Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                 

Bakı Slavyan Universiteti Bakıdan köçürülsün - Deputatdan təklif
Tarix: 30-03-2026, 10:42 | Çap et

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Məsələ hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda, bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbayca Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarix 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.

Bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bu yanaşmanı çox aktual və strateji əhəmiyyətli bir məsələ kimi qiymətləndirib.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsil müəssisələrinin dekonsentrasiyası (paytaxtdan kənara çıxarılması) həm Bakının yükünün azaldılması, həm də regionların dirçəldilməsi baxımından mühüm addımdır.

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində ali təhsilin regionlara transferi ölkəmizin balanslı inkişafı baxımından son dərəcə vacibdir. Bu, yalnız təhsil siyasəti deyil, eyni zamanda regional iqtisadiyyatın, məşğulluğun və insan kapitalının inkişafını hədəfləyən kompleks yanaşmadır”.

Deputatın fikrincə, hər bir universiteti mexaniki şəkildə köçürmək doğru olmaz:

“Köçürülmə prosesi “ixtisaslaşma və regionun potensialı” paralelliyi əsasında, yəni strateji uyğunlaşma prinsipi ilə həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, Texniki və sənaye təmayüllü universitetlər - məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Nəqliyyat və logistika: Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur. Slavyan Universitetinin adı və köçürülməsi məsələsi də ayrıca müzakirə obyekti ola bilər”.

M.Vəliyeva onu da əlavə edib ki, yeni yaradılacaq universitetlər “klassik” modeldən daha çox “nəticəyönümlü və innovativ” yanaşma əsasında qurulmalıdır:

"Qarabağ Universiteti və Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa olunan enerji, “ağıllı şəhər” texnologiyaları və turizm menecmenti üzrə ixtisaslaşmış müasir mərkəzlərin sayı artırılmalıdır. Yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və proqram mühəndisliyi üzrə regional mərkəz rolunu oynayacaq yeni təhsil ocaqlarına ehtiyac var. Logistika və tranzit idarəçiliyi çərçivəsində isə Azərbaycanın tranzit qovşağına çevrilməsi nəzərə alınaraq, xüsusilə cənub və qərb dəhlizləri üzərində bu sahəni dərindən öyrədən ixtisaslaşmış mərkəzlər yaradılmalıdır”.

Milli Məclisin üzvü vurğulayıb ki, universitetin sadəcə binasını köçürmək kifayət deyil, eyni zamanda uğurlu keçid üçün bu proses tam ekosistem yanaşması ilə həyata keçirilməlidir:

“Kampus modeli çərçivəsində müasir universitet şəhərcikləri - yataqxanalar, laboratoriyalar, startap mərkəzləri və sosial infrastrukturla birlikdə qurulmalıdır. Akademik heyət üçün stimullar nəzərdə tutulmalı, regionlara köçən müəllimlər üçün əlavə əməkhaqqı, mənzil və sosial təminat paketləri tətbiq edilməlidir. Sənaye ilə inteqrasiya təmin olunmalı, universitetlər yerləşdiyi bölgənin iqtisadi subyektləri ilə birbaşa əməkdaşlıq etməli və tələbələr real istehsalat mühitində təcrübə keçməlidirlər. Ümumiyyətlə qeyd edək ki, bu təşəbbüs düzgün planlaşdırıldığı təqdirdə Bakının demoqrafik və nəqliyyat yükünü azaldacaq, regionlarda iqtisadi fəallığı artıracaq, təhsilin keyfiyyətini praktikaya daha da yaxınlaşdıracaq. Bu, yalnız təhsil islahatı deyil, həm də Azərbaycanın gələcək inkişaf modelinin əsas sütunlarından biri olacaq strateji layihədir”.

Parlamentin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov isə hesab edir ki, bəzi universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması ölkədə regional inkişafın sürətləndirilməsi və elmi potensialın daha balanslı paylanması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:

“Bu prosesin əsas məqsədi yalnız universitetlərin fiziki olaraq köçürülməsi deyil, eyni zamanda regionlarda iqtisadi, sosial və elmi inkişafın stimullaşdırılmasıdır. Yanaşmaya görə, paytaxt yenə də ölkənin əsas akademik mərkəzi olaraq qalmalıdır və bütün universitetlərin köçürülməsi nə real, nə də məqsədəuyğundur. Lakin tətbiqi və praktik yönümlü ixtisaslar üzrə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin əsas kampuslarının və ya iri filiallarının regionlarda yerləşdirilməsi daha effektiv nəticə verə bilər. Belə addımlar regionlarda təhsil imkanlarını genişləndirə, yerli iqtisadi fəaliyyətlə təhsili daha sıx əlaqələndirə və kadr hazırlığını yerli ehtiyaclara uyğunlaşdıra bilər”.

Deputat qeyd edib ki, regionların seçilməsində əhali sayı, iqtisadi potensial və nəqliyyat əlçatanlığı kimi meyarlar əsas rol oynayır:

“Bu baxımdan sənaye və iqtisadi imkanları olan böyük şəhərlər, enerji və sənaye infrastrukturu inkişaf etmiş bölgələr, həmçinin turizm və aqrar potensialı yüksək regionlar ali təhsil mərkəzlərinin formalaşması üçün daha əlverişli hesab olunur. Eyni zamanda yenidən qurulan ərazilərdə universitetlərin yaradılması həmin bölgələrin sosial və iqtisadi dirçəlişinə də mühüm töhfə verə bilər”.

V.Qafarov onu da nəzərə çatdırıb ki, yeni universitetlərin yaradılmasında regional ixtisaslaşma prinsipi xüsusi əhəmiyyət daşıyır:

“Müxtəlif bölgələrdə texnologiya, energetika, logistika, aqrar sahə, turizm və qida sənayesi kimi istiqamətlər üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin qurulması həm yerli iqtisadiyyatın inkişafına, həm də ölkənin elmi potensialının genişlənməsinə xidmət edə bilər.

Nəticə etibarilə, universitetlərin regionlara köçürülməsi və yeni ali təhsil müəssisələrinin yaradılması yalnız təhsil siyasəti deyil, həm də regional inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Düzgün planlaşdırılmış yanaşma nəticəsində paytaxt əsas elmi mərkəz olaraq qalmaqla yanaşı, regionlarda da yeni akademik mərkəzlər formalaşa bilər və bu, ölkədə ali təhsil sisteminin daha balanslı inkişafına töhfə verər”, - deyə deputat fikrini tamamlayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru