Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                     “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” .....                     114 nömrəli avtobusun bitməyən problemləri... .....                     Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı .....                     Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü .....                     62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI .....                     Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK .....                     Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı .....                     Bakıxanov qəsəbəsində ağaclar kəsilib? .....                 

102-ci baza İrəvandakı seçkilərə müdaxilə hazırlığında - Görünəni odur ki...
Tarix: 1-04-2026, 09:02 | Çap et

Ermənistanda yaxınlaşmaqda olan parlament seçkilərinin nəticələri Gümrüdəki 102-ci Rusiya bazasının taleyinə də həlledici təsir göstərə bilər. Ermənistandakı revanşistləri dəstəkləyən media iddia edir ki, Paşinyan hakimiyyəti Rusiya bazasına qarşı kampaniyaya başlayıb. Bildirilir ki, bazanın şəxsi heyəti arasında isə parlament seçkiləri ilə bağlı anti-Paşinyan kampaniyası aparılır. İddia olunur ki, bölmə komandirləri Ermənistan vətəndaşları ilə söhbətlər aparır, onları Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasına səs verməsələr, işdən çıxarılacaqları ilə hədələyirlər. Hətta guya Azərbaycanda da hakimiyyətə yaxın telekanallar tərəfindən 102-ci baza ilə bağlı anti-təbliğat aparılır, hərçənd bunu sübut edən heç bir fakt ortaya qoyulmur.

Maraqlıdır ki, revanşist media yazır ki, Gümrüdə Paşinyanın əleyhinə təbliğata ehtiyac yoxdur, çünki şəhərdə “əhval-ruhiyyə onsuz da son dərəcə müxalifdir”. 102-ci bazadan söz düşmükən, Dövlət Dumasına xaricdə həbs edilən Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadəyə icazə verən qanun layihəsi təqdim edilməsi erməni müxalifətini həvəsləndirib. “Doqquz aydır Ermənistanda həbsdə olan və azadlıqdan məhrum olan Samvel Karapetyanın Rusiya vətəndaşı olduğu heç kimə sirr deyil. Karapetyanın həbsinə qərar verən məhkəmələrin yurisdiksiyası Rusiya Federasiyası ilə bağlanmış müqavilələrə və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmır. Bundan əlavə, çoxsaylı Rusiya rəsmiləri Karapetyanın həbsini qanunsuz hesab etdiklərini və ona konsulluq dəstəyinin göstərildiyini bildiriblər”. Bunu isə Ermənistanın “Hraparak” nəşri yazıb. Nəşr sual edib ki, bu qanun layihəsinin qəbulundan sonra Rusiya prezidenti Vladimir Putin öz səlahiyyətlərini həyata keçirə və vətəndaşı Samvel Karapetyanı qorumaq üçün Rusiya silahlı qüvvələrinə belə bir göstəriş verə bilərmi...

Nəşr yazır ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası qanuni olaraq Ermənistan ərazisində yerləşir. Bazada yerləşən xüsusi təyinatlı qüvvələr, əmr verilsə, Karapetyanı qorumaq üçün xüsusi əməliyyat keçirə bilər. Göründüyü kimi, 102-ci bazanın ən müxtəlif bəhanələrlə qarşıdan gələn kritik seçkilərə müdaxiləsi üçün hazırlıqlar başlayıb. Yeri gəlmişkən, rus hərbi bazasının bağlanması tez-tez gündəmə gətirilir. Lakin iki ölkə arasında imzalanan müqaviləyə görə, 2040-cı ilədək 102-ci baza fəaliyyətini davam etdirməlidir. Martın əvvəlində baş nazir Nikol Paşinyan bildirib ki, Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın Avropa İttifaqına üzvlük niyyətinə hələlik mane olmur. “Bəli, Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Lakin biz hələ o mərhələdə deyilik ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası bizim görmə sahəmizi bağlasın. Əgər bunu etdiklərini görsək, onda necə irəliləmək barədə düşünəcəyik ki, problemlərlə qarşılaşmayaq”, - Paşinyan qeyd edib. Baş nazir Ermənistanın Rusiya ilə münasibətlərini pozmaq kimi bir niyyətinin olmadığını və olmayacağını da vurğulayıb.

