilə deyil, hüquqi ədalət və milli dəyərlərin vəhdəti ilə təmin olunmalıdır. Bu, həqiqətən də çox ağrılı mövzudur. Məhz buna görə də müəllim statusu haqqında ayrıca qanunun qəbulunu vacib hesab edirəm".

İ.Orucov qeyd etdi ki, müəllimi “təhsilverən”, şagirdi isə “təhsilalan” kimi sırf xidmət münasibəti çərçivəsində təqdim etmək yanlışdır.

"Müəllim xidmətçi deyil. Şagird müəllimin mənəvi övladıdır, müəllim isə onun mənəvi ata-anasıdır. Mən bunu ürək ağrısı ilə deyirəm. Bəzən düşünürəm ki, əgər bu gün təhsil sisteminə akademik Mehdi Mehdizadə kimi təhsil adamları rəhbərlik etsəydilər, müəllimə qarşı bu cür aşağılayıcı münasibətə yol verilərdimi? Düşünürəm ki, yox. Çünki onlar təhsili dərindən bilən insanlar idilər. Müəllim fədakardır. O, yalnız cəza ilə qorxudulmamalı, onun mənəvi statusunu yüksəldən hüquqi baza yaradılmalıdır. Necə ola bilər ki, dərsi pozan şagird tam toxunulmaz qalsın? Böyüyə hörmət anlayışı budurmu? Şagirdin kobud davranışında valideynin məsuliyyəti olmamalıdırmı? Azərbaycan cəmiyyətində müəllim hər zaman kəndin, məhəllənin ağsaqqalı, məsləhət yeri sayılıb. Müəllimin davamlı şəkildə polisə, məhkəməyə və cəriməyə bağlanması cəmiyyətdə böyük-kiçik münasibətlərini sarsıda bilər. Müəllimin daim cəzalandırılma qorxusu ilə yaşaması onun şagirdə ata-ana münasibəti ilə yanaşmasına mane olur.

Mən özüm də ixtisasca müəlliməm, pedaqoqun və psixologiyanın nə olduğunu bilirəm. Universitetdə də, doktoranturada da bu sahəni öyrənmişəm. Mən alim olmaqdan əvvəl müəlliməm və son dövrlərdə müəllimlərə qarşı formalaşan o etibarsız münasibəti qəbul etmirəm. Bizim müəllim mədəniyyətimizdə belə bir ifadə olub: “Müəllimin vurduğu yerdə gül bitər”. Mən bunu fiziki zorakılığa bəraət qazandırmaq üçün demirəm. Bu ifadə valideynin müəllimə bəslədiyi sonsuz etibarın və müəllimin tərbiyə hüququnun rəmzidir. İndi bəzi insanlar bu ifadəni kontekstdən çıxarıb zorakılığın müdafiəsi kimi təqdim etməyə çalışa bilərlər. Amma mən tam əksini deyirəm. Bu, müəllimə olan etibarın simvoludur.

Bir daha qeyd edirəm: müəllimin qanunla cəzalandırılması və daim cərimə qorxusu altında saxlanılması ona olan hörməti və ehtiramı zəiflədir. Milli-mənəvi dəyərlər prizmasından yanaşdıqda müəllim-şagird münasibətlərinin yalnız pul cərimələri və hüquqi sanksiyalarla tənzimlənməsi Azərbaycan cəmiyyətinin tarixi təhsil fəlsəfəsinə uyğun deyil. Şərq və Azərbaycan təfəkküründə məktəb yalnız bilik verilən məkan deyil, həm də mənəviyyat ocağıdır. Müəllim isə valideyn qədər müqəddəs bir fiqurdur", - deyə həmsöhbətimiz yekunlaşdırdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05
Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Dünən, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Dünən, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Dünən, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Dünən, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Dünən, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Dünən, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Dünən, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Dünən, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Dünən, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Dünən, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru