Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                 

Marketlərdə saxtakarlıq: Almadığımız mala 500 milyon ödəyirik - NƏ ETMƏLİ?
Tarix: 4-03-2026, 16:27 | Çap et

Son vaxtar marketlərdə istehlakçıların aldadılması faktları getdikcə artır.

Belə ki, marketlərdə məhsulun qiymətinin rəflərdə endirimlə göstərilməsinə baxmayaraq, kassada hesablanarkən yüksək rəqəmin qeyd edilməsi, yaxud kassa aparatında məhsullar hesablanarkən əlavə məhsul vurulması, eləcə də boş çeklərin təqdim edilməsi, həmçinin istehlak müddəti keçmiş məhsulların yenidən alıcılara tədim edilməsi kimi faktlar var.

Hətta bununla bağlı Milli Məclisin iclasında deputat Azay Quliyev bildirib ki, son vaxtlar vətəndaşların marketlərlə bağlı şikayətləri artır:

“Xüsusilə də məhsulların üzərindəki qiymətlərin kassalarda fərqli çıxması ciddi narazılıqlar yaradır”.

Deputat bu cür nöqsanlara yol verən marketlərin cəzalandırılmasını təklif edib:

“Aidiyyəti qurumlar bu məsələ ilə bağlı ciddi araşdırmalar aparmalıdır. Nöqsanlar aradan qaldırılmalı və bu səhvə yol verənlər cəzlalandırılmalıdır”.

Bu gün marketlərdə “aldatma əməliyyatlarının” artdığını nəzərə alsaq, bu, istehlakçı hüquqlarının pozulması deyilmi və problem niyə öz həllini tapmır?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, millət vəkilinin son vaxtlar vətəndaşların marketlərlə bağlı şikayətlərinin artması, xüsusilə də məhsulların üzərindəki qiymətlərin kassalarda fərqli çıxmasının ciddi narazılıqlar yaratması fikri ilə tam razıdır:

“Artıq 10 ilə yaxındır ki, Azərbaycandakı marketlərdə süni qiymət artımı, istehlakçıların hüquqlarının pozulması, aldatma baş verir. Marketlərdə müasir qurğular qurulur və əgər bir neçə il öncə alıcıları üzbəüz olaraq aldadırdılarsa, indi qurğular vasitəsilə aldadırlar.

Hər gün bu barədə AİB-ə istehlakçı zəngləri daxil olur. Yəni marketdə rəflərdə məhsulun qiymətinin aşağı olması, sonra isə kassada yüksək qiymətin tətbiq edilməsi ilə bağlı müraciətlər var. Bu, böyük istehlakçı problemidir".

Bundan başqa, kartla ödəniş zamanı istehlakçının almadığı malların yazılması, marketlərin içərisində olan meyvələrin satıldığı hissədə bilərəkdən istehlakçıların aldadılması halları var:

"Məsələn, kassa çekində göstərilib ki, vətəndaş 86 qəpiyə badımcan alır, ancaq ekzotik bir meyvənin qiymətini, yəni 36 manat yazılır. Bunların hamısı bilərəkdən baş verir. Xüsusilə də almadığı malın yazılması kartla ödənişdə baş verir. İstehlakçı çox sayda mal alanda, onun almadığı malı da yazırlar.

Şəxsən mən şəhərin mərkəzində yerləşən bir marketdə bir ildə 100 manata qədər aldatma cəhdini müşahidə etmişəm. AİB-ə gələn şikayətləri ümumiləşdirsək, bir ildə Azərbaycan istehlakçıları almadıqları mal üçün 500 milyon manat ödəyirlər. O ki qaldı rəfdə məhsulun qiymətinin aşağı olub, kassada yuxarı olmasına, bu, ən geniş yayılmış süni qiymət artımıdır”.

Belə halda istehlakçının necə hərəkət etməsinə gəldikdə, AİB sədri deyir ki, istehlakçı kassadan ayrılmadan kassa qəbzinə baxmalıdır:

“Burada fərqi gördükdə, kassa qəbzini özündə saxlamaqla, yenidən qayıdıb malın və qiymətinin şəklini çəkməlidir. Gəlib kassada iradını bildirməlidir. Həmin dəqiqə deyəcəklər ki, səhv etmişik, yadımızdan çıxıb.

Rəfdəki qiymətlə məhsulu yenidən hesablayacaqlar. İstehlakçı o qəbzi də götürüb, ikisinin də şəklini çəkməlidir. Əgər istəsə ki, problemi kökündən yerində həll etsin, marketin işilərindən birini çağırıb iradını bildirməlidir. Həmin dəqiqə o qiyməti dəyişəcəklər.

Əgər vətəndaş fəallıq göstərmək istəyirsə, 012-599- 76-00 telefonu ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verməlidirlər ki, orada yoxlama keçirilsin. Çox təəssüf ki, adıçəkilən dövlət qurumu bunları görür və bu məsələni həll etmirlər. Bunun da səbəbi odur ki, ölkədə istehlakçı hüquqlarının qorunması bərbad vəziyyətdədir".

O bildirib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun 1995-ci ildə qəbul olunub:

"Ondan sonra qanun dəyişməyib. Bu fikirləri mən ötən il 3 mart tarixində Milli Məclisdə Ombudsmanın illik hesabatında səsləndirmişəm. Orada 102 səhifəlik hesabatda bir dəfə də olsun “istehlakçı” kəlməsi işlədilməmişdi. İstehlakçı hüququ insan hüquqlarının tərkib hissəsi kimi görünmürdü.

Bugünlərdə Ombudsmanın hesabatının müzakirəsi zamanı mən yenə də iradlarımı bildirdim. Ancaq qanun dəyişməz olaraq qalıb. Bu, çox ciddi problemdir. Biznes qurumlarının toxunulmazlığı siyasətinə görə onlar bundan sui-istifadə edirlər. Həm qiymətdə, həm də keyfiyyətdə istehlakçıları aldadırlar. Bu, yoverilməzdir və həmin problem öz həllini tapmalıdır”.

“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru