Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... .....                     Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? .....                     "Məqsəd bölgəyə uzunmüddətli sabitlik və sülhün gətirilməsidir" .....                     Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI .....                     SOCAR-da ibtidai "kağız uçotu" .....                     “Kupça”sız evlərə də sığorta şamil olunacaq? .....                     Rusiya Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışır .....                     Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR .....                     Əhalinin borc yükü artacaq: NİYƏ? .....                     Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ .....                     İsrail atəşkəsə baxmayaraq özünümüdafiə hüququnu saxlayır .....                     Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib .....                     Bu telekanal bağlanır .....                     Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib .....                     “M Bulak” BOKT-un xalis mənfəətində .....                     Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR .....                     ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır .....                     ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq edəcək .....                     İran ABŞ-a göz dağı verdi: .....                     Paşinyan rəqiblərinə qarşı hücuma keçdi .....                     Satdı, pulunu aldı, indi geri istəyir .....                     "Space" TV-də təcili iclas keçirildi: HALALLIQ İSTƏNİLDİ .....                     Kinorejissordan Mədəniyyət Nazirliyinə SƏRT ittihamlar .....                     Həmkəndlisini güllələyən şəxs qərardan narazıdır .....                     Agentliyə 10 milyonluq qadağa: .....                     ABŞ hərbçilərinin İsfahana sızma əməliyyatı .....                     “Azərbaycanda ən səmimi aparıcı Elgizdir” .....                     Erməni malları Azəbaycan mağazalarında: Siyahıda nələr var? .....                     İran öz xalqı ilə atəşkəs etməyib .....                     “Azercell” 60 manata görə abunəçisini məhkəməyə çəkdi .....                     İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək .....                     Anar Məmmədxanov mənə “Moruq” deyirdi .....                     Mərkəzi Bank “Finoko” BOKT-u cərimələyib .....                     Korovinin kürəkənindən Günel Şahmalıqızına: “nə olsun ki, şəhid qızısan?”... .....                     Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib .....                     "Çalışın bu bankdan kənar durun!.." .....                     Məşhur Məmmədova bağlı olduğu deyilən şirkətə .....                     Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ .....                     Arif Novruzovun kürəkəni mənimsədiyi milyonları faizlə borc verib: Şirkəti müsadirə olunur .....                     Bu türk ölkəsi İranla bir sıra layihələri dayandırdı .....                 

Ermənistanda bu baş verərsə... - Azərbaycan “ilanın başını bir daha əzəcək”
Tarix: 15-04-2026, 09:46 | Çap et

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha da gərginləşir. Erməni mediasını təhlilinə əsasən hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas risk 50 faizdən çox səs toplaya bilməməkdir. Bu isə təkcə seçki nəticəsi deyil, bütövlükdə hakimiyyətin taleyini müəyyən edə biləcək kritik hədd hesab olunur.

“Güclü Ermənistan” Partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinqin iştirakçılarına göndərdiyi videomüraciətində hakimiyyətə gələcəyi halda 300 min iş yeri yaradacağını, Rusiya ilə strateji müttəfiqliyi bərpa edəcəyini, diasporla əlaqələri gücləndirəcəyini, kilsənin rolunu yenidən artıracağını vəd edib. Karapetyan müraciətində Azərbaycanla sülh quruculuğu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məqsədilə referendumun keçirilməsi və “Tramp yolu” barədə heç nə deməyib, əksinə, ""artsax"da etnik təmizləmə həyata keçirilib" iddiasını səsləndirib.

Mövcud rəy sorğuları tam dəqiq olmasa da, ümumi tendensiya aydındır: hakimiyyətə ictimai dəstək zəifləyib. Rusiyaya yaxın erməni mediasının iddiasına görə, hər ikinci Ermənistan vətəndaşı “Vətəndaş Müqaviləsi”nin hakimiyyətdə qalmasına qarşıdır.

Daha bir çətinlik potensial koalisiya tərəfdaşlarının zəifliyidir. Hakimiyyətin arxalana biləcəyi “satellit” partiyalar da olduqca zəif vəziyyətdədir və onların birlikdə belə 50%-lik baryeri keçməsi real görünmür. Bu isə o deməkdir ki, Paşinyan komandası parlamentdə çoxluğu itirə bilər.

