Martın 9-da 58 mindən çox şagird buraxılış imtahanı verəcək. Keçə bilməyən həm də attestatsız qalacaq.
Bildiyim qədəriylə normal ölkələrin heç birində şagirdlər bu yaşda erkən və gərəksiz imtahan oyunlarıyla belə ağır psixoloji təzyiq və stress altına alınmır.
Hələ bunlar cəhənnəm e, Avropa İttifaqı ölkələrində birmənalı qəbul olunan diplom sahibinə hansısa posta dal qapıdan soxulanın biri deyir ki, sən get imtahan ver, diplomunu tanıt, sonra dövlət qulluğuna əvvəl test imtahanı ver, sonra gəl müsahibəyə, biz səni imtahan edəcəyik)
Bunu o adam deyir ki, dil biliyi vacib sahədə işləyir, lakin xarici dil cəhənnəmə, ana dilini belə bilmir.
Hələ ixtisas söhbəti edən qeyri-ixtisas sahiblərinin dövlətin çətiri altında verdikləri hoqqaları sadalamıram...
P.S. Dərdimiz özümüzü yandırır, millət olaraq düşmüşük molla rejimiylə kafirlərin dalına...
Müəllif: Fazil Əhməd - Mənbə: "DİA-AZ"









