AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Brüssel Bakı ilə saziş havasında - niyə indi?
Tarix: 4-03-2026, 09:25 | Çap et

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qronon bugünlərdə Azərbaycanla bir neçə ildir müzakirə olunan sənəd üzərində birgə işi başa çatdırmağın vaxtının gəlib çatdığını deyib. “Yeni Müsavat” bildirir ki, Qrono danışıqlar prosesinin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Son illərdə əməkdaşlıq xüsusən də enerji sektorunda genişlənib və Bakı Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır. Azərbaycanla Aİ arasında strateji saziş əməkdaşlığın bütün sahələrini əhatə etməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycandan başlayan və onun ərazisindən keçən nəqliyyat dəhlizləri Avropaya yönəldilib və mallar əsasən Aİ ölkələrinə daşınacaq. Bu baxımdan, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin yekunlaşdırılması hər iki tərəfin xeyrinə olardı.

Amma fərqli rəylər də var. Məsələn, deputat Rasim Musabəyov Minval.az-a deyib ki, Azərbaycan Avropa Komissiyası və ya bütövlükdə Avropa Birliyi qarşısında heç bir siyasi öhdəlik götürmək niyyətində deyil, çünki Avropa Birliyi Azərbaycan qarşısında belə öhdəliklər götürmür və görünür, bunu etmək niyyətində deyil.

“Qarşılıqlı məqbul mətn hazırlana və paraflana bilər, lakin bu sənəd Avropa Parlamenti, daha sonra isə Aİ üzv dövlətlərinin parlamentləri tərəfindən təsdiqlənməlidir. Və biz Avropa Parlamentində, eləcə də Fransa, Belçika, Hollandiya və Lüksemburq parlamentlərində hökm sürən əhval-ruhiyyəni bilirik. Şübhəsiz ki, onlar bu sənədi Azərbaycan üçün tamamilə qəbuledilməz olan siyasi tələblər və şərtlərlə yükləməyə çalışacaqlar. Buna görə də Azərbaycan siyasi, ideoloji məsələləri bir yana qoyaq, yalnız praqmatik məsələləri həll edən bir razılaşmaya razı olacaq”.

Yeri gəlmişkən, martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçirilib. Tədbirdə Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə qurumu və təşkilatı, həmçinin 49 enerji şirkəti iştirak edib.

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Aİ ilə asossiativ sazişin imzalanması illərlə gündəmdə olub. Onun sözlərinə görə, bu sənəd demokratiya insan hüquqları, o cümlədən gömrük standartları və ümumən ticarətlə bağlı bir çox öhdəliklər qoyur. Politoloq istisna etmir ki, bu tələblərin üzərinə yeniləri gələ və onlardan birinin də ermənilərin Qarabağa qayıdışını təmin etmək ola bilər: “Bu da qəbul olunmayacaq. Çünki bəzi Avropa ölkələrinin parlamentləri Azərbaycan əleyhinə qətnamələr qəbul edib. Onlar həm sənədin imzalanmasına əngəl olmağa çalışacaq, həm də əgər saziş bağlanarsa, daha sərt şərtlər irəli sürəcəklər. Bura təkcə ermənilərin qayıdışı məsələsi aid deyil, həmçinin həbsdə olan ermənilərin azad olunması kimi tələblər mümkündür. Sözsüz ki, onlar sənəddə öz əksini tapmayacaq. Sadəcə, bunu insan haqları ilə əlaqələndirib siyasiləşdirə bilərlər”.

Q.Hüseynlinin fikrincə, ümumilikdə isə əlbəttə, Avropa İttifaqı ilə sazişin imzalanması inkişaf, rifah və digər göstəricilər baxımdan faydalı olardı: “Ancaq Avropa İttifaqının tələskənliyi həm də Rusiya ilə əlaqədardır. Ermənistandan sonra Azərbaycanla da yaxınlaşma siyasətini sürətləndirmək istəyirlər. Ümumilikdə strateji tərəfdaşlıq Avropa və Azərbaycan münasibətlərində bütün sahələri əhatə edir. Həmçinin yeni zamanın çağırışları fonunda yaranmış münasibətlərin də tənzimlənməsi istiqamətində bir konsepsiya formasında ortaya çıxır. Əksər sahələrlə bağlı Azərbaycanla Avropa İttifaqı arasında məsələlər razılaşdırılıb. Yəni ortada bir 5-10 faiz razılaşmalı məqamlar qalıb. Bundan əlavə, enerji, təhlükəsizlik, siyasi inteqrasiya mövzuları kimi mövzular çox geniş spektrdə razılaşdırılıb”.

Ancaq Q.Hüseynli hesab edir ki, ilk növbədə Azərbaycanın enerji ehtiyatları (xüsusilə neft və təbii qaz) Aİ-nin enerji təminatının şaxələndirilməsi strategiyasında vacib yer tutur. Onun sözlərinə görə, ikincisi, Azərbaycan coğrafi olaraq Avropa və Asiya arasında yerləşərək nəqliyyat-kommunikasiya qovşağı rolunu oynayır: “Söhbət Transxəzər marşrutu və Orta dəhliz kimi təşəbbüslərdə ölkənin iştirakından gedir. Yəni Avropa İttifaqına Mərkəzi Asiya və Çinə alternativ bağlantı imkanları yaradır. Sadəcə, münasibətlər çətinliklərin bir qismi Avropa İttifaqı institutlarının Azərbaycanla bağlı qəbul etdiyi bəyanatlarla bağlıdır. Xüsusilə Avropa Parlamenti son illərdə Azərbaycan əleyhinə sayılan bir sıra qətnamələr qəbul edib. Məsələn, 2023-cü ilin əvvəlində Avropa Parlamenti Qarabağdakı humanitar vəziyyətlə bağlı qətnamədə Azərbaycanı blokada yaratmaqda ittiham edib, 2023-cü ilin payızında isə Ermənistan tərəfinin iddiaları əsasında Bakını "etnik təmizləmə" aparmaqda suçlayan çağırışlar səsləndirib. Rəsmi Bakı isə bu ittihamları rədd edir".

Xatırladaq ki, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar isə 2017-ci ildən başlayıb. Azərbaycan Aİ münasibətlərini tənzimləyən bir sıra sahəvi razılaşmalar da mövcuddur. Bunlardan biri ilkin olaraq, 2018-2020-ci illəri əhatə etmiş və daha sonra 2024-cü ilin sonunadək uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru