Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                 

Banklarda yeni qayda qüvvəyə mindi: Nələr dəyişəcək? - AKTUAL
Tarix: 30-03-2026, 17:22 | Çap et

Azərbaycanda bank və digər maliyyə qurumlarında hesab açılması prosesi ilə bağlı mühüm yenilik qüvvəyə minib.

Belə ki, Azərbaycan Mərkəzi Bankı sədri Taleh Kazımov tərəfindən təsdiqlənən yeni qaydaya əsasən, 30 mart 2026-cı ildən etibarən vətəndaşlar artıq maliyyə qurumlarında hesabları məsafədən, yəni fiziki olaraq banka getmədən aça biləcəklər.

Bəs nələr dəyişəcək?

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, dəyişən komfortun artırılmasıdır.

O qeyd edib ki, ümumilikdə, məsafədən xidmətlərin tətbiqində ən vacib üstünlük vaxt və resurs qənaətidir:

"Yəni artıq cari hesab açmaq üçün banka getməyə ehtiyac olmayacaq. Vətəndaş evində oturaraq identifikasiyadan keçib “müştərini tanı” qaydalarına əməl etməklə prosesi məsafədən həll edə biləcək. Təbii ki, bu, insanların vaxtına qənaət edilməsinə və resursların daha səmərəli istifadəsinə gətirib çıxarır. Əsas məqam da, önəmli olan da məhz budur".

İqtisadçı əlavə edib ki, banklar üçün də bu yeniliyin üstünlükləri var:

"Belə ki, əlavə işçi qüvvəsi və əməliyyat xərcləri azalır, nəticədə maliyyə baxımından qənaət əldə olunur. Bu, hər iki tərəf üçün yaxşıdır, həm bank, həm də müştəri üçün qarşılıqlı fayda deməkdir. Eyni zamanda, məsafədən xidmətlər maliyyə xidmətlərinə çıxışı da asanlaşdırır.

Bəzi şəxslər banka getməyə ərinir, çətinlik çəkə və ya buna həvəs göstərməyə bilər. Lakin onlayn şəkildə rahat və sürətli qoşulma imkanı daha çox insanın maliyyə sektoruna daxil olmasını təmin edir. Ümumilikdə, bu cür rəqəmsallaşma və elektronlaşma proseslərinin bütün müsbət tərəflərini bu yenilikdə də görmək mümkündür".

Qeyd edək ki, artıq məsafədən hesabların açılması qaydası təsdiqlənib.

Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun 15 dekabr 2025-ci ildə imzaladığı müvafiq qərar 2026-cı il martın 30-dan qüvvəyə minib.

Belə ki, bu Qayda kredit təşkilatlarında, investisiya şirkətlərində, poçt rabitəsinin milli operatorunda, ödəniş təşkilatlarında (müstəsna olaraq ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatları istisna olmaqla), habelə elektron pul təşkilatlarında (bundan sonra - nəzarət subyektləri) məsafədən hesabların açılması qaydasını müəyyən edir.

İki və ya daha çox şəxsə məsafədən birgə hesab açıldıqda bu Qaydanın tələbləri həmin şəxslərin hər birinə ayrı-ayrılıqda tətbiq edilir.

Əsas anlayışlar

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

məsafədən hesabların açılması- nəzarət subyekti əməkdaşının və məsafədən hesabın açılması üçün müraciət edən şəxsin (bundan sonra - müştəri) eyni zamanda birgə fiziki iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə hesabların açılması; hesab - bank və digər ödəniş hesabı, müştəri hesabı (depo hesabı və marja hesabı); şəxsin eyniləşdirilməsi - şəkil çəkilişi, videoçəkiliş və ya videozəng vasitəsilə müştərinin eyniləşdirilməsi və verifikasiyası videozəng - nəzarət subyekti əməkdaşının və müştərinin iştirakı ilə real vaxtda informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi; şəkil çəkilişi - nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə fotoqeydiyyat formasında həyata keçirilən şəxsin eyniləşdirilməsi; videoçəkiliş - nəzarət subyekti əməkdaşının birbaşa iştirakı olmadan informasiya texnologiyaları vasitəsilə videoqeydiyyat formatında həyata keçirilən şəxsin eyniləşdirilməsi.

Bu Qaydada istifadə edilən "gücləndirilmiş elektron imza" anlayışı "Elektron imza və elektron sənəd haqqında" Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

Bu Qaydada istifadə olunan digər anlayışlar digər normativ hüquqi və normativ xarakterli aktlarda müəyyənləşdirilmiş mənaları ifadə edir.

Hesabların məsafədən açılması

Məsafədən hesab açılan zaman nəzarət subyekti tərəfindən istifadə edilən informasiya texnologiyaları, o cümlədən informasiya sistemi, proqram təminatı "Fərdi məlumatlar haqqında" Qanun və digər hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Fiziki şəxs olan müştərilərə münasibətdə qanuni nümayəndə qismində valideynlər, övladlığa götürənlər və ya qəyyumlar, hüquqi şəxs olan müştərilərə münasibətdə qanuni təmsilçi istisna olmaqla müştəriyə digər səlahiyyətli nümayəndə vasitəsilə məsafədən hesab açılmasına yol verilmir.

Nəzarət subyekti məsafədən açılan hesablar ilə bağlı limitlər müəyyən etdikdə, bu barədə müştəriyə məlumat verilməli və hesab açılarkən həmin limitlərə riayət olunmalıdır.

Nəzarət subyekti xidmət göstərdiyi şəxsin yazılı müraciəti ilə ona məsafədən hesab açılmasını məhdudlaşdırmaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət yalnız həmin şəxsin nəzarət subyektində fiziki iştirakı ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.

Müraciətin edilməsi

Məsafədən hesab açılması üçün müştəri tərəfindən nəzarət subyektinə elektron qaydada müraciət edilir.Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla müştərinin müraciəti əsasında nəzarət subyekti tərəfindən hesabın açılması üçün qanunvericiliklə tələb edilən məlumat və sənədlər nəzarət subyektinə təqdim olunmalıdır.

Məlumat və sənədlər elektron formada təqdim edildikdə məlumatlar müştərinin, sənədlər onları tərtib etmiş şəxslərin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmiş formada, kağız daşıyıcıda təqdim edildikdə isə əsli və ya surəti qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş formada olmalıdır.
Aşağıdakı hallarda müştəridən məlumat və sənədlərin nəzarət subyektinə təqdim edilməsi tələb olunmur:

nəzarət subyektində daha öncə hesabın açılması zamanı əldə edilmiş müvafiq məlumat və sənədlər mövcud olduqda və bu məlumat və sənədlər müştəri uyğunluğu tədbirlərinin davamlı olaraq tətbiq edilməsi nəticəsində yenilənmiş olduqda; nəzarət subyekti "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna müvafiq olaraq qəbul edilmiş "Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"a (bundan sonra - MUT Qaydaları) uyğun olaraq tələb edilən məlumat və sənədləri "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna müvafiq olaraq üçüncü şəxslərə güvənərək əldə etdikdə;

dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda nəzarət subyekti tərəfindən müvafiq məlumat və sənədlər həmin informasiya sistemlərindən əldə edildikdə.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən MUT Qaydalarına uyğun olaraq verifikasiya tədbirləri görülür, nəzarət subyektinin daxili qaydalarına uyğun olaraq risk qiymətləndirilməsi həyata keçirilir. Risk qiymətləndirilməsi nəticələrindən asılı olaraq prosesə xitam verilməsi halları nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilir.

Əldə edilmiş məlumat və sənədlər əsasında nəzarət subyekti tərəfindən müştərinin fəaliyyət qabiliyyəti, səlahiyyəti və gücləndirilmiş elektron imzası qanunvericiliyə uyğun olaraq yoxlanılır.

Şəxsin eyniləşdirilməsi

Bu Qayda ilə müəyyən edilmiş şəxsin eyniləşdirilməsinə dair tələblərin tətbiqi üzrə biznes proseslərinin və nəzarət mexanizmlərinin formalaşdırılmasından öncə nəzarət subyekti tərəfindən əməliyyat və komplayens risklərinin təhlili və onların effektiv idarə edilməsi məqsədilə tədbirlər, o cümlədən müvafiq təhlükəsizlik tədbirləri görülür.

Şəxsin eyniləşdirilməsindən əvvəl nəzarət subyekti tərəfindən müştəri eyniləşdirilmənin keçirilməsi ilə bağlı qaydalarla və müəyyən edilmiş şərtlərlə tanış edilir, habelə hesabın açılması üçün qanuna uyğun olaraq tələb olunan fərdi məlumatların "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq alınır.

Bu Qaydanın "Müraciətin edilməsi" hissəsinə uyğun olaraq, müvafiq prosedurlardan keçən şəxsə münasibətdə şəxsin eyniləşdirilməsi prosesinə başlanılır.

Şəxsin eyniləşdirilməsi risk əsaslı yanaşma nəzərə alınmaqla, nəzarət subyekti tərəfindən təsdiq edilmiş daxili qaydalar əsasında aşağıdakı üsullardan biri və ya bir neçəsinin tətbiqi yolu ilə həyata keçirilir:

şəkil çəkilişi vasitəsilə eyniləşdirmə;
videoçəkiliş vasitəsilə eyniləşdirmə;

Nəzarət subyekti tərəfindən şəkil çəkilişi, videoçəkiliş və ya videozəng nəticəsində müvafiq görüntülər əldə edilməlidir. Görüntülər aşağıdakı tələblərə uyğun olmalıdır:

görüntü və səs keyfiyyəti azı sinxronizasiya olunmuş şəkildə bütün proses zamanı şəxsin eyniləşdirilməsinə və verifikasiyasına imkan verməlidir; görüntü rəngli olmalıdır; görüntüdə şəxsin üz təsviri aydın görünməli, üz təsviri açıq olmalı və üzərinə kölgə düşməməli, üz təsvirini örtən hər hansı əşya, o cümlədən eynək və ya üzüörtən hər hansı bir vasitə olmamalıdır; görüntüdə şəxsdən başqa üçüncü şəxslər iştirak etməməli, o cümlədən üçüncü şəxslərin köməyindən istifadə olunmamalıdır.

Videozəng real vaxtda və fasiləsiz olaraq həyata keçirilir.

Şəxsin eyniləşdirilməsi prosesində fiziki şəxsin canlılığını aşkarlayan üsullar istifadə edilməlidir. Canlılığın yoxlanılması proqram təminatı vasitəsilə həyata keçirilməlidir.

Şəxsin canlı insan olduğundan əmin olmaq üçün ondan təsadüfi sıra ilə minimum 3 hərəkətin edilməsi tələb olunur. Proqram təminatı vasitəsilə şəxsin reaksiyalarının verilmiş tapşırıqlara uyğunluğu, şəxsin üz təsvirinin canlı dinamikası, o cümlədən onun şüurlu idarə edə bilmədiyi təbii fizioloji reaksiyaları təhlil edilir.

Şəxsin eyniləşdirilməsi zamanı şəxsin üz təsviri onun dövlət informasiya sistemindəki fotoşəkili ilə proqram təminatı vasitəsilə üzləşdirilir.

Nəzarət subyektində hesabı mövcud olan müştərilər tərəfindən həmin nəzarət subyektində məsafədən yeni hesabın açılması zamanı şəxsin eyniləşdirilməsinin həyata keçirilməsi tələb olunmur. Nəzarət subyekti bu qaydada hesabın açılmasını riskli hesab edərsə, yuxarıda nəzərdə tutulan üsullardan birini və ya bir neçəsini tətbiq edə bilər.

