Bir qrup dələduz da heyvan məsələsindədir. Kart açıb bütün günü heyvanlara yemək alırlar. Məsələn yazır ki, iki it balasına 50 azn lazımdır. Kommentdə baxırsan ki, 50 nəfər pul göndərdi. Digər pullar hara gedir bilinmir.
Bunu birdəfəlik anlayın. Yardım yığan adamlara fikir verin. Əksəriyyəti avara-uvara adamlardır...
Adam bütün günü heyvanlara yardım edir. Qapı-qapı gəzib insanlara yardım edir. İşləmir eləmir. Baxırsan adi adamdır.
Bura Amerika deyil. İşləməyənin aqibəti bəllidir. Baxırsan işləmir eləmir. Səhərdən axşama heyvan sığınacaqları, kasıb-kusub evləri gəzirlər.
Necə dolanırsan.. harda işləyirsən... bilinmir.
İşləyən adamın bu qədər vaxtı ola bilməz. Çox az hal ola bilər...
Müəllif: Xaqani Hüseynov - Mənbə: "DİA-AZ"