Son rəy sorğuları da vəziyyətin hakimiyyət üçün əlverişli olmadığını göstərir. “Gallup”un məlumatına görə, hazırda “Vətəndaş Müqaviləsi”nin dəstəyi 24,3% səviyyəsindədir. Digər əsas siyasi qüvvələr - “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan” və digər bloklar isə ayrı-ayrılıqda daha aşağı nəticələr göstərsə də, ümumi mənzərədə ciddi alternativ formalaşdırırlar.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, mövcud dinamika göstərir ki, proses təkcə hakimiyyətlə müxalifət arasında rəqabət deyil, eyni zamanda Ermənistanın geosiyasi orientasiyası, dövlət institutlarının mahiyyəti və cəmiyyətin psixoloji vəziyyəti üzərində gedən dərin qarşıdurmadır: "Hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas riskin 50%-lik baryerlə ölçülməsi təsadüfi deyil. Bu hədd Ermənistan siyasi sistemində faktiki olaraq təkhakimiyyətli idarəetmənin legitimlik sərhədidir. Paşinyan komandası bu psixoloji və siyasi həddi aşa bilmədiyi halda, parlamentdə mütləq çoxluğu itirəcək və bu da avtomatik olaraq koalisiya hökuməti zərurətini doğuracaq. Halbuki Paşinyanın indiyədək qurduğu siyasi model məhz monolit idarəetmə üzərində formalaşıb və revanşçı qruplarla kompromisə açıq deyil".

Parlamentarinin sözlərinə görə, rəy sorğularında müşahidə olunan geriləmə, xüsusilə də dəstəyin 24,3% səviyyəsinə enməsi hakimiyyətin sosial dayaqlarının müəyyən qədər aşındığını göstərir. Bu, təkcə iqtisadi və sosial problemlərlə bağlı deyil. Əsas səbəb 2020-ci ildən sonra formalaşan geosiyasi və təhlükəsizlik böhranının cəmiyyət tərəfindən fərqli şəkildə qiymətləndirilməsidir. Paşinyan hakimiyyəti reallıqları qəbul edərək regionda yeni kommunikasiya və əməkdaşlıq imkanlarına açıq xətt yürütməyə çalışsa da, bu siyasət Ermənistan daxilində hələ də mütləq konsensus yaratmayıb.

Məhz bu boşluqdan istifadə edən revanşist siyasi qüvvələr yenidən aktivləşirlər. Samvel Karapetyanın timsalında irəli sürülən tezislər bunu açıq şəkildə nümayiş etdirir. Onun sosial-iqtisadi vədlərlə yanaşı, Rusiya ilə “strateji müttəfiqliyin bərpası”, diaspor faktorunun gücləndirilməsi və kilsənin rolunun artırılması kimi mesajları əslində Ermənistanın əvvəlki siyasi modelinə dönüş siqnalıdır. Bu yanaşmada diqqətçəkən məqam ondan ibarətdir ki, regional sülh gündəliyi və konstitusion dəyişikliklər kimi fundamental məsələlər ya tamamilə iqnor edilir, ya da şüurlu şəkildə arxa plana keçirilir.

Bu, bir daha göstərir ki, Ermənistan siyasi spektrində əsas qarşıdurma “sülh və əməkdaşlıq”la “revanş və status-kvo” arasında gedir. Karapetyanın Azərbaycan ərazilərini könüllü çəkildə tərk edən etnik ermənilərlə bağlı iddiaları yenidən gündəmə gətirməsi isə seçki ritorikasının hələ də emosional və manipulyativ elementlər üzərində qurulduğunu sübut edir. Bu isə o deməkdir ki, cəmiyyət rasional seçimlə emosional təsir arasında parçalanmış vəziyyətdədir".