Şəxsin eyniləşdirilməsi zamanı nəzarət subyekti ilə müştəri arasındakı rabitənin bütövlüyü və məxfiliyi, o cümlədən məlumatların ötürülməsi kanallarının tam şifrələnməsi təmin edilir.

Müqavilələrin bağlanması

Bu Qaydanın tələblərinə riayət olunduqda və məsafədən hesab açılmasından imtina edilmədikdə müştəri ilə nəzarət subyekti arasında hesabın açılmasına dair müvafiq müqavilə bağlanılır.

Nəzarət subyekti tərəfindən müvafiq müqavilənin layihəsi aydın və oxunaqlı formada davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişiklik olmadan əks etdirilməsi mümkün olan istənilən vasitə) müştəriyə təqdim edilir.

Müştəri ona təqdim olunmuş müqavilə layihəsi ilə tanış olur və şərtləri ilə razı olduqda müqaviləni və digər əlaqəli sənədləri gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Nəzarət subyekti həmin müqaviləni gücləndirilmiş elektron imza ilə təsdiq edir və müştəriyə davamlı daşıyıcıda təqdim edir.

Nəzarət subyekti müştərinin tələbi ilə məsafədən bağlanmış müqavilənin surətini müştərinin seçdiyi formada (kağızda və ya digər davamlı daşıyıcıda) əlçatan etməlidir.

Aşağıdakı hallarda məsafədən hesab açılmasından imtina edilir:

bu Qaydanın 1.3-cü bəndində göstərilən hüquqi aktlarda nəzərdə tutulmuş hallar mövcud olduqda;
bu Qaydanın 4.5-ci bəndinə uyğun olaraq aparılan yoxlama nəticəsində məsafədən hesabın açılması mümkün olmadıqda;
bu Qaydanın 5-ci hissəsinin tələblərinə uyğun olaraq şəxsin eyniləşdirilməsi mümkün olmadıqda.

Nəzarət subyekti tərəfindən hesabın məsafədən açılmasından imtina edildikdə bu barədə müştəriyə onun təqdim etdiyi müvafiq əlaqə vasitələri ilə (SMS məlumatlandırma, elektron poçt ünvanı və s.) bildiriş göndərilir və bildirişdə imtinanın səbəbləri göstərilir.

Yekun müddəalar

Məsafədən hesab açılması xidmətini göstərən nəzarət subyektinin müşahidə (direktorlar) şurası (belə orqan olmadıqda nəzarət subyektinin icra orqanı) tərəfindən bu xidmətlərə dair daxili qaydalar təsdiq edilir. Şəxsin eyniləşdirilməsi prosesinin adekvatlığının yoxlanılması ildə bir dəfədən az olmayaraq nəzarət subyektinin daxili qaydaları ilə müəyyən edilmiş dövriliklə həyata keçirilir.

Təhlükəsizlik pozuntularının aşkarlanması və ya baş verməsi, aidiyyəti hüquqi aktlarda dəyişikliklərin edilməsi, nəzarət subyektinin mümkün fırıldaqçılıq və ya digər hüquq pozuntusu hallarından xəbərdar olması və şəxsin eyniləşdirilməsi ilə bağlı çatışmazlıqların aşkarlanması hallarında texnoloji inkişaf və prosesin tətbiqində qazanılan təcrübə də nəzərə alınmaqla məsafədən hesab açılması proseslərinə yenidən baxılır, zərurət olduqda daxili qaydalarda müvafiq dəyişikliklər edilir.

Məsafədən hesab açılması zamanı əldə olunmuş bütün məlumat və sənədlər, o cümlədən şəxsin eyniləşdirilməsi zamanı yaradılmış video və audio fayllar, şəkillər, loqlar qanunvericiliyə uyğun qaydada və müddətlərdə saxlanılır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru