Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                     Masallıda icra başçısının TENDER ORTAQLARI .....                     "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası .....                     Sülhü “baltalayan” əl .....                     Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? .....                     Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? .....                     "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" .....                     Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? .....                     Deputat oğlunun "iki fərqli həyatı" .....                     KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı .....                     Bu saxta xəbərləri kim(lər) və niyə yayır? .....                     İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir .....                     Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb .....                     Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. .....                     “VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” .....                     Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib .....                     Şagirdlər arasında güc nümayişi .....                     “Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” .....                     Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi .....                     Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi .....                     Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? .....                     AZAL Təl-Əvivə uçuşları bərpa edir .....                     Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət .....                     Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR .....                     Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... .....                     Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi .....                     “Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” .....                     “Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” .....                     İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: .....                     Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır .....                 

Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:47 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərlərini tarixi hadisə hesab edir.

“Armenpress”in məlumatına görə, Paşinyan bunu Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərindən danışarkən bildirib.

Çox mühüm hadisə baş verdi. Mən iki ölkənin baş nazirlərinin müavinlərinin səfərlərini institusional çərçivədə tarixi sülh prosesinin məntiqi kimi qiymətləndirirəm. Bu mərhələyə çatdığımız üçün çox şadam”, – Paşinyan bildirib.

O, vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir.

Normal münasibətlər qurulmalıdır, uzunmüddətli perspektivdə isə strateji baxımdan mehriban qonşuluq münasibətlərinə nail olunmalıdır”, – baş nazir qeyd edib.

2026-cı il aprelin 29-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib. İclas Ermənistan baş nazirinin müavini Mger Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə baş tutub. Komissiyaların əvvəlki iclası da eyni həmsədrlərin iştirakı ilə Azərbaycanda keçirilmişdi.

Vaxtilə düşmən münasibətdə olan iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərləri sovet dövründən sonra bu səviyyədə ilk rəsmi səfərlərdir. Yəni, Paşinyanın bu hadisəni “tarixi” adlandırması əsaslıdır. Bəs növbəti mərhələdə nə olacaq? Yaxın perspektivdə iki ölkənin birinci şəxslərinin İrəvan və Bakıya qarşılıqlı səfərlərinin şahidi ola bilərikmi?

Belə görünür ki, dünyada silahlı münaqişələrin artdığı, qlobal gərginliyin yüksəldiyi bir dövrdə məhz iki kiçik Qafqaz dövləti düşmənçiliyi aradan qaldırmağın və real qonşuluq münasibətlərinə doğru irəliləməyin mümkün olduğunu nümayiş etdirir.

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil politoloq Xaqani Cəfərli bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərlərini tarixi hadisə adlandırması həqiqətə uyğundur. Eyni zamanda o, bu sözlərin regionda baş verən daha genişmiqyaslı dəyişiklikləri tam əks etdirmədiyini düşünür.

Azərbaycan və Ermənistan arasında münaqişə bu xalqların iradəsinin nəticəsi deyil. Bu qarşıdurma Moskvanın imperialist siyasəti və regionu nəzarətdə saxlamaq istəyi nəticəsində yaranıb və dərinləşib. Konstantin Zatulin və Andranik Miqranyanın Sergey Lavrovun tezisləri əsasında yazdıqları “MDB: tarixin başlanğıcı, yoxsa sonu. Mərhələlərin dəyişməsi” adlı məqalədə qeyd olunurdu ki, Rusiya postsovet məkanını öz təsir dairəsində saxlamaq üçün bütün vasitələrdən, o cümlədən münaqişələrin yaradılması və idarə olunmasından istifadə etməlidir.

Moskvada yaxşı anlayırlar ki, Rusiya Avropa və ABŞ-la müqayisədə postsovet respublikaları üçün cəlbedici deyil. Belə şəraitdə həmin ölkələrin daha cəlbedici mərkəzlərə yönəlməsinin qarşısını almaq üçün Moskva idarə olunan münaqişələr yaradır və bu yolla keçmiş müstəmləkələrin öz təsir dairəsindən çıxmasına imkan vermirdi”, – ekspert qeyd edib.

Onun fikrincə, bu baxımdan ən böyük tarixi hadisə baş nazirlərin müavinlərinin qarşılıqlı səfərləri yox, Rusiyanın regionda münaqişələr yaratmaq və ya idarə etmək imkanını itirməsidir. “Mənim qənaətimə görə, bu, son 200 ildə ilk dəfə baş verən hadisədir. Əgər Rusiya əvvəlki təsirini bərpa edə bilməsə və mane olmasa, Azərbaycan və Ermənistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək və nəticədə normal qonşuluq münasibətləri formalaşacaq.

Lakin aydındır ki, Rusiya bununla barışmaq istəmir. Putinin uydurma “erməni soyqırımı” ilə bağlı son bəyanatı da göstərdi ki, Moskva regionda sülhə mane olmaq üçün sona qədər çalışacaq. Belə şəraitdə hər iki ölkənin siyasətçilərinin üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, hər iki dövlətdə Rusiyanın oyunlarında alətə çevrilməyə hazır olan siyasətçilər və ictimai xadimlər var. Bu qüvvələr Azərbaycanda geniş fəallıq göstərə bilməsələr də, Ermənistanda hakimiyyətə açıq şəkildə meydan oxuyurlar.

Bu səbəbdən regionda son 200 ildə ilk dəfə yaranmış tarixi vəziyyətin dayanıqlılığı böyük ölçüdə Ermənistandakı siyasi proseslərin inkişafından, xüsusilə də qarşıdan gələn parlament seçkilərinin nəticələrindən asılıdır”, – Cəfərli hesab edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Bu gün, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Bu gün, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Bu gün, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Bu gün, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Bu gün, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Bu gün, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Bu gün, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Bu gün, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Bu gün, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Bu gün, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Bu gün, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Bu gün, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Bu gün, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Bu gün, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Bu gün, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Bu gün, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Bu gün, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Bu gün, 06:23
İran ABŞ-dan atəşkəslə bağlı cavab gözləyir - AÇIQLAMA
Bu gün, 06:18
Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb - Zelenski
Dünən, 12:50
Eşqi Bağırov bu KOLXOZ üsulu ilə KİMİ ALDADIR Kİ?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49
“VƏTƏNDAŞ “KREDİT VERGİSİ” ALTINDA ƏZİLİR...” - Ekspert kredit faizlərinin yüksək olmasını ŞƏRH ETDİ
Dünən, 12:43
Azərbaycan bu qədər ərazini alıb, bu qədərini isə Ermənistana verib - Ermənilər xəritə yaydılar
Dünən, 12:31
Şagirdlər arasında güc nümayişi – Məktəblər zəiflərin kabusuna çevrilir?
Dünən, 12:24
“Efir qadağası mənə aid olmalı deyil, bizi tarixdən silə bilməyəcəksiz” - Samirə Yusifqızından ETİRAZ
Dünən, 12:19
Paşinyan Rusiyadakı xeyli erməninin Ermənistana girişini qadağan etdi -SƏBƏB?..
Dünən, 12:11
Roma Katolik yeparxiyası Vaşınqtona cavab verdi
Dünən, 12:03
Fransa Cənubi Qafqazda: "Strateji tərəfdaşlıq", yoxsa geosiyasi təxribat? - NƏ BAŞ VERİR?
Dünən, 11:44
AZAL Təl-Əvivə uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 11:35
Azərbaycanda 25 milyonluq şirkətlə 90 milyonluq şirkət – BİRLƏŞİR
Dünən, 11:17
Şahbaz Xudoğlu ilə bağlı ŞOK İTTİHAMLAR - TƏFƏRRÜAT
Dünən, 11:15
Avropaya gerçək sülh yox... onların istədiyi SAXTA SÜLH lazım imiş... - FAKT BUDUR
Dünən, 11:08
Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb gözəllik salonu açdı, sevgilisinə xərclədi - TƏFƏRRÜAT
Dünən, 11:06
“Qiymət artımı bazar prinsiplərinə tam uyğundur” - Bakıda “xruşşovka” ajiotajı
Dünən, 11:02
“Toylarımızı vəhşilik elementlərindən xilas etməliyik” - deputat
Dünən, 10:55
İttifaq sədrindən keçmiş katibin iddialarına CAVAB: - “Gözümün içinə baxıb desin ki, Firəngiz Əlizadəyə 5 manat pul vermişəm”
Dünən, 10:51
Paşinyan seçkinin favoriti hesab edilsə də, parlament çoxluğu şübhə altındadır - İNCƏLƏMƏ
Dünən, 10:34
Naxçıvan hökumətinin "iməcliksevərliyi" bir ailənin faciəsi ilə nəticələndi - MALƏSƏF...
Dünən, 10:27
Qızılda böyük sıçrayış: Qiymət kəskin artacaq? - AKTUAL
Dünən, 10:15
Prezidentin medal verdiyi FHN əməkdaşından acı xəbər
Dünən, 10:11
Rusiya iki Ukrayna limanına zərbə endirib
Dünən, 08:52
Azərbaycanlıların “qara günləri” başladı: SEPAH təhlükəsi - NƏ ETMƏLİ?
Dünən, 08:18
Əməkhaqqı düzgün hesablanmaya bilər - DİQQƏT
Dünən, 08:16
Rusiyanın NATO-ya hücum üçün hələ vaxtı var - General
Dünən, 08:13
- "Bunu etmədən ölmək istəmərəm..." - Nura Suri
Dünən, 08:12
Evdə yatdığın yerdə də kartından PUL ÇIXIRLAR... - BU NƏDİ BELƏ?
Dünən, 07:54
Burda rüşvət artıq METASTAZ VERİR... - FAKT BUDUR!
Dünən, 07:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru