"Şikayətim Starexglobal.az şirkəti ilə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Mənə SMS vasitəsilə məlumat göndərilib ki,mən bağlamamı bəyan etməliyəm.Amma Smart Customs tətbiqində bağlamam görünmür.
Dünən Statexlə əlaqə saxlayanda bildirdilər ki,məlumat ötürülüb,problem Gömrük tətbiqi ilə bağlıdır... Gömrük komitəsinə müraciət edin....
Komitədən məlumat verildi ki, əgər tətbiqdə görə bilmirsinizsə, deməli məlumat daxil olmayıb.
Dünəndən əlaqə saxlamağa çalışıram. Anladığım qədərilə Statex cəmi bir dəfə müştərinin sorğusuna cavab verir. Daha sonra nə qədər zəng etsən də, şikayətlə bağlı zəngi açmırlar.
Dünəndən bir neçə dəfə əlaqə yaratmağa çallşmışam, heç kəs cavablandırmır. Görünən də odur ki, həqiqətən Gömrüyə məlumat daxil edilməyib. Dünən Starexin operatoru dedi ki, instagram vasitəsilə əlaqə saxlayın. Yazmışam hələ də cavab yoxdur. Belə getsə, əməkdaşlıq etdikləri şirkətlərə şikayət edəcəm ki, norml çatdırılma etmirlər..."