Bəs hansı şərait yarana bilər ki, rus hərbçiləri seçkilərə müdaxilə etsinlər?

Professor Qabil Hüseynli hesab etmir ki, vəziyyət o həddə çata bilər. Onun fikrincə, Paşinyanın Putinlə zəngləşməsi, mayın 9-da keçiriləcək Qələbə paradında böyük ehtimalla iştirak edəcəyi seçkiqabağı qarantiya xarakterli addımlardır. “Əgər hadisələr xaotik şəkil alarsa, idarəetmə kontroldan çıxarsa, Ermənistanda hərbi çevriliş üçün şərait yaranarsa, rus hərbçilərinin kamfulyaj olunub erməni ordusu ilə birlikdə hərəkət etməsi mümkündür. Bu halda, Ermənistanda dəyişiklik ola və Rusiya həm öz adamı Karapetyanı xilas edə bilər. Bu gözlənti Ukrayna üçün də var idi, amma Kiyevi tutmaq mümkün olmadı. Ermənistan şübhəsiz ki, zəif bənddir və Paşinyan bu vəziyyətlə qarşılaşdığı halda çox müqavimət göstərə bilməz. Sadəcə, belə bir ssenarini istisna edirəm. Əvvəla, amerikalılar Ermənistanda hakimiyyəti mühafizə edir. Hazırda təbliğat da ondan ibarətdir ki, Rusiyanın adamları "müharibə partiyasıdır" və onlara səs verməklə ermənilər təzədən od-alovun içinə atılacaq. Ona görə Paşinyandan narazılıq olsa da, ictimai rəy Rusiyanın namizədlərini dəstəkləmir".

Politoloqa görə, ən vacib məsələ yuxarıda qeyd etdiyi kimi, Putinlə Paşinyan arasında əlaqələrin yaxşılaşmasıdır: “Rusiya kobud güc variantını "B" planı kimi nəzərdə tutsa da, Paşinyanla yola davam edə bilər. Çünki Ermənistan onun dövründə Rusiyanın sanksiyalardan yayınmasında rol oynayır. Razıyam ki, Zəngəzur dəhlizinin ABŞ şirkətinə verilməsi, Avropa İttifaqı ilə bağlı siyasi xətt Moskvanın xoşuna gəlmir. Amma Ermənistan hara qaçır ki? Rusiya üçün itirilməmiş və kiçik dövlətdir. Ona görə də 102-ci bazanın hərəkətə keçməsi yalnız hərbi çevriliş şəraitində ola bilər. Üstəlik, rusların başı Ukraynada möhkəm qarışıqdır. Bir tərəfdən də müttəfiqi İrana hücumlar davam edir. Məncə, iyun seçkilərində Rusiya reallıqla barışacaq".

Mütəxəssisin bidlirdiyinə görə, Moskva Ermənistan ərazisini idarə olunan böhran və güc tətbiqi üçün əməliyyat meydanı kimi görə bilər, amma regiondakı vəziyyət bunu diqtə etmir: “Paralel olaraq, Rusiya Cənubi Qafqazda itirdiyi mövqeləri geri qaytarmaq niyyətindədir. Amma indi mümkün görünmür. Bölgədə eskalasiyalar davam etdikcə Rusiyanın Cənubi Qafqazda təsirlərini gücləndirmək imkanları məhdud olacaq”.

Xatırladaq ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. 102-ci hərbi baza Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, Ermənistanın Moskvanın diktəsi ilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir. Hərbi baza həm MAXE, həm də gənc çağırışçılarla komplektləşdirilir. Baza ümumilikdə 13 döyüş və 17 təchizat-təminat bölməsindən ibarətdir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, "C-300" zenit-raket kompleksi, "MİQ-29" qırıcıları, "Mi-24P" və "Mi-8MT" helikopterləri də var.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Dünən, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Dünən, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Dünən, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Dünən, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Dünən, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Dünən, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Dünən, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Dünən, 13:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru