Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin (SXA) bir gündə 4 tenderi ləğv edilib. Tribuna.az xəbər verir ki, ümumilikdə 10 milyon 130 min 250 manat dəyərində olan bu layihənin ləğvinə səbəb isə qurumun qanunun əsas tələblərindən birini pozaması olub.
Qeyd edək ki, SXA-nın tenderlərindən biri əlilliyi müəyyən olunmuş şəxslər və Şəhid ailələri üçün Bakıda 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı olub. Toplam 60 ədəd mənzil üçün agentlik 5.7 milyon manat vəsait ayırmağı planlaşdırıb.
Digər tender isə Salyan rayonunda lilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 9 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı mənzilin satın alınmasından ibarət olub. Bu məqsədlə SXA 3 milyon manata yaxın (1,188 milyon və 1,262 milyon manat) büdcə müəyyən edib.
Sonuncu tender isə Neftçalada analoji işlərin görülməsi ilə bağlıdır. Agentlik rayonda 20 ədəd üçotaqlı mənzilin satın alınmasını reallaşdırmaq istəyib. Bunun üçün isə 1 milyon 980 min manat vəsait xərcləməyi qərarlaşdırıb.
Tenderin ləğvi ilə bağlı qərar verən Azərbaycan Prezidenti yanında Anti İnhisar və İstahlak Bazarına Nəzarət Dövlət Agentliyi yazılı açıqlamasında qeyd edib ki, Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Bakı şəhəri, Salyan və Neftçala rayonlarında mənzilin satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda təklif və təklifin təminatını təqdim etmiş təchizatçıların sayının üçdən az olması səbəbindən Qanunun 36.2-ci maddəsinə əsasən satınalmanın ləğv edilməsi qərara alınıb.








