Müştəri “Megastore”dan alış-veriş zamanı topladığı bonusların kartlarından vəsaitlərin silindiyini bildirir.
Bu barədə FED.AZ-a məlumat verən şikayətçi qeyd edir ki, “Megastore” mağazalarında alış-veriş edən zaman “Ozio Plus” kəşbək kartına bonuslar toplanır.
Kartlara yığılan bu bonus vəsaitlərini istifadə edən zaman isə problemlər yaranıb. Bonus vəsaitləri müştəriyə xəbər edilmədən “Megastore” tərəfindən silinib, müştəriyə geri qaytarılmayıb.
Redaksiyamıza müraciət edən şikayətçi bildirir ki, indiyədək mağazadan 3 min manatdan artıq “Megastore”dan alış-veriş edib. Bunun nəticədində müştərinin bonus kartına 34,60 AZN məbləğində bonus vəsiti toplanıb. Lakin müştəri “Megastore”dan alış-veriş edən zaman kassada olan əməkdaş bonus kartından məbləğin silindiyini və bloklandığını bildirib. “Ozio” layihəsindən də kartın bloklandığını təsdiqləsələr də, səbəbi izah olunmayıb.
FED.AZ olaraq “Ozio” layisəi ilə əlaqə saxladıq və problemin nədən ibarət olduğunu öyrənməyə çalışdıq. “Megastore” mağazasının “Ozio” layihəsi üzrə əməkdaşı Leyla Həbib adlı əməkdaşı redaksiayamıza bildirib ki, şikayətçi müştəriyə geri dönüş olunub və yaranmış problem öz həllini tapıb.









