"O taxtabaş yığnağı var e Azərbaycanda və digər yerlərdə. O 'Pautina' əməliyyatını bilirsiniz də, ruslar onun bir ayağını da Azərbaycana bağlayırdılar ki, azərbaycanlılar ukraynalılara bu 'Pautina' əməliyyatını keçirməkdə köməklik göstəriblər. Bax bunu demək lazımdır. Bunu bizim bəzi unutqan siyasətçilər, deputatlar — 9 min manat maaş alan deputatlar da — unutmasınlar ki, yəni bunu deyirdilər."
Musavat.com xəbər verir ki, bu barədə "TvMusavat"ın canlı efirində polkovnik, hərbi ekspert Üzeyir Cəfərov danışıb. O, bildirib ki, Rusiyanın bir tərəfdən münasibətləri genişləndirmək mesajı verib, digər tərəfdən təxribatlara yol verməsi qəbuledilməzdir: "İndi baxın, görün dünən Moskvada 'Arsax' sərgisi keçiriblər. Srağagün Rusiya Xarici İşlər Nazirliyi deyirdi ki, Azərbaycanla münasibətləri genişləndirmək, təmasları intensivləşdirmək lazımdır. Buyur, dünən axşam da 'Arsax' sərgisi keçirildi. Hə bunlarda ləyaqət, qeyrət var? Orda yenə də o əyyaş ermənini tapıblar Ara Abramyanı, onun pullarından istifadə edib o Kiriyenko ilə bir yerdə altdan-altdan hərəkət edirlər. Başı qumdadır, amma bütün bədəni bayırdadır. Bu hiss eləmir ki, Azərbaycan da bunu görür, Türkiyə də, bütün dünya da".
Polkovnikin sözlərinə görə, Ermənistandakı siyasi proseslərdə Rusiyanın rolu və daxildəki bəzi qüvvələrin rusmeyilli çıxışları milli maraqlara ziddir: "Bu günləri Ermənistanda separatçıları dirçəltmək istəyirlər. Var gücü ilə Moskva mediası, Telegram kanalları ermənilərin yenidən Qarabağa qaytarılmasından danışır. O 'Slava Rossiya' yazan çaqqallar yenə müharibə istəyir? Gedib hansısa rusun yubkası altında gizlənib, bizə burda ağıl öyrədir ki, siz nə düşmüsünüz Rusiyanın üstünə? Bəs niyə səsini çıxarmırsan, dünən 'Arsax' sərgisi keçirirlər? Bilirsən axı qanın qarışıqdır. Bəziləri hələ də anlamaq istəmirlər ki, məsələ nə yerdədir".