Ekspert deyib ki, digər mühüm məqam isə potensial koalisiya konfiqurasiyaları ilə bağlıdır: “Hakimiyyətin arxalana biləcəyi satellit partiyaların zəifliyi Paşinyanın manevr imkanlarını məhdudlaşdırır. Eyni zamanda müxalif düşərgə də eynimənşəli deyil. Burada həm rusiyapərəst, həm də milli-populist, hətta bir-biri ilə ziddiyyət təşkil edən qruplar mövcuddur. Bu isə zəif də olsa ehtimal edilən koalisiya hökumətinin stabil və uzunömürlü olacağına dair ciddi şübhələr yaradır.

Beləliklə, Ermənistan seçkiləri əsasən iki paralel xətt üzrə inkişaf edir. Bunlardan birincisi, konkret siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, ikincisi isə dövlətin gələcək inkişaf modelinin müəyyənləşdirilməsidir. Əgər Paşinyan 50%-lik baryeri keçə bilməsə, ölkə qaçılmaz şəkildə siyasi fragmentasiya mərhələsinə daxil olacaq. Bu isə yalnız daxili siyasi böhran deyil, həm də xarici aktorların təsir imkanlarının daha da artması deməkdir".

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, rəy sorğularının 24,3%-lik göstəricisi hakimiyyətin seçici bazasının ciddi şəkildə əriməsi deməkdir. “Vətəndaş Müqaviləsi” 50 faizlik baryer həddindən aşağı qalırsa, Ermənistan siyasi tarixində demək olar ki, presedenti olmayan bir mərhələyə, koalisiya dövrünə keçir: “1991-dən bu yana İrəvan ya güclü prezident sistemi, ya da dominant parlament partiyası modeli ilə idarə olunub. Koalisiya mədəniyyəti demək olar ki, yoxdur və ictimaiyyət düşünürəm ki, psixoloji baxımdan da buna hazır deyil. Paşinyan bu reallıqla üzləşərsə, kompromis üçün kiminlə danışıq masasına oturacaq? Rus kapitalının arxasında dayanan, ev həbsindəki iş adamı Karapetyanın partiyasıylamı, yoxsa Köçəryan-Sərkisyan dövrünün siyasi irsi hesab olunan "Çiçəklənən Ermənistan" iləmi? Hər iki variant onun üçün ideoloji kapitulyasiyadır.

Paşinyanın partiyası bu seçkilərdə 50%-lik baryeri keçməsə, Ermənistan koalisiya bataqlığına yuvarlanacaq. Bu isə daxili xaos və xarici güclərin, xüsusən Moskvanın, yenidən “xilaskar” rolunda səhnəyə çıxması üçün ideal şəraitdir. Birmənalı olaraq aydındır ki, zəifləmiş bir iqtidar manipulyasiyaya açıq bir dövlət deməkdir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
Bu gün, 07:07
Diaspora Paşinyana qarşı, yoxsa yaxşı təşkil edilmiş tamaşa? - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Məqsəd bölgəyə uzunmüddətli sabitlik və sülhün gətirilməsidir" - deputat
Bu gün, 06:59
Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:54
SOCAR-da ibtidai "kağız uçotu" - AXI NİYƏ?..
Bu gün, 06:47
“Kupça”sız evlərə də sığorta şamil olunacaq? - AKTUAL
Bu gün, 06:37
Rusiya Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışır - FAKT BUDUR!
Bu gün, 06:36
Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
Bu gün, 06:34
Əhalinin borc yükü artacaq: NİYƏ? - Ekspert deyir ki...
Bu gün, 06:28
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
Bu gün, 06:23
İsrail atəşkəsə baxmayaraq özünümüdafiə hüququnu saxlayır - Dövlət Departamenti
Bu gün, 06:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Dünən, 17:49
Bu telekanal bağlanır - İDDİA
Dünən, 17:01
Naxçıvan iqtisadiyyat nazirinin yeni müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:59
“M Bulak” BOKT-un xalis mənfəətində - 2 MİLYON MANATDAN ÇOX AZALMA
Dünən, 16:51
Qusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR - ƏMR
Dünən, 16:47
ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır
Dünən, 16:45
ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə qarşı güc tətbiq edəcək - Den Keyn
Dünən, 16:34
İran ABŞ-a göz dağı verdi: - Müharibədən sonra on qat artıb
Dünən, 16:30
Paşinyan rəqiblərinə qarşı hücuma keçdi - ŞOK DETALLAR
Dünən, 16:27
Satdı, pulunu aldı, indi geri istəyir - Bakıda qalmaqallı əmlak işi
Dünən, 16:25
"Space" TV-də təcili iclas keçirildi: HALALLIQ İSTƏNİLDİ - "Biz burada olmaya bilərik..."
Dünən, 16:20
Kinorejissordan Mədəniyyət Nazirliyinə SƏRT ittihamlar - "Belə davam edə bilməz”
Dünən, 16:13
Həmkəndlisini güllələyən şəxs qərardan narazıdır
Dünən, 16:09
Agentliyə 10 milyonluq qadağa: - 4 tenderi bir gündə ləğv edildi
Dünən, 16:06
ABŞ hərbçilərinin İsfahana sızma əməliyyatı - TƏFƏRRÜAT
Dünən, 16:04
“Azərbaycanda ən səmimi aparıcı Elgizdir” - Sərxan Kərəmoğlu
Dünən, 16:01
Erməni malları Azəbaycan mağazalarında: Siyahıda nələr var? - AÇIQLAMA
Dünən, 15:58
İran öz xalqı ilə atəşkəs etməyib - İbadi
Dünən, 15:54
“Azercell” 60 manata görə abunəçisini məhkəməyə çəkdi - MƏHKƏMƏ İSƏ...
Dünən, 15:52
İTV-nin baş direktoru vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün sənəd qəbulu elan ediləcək
Dünən, 15:46
Anar Məmmədxanov mənə “Moruq” deyirdi - “Bacanaqlar”ın “Qismət”i
Dünən, 15:41
Mərkəzi Bank “Finoko” BOKT-u cərimələyib
Dünən, 15:40
Korovinin kürəkənindən Günel Şahmalıqızına: “nə olsun ki, şəhid qızısan?”... - “Kimə və hara istəyirsən, müraciət et”
Dünən, 15:36
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib - FOTO
Dünən, 15:32
"Çalışın bu bankdan kənar durun!.." - MÜRACİƏT
Dünən, 15:30
Məşhur Məmmədova bağlı olduğu deyilən şirkətə 138 min manatlıq SİFARİŞ
Dünən, 14:39
Gey, ateist, “siyasi fəal” obrazı: Britaniyada saxta sığınacaq biznesi İFŞA EDİLDİ – SENSASİON DETALLAR
Dünən, 14:37
Arif Novruzovun kürəkəni mənimsədiyi milyonları faizlə borc verib: Şirkəti müsadirə olunur - TƏFƏRRÜAT
Dünən, 14:32
Bu türk ölkəsi İranla bir sıra layihələri dayandırdı
Dünən, 14:30
Əməkdar artist KİMƏ SƏSLƏNDİ? - “Uğurumu çəkə bilmirsiz”
Dünən, 14:28
Taksiyə 375 manat icbari sığorta haqqı niyə gəlib? - AÇIQLAMA
Dünən, 14:26
Elmar Vəliyevin kadrları Gəncədə yeni qarşıdurma riski yaradıb - NARAZILIQ VAR...
Dünən, 14:19
Ermənistanda seçki öncəsi Samvel Karapetyanın partiyasının 14 üzvü rüşvət faktları üzrə saxlanılıb - KİV
Dünən, 14:00
Kartdan pul oğurlayan "bank əməkdaşı" tutuldu
Dünən, 13:14
Ermənistandan Lapşinlə bağlı ŞOK QƏRAR - Ölkəyə buraxılmadı
Dünən, 13:10
“Ad çəkmirəm, kim istəyir öz üzərinə götürsün, amma qurdlular, paxıllar da var”
Dünən, 13:08
Paşinyan parlamentdə özündən çıxdı: - “Bəsdir, xalqın əsəbləri ilə oynamayın”
Dünən, 13:05
“Bank Avrasiya” çökür
Dünən, 13:04
Çindən İrana həlledici zəng: - Bunu etməlisiniz!
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru