AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Azərbaycan Avropanın enerji xəritəsini NECƏ DƏYİŞİR? -Xəzərdən Qara dənizə UZANAN KÖRPÜ
Tarix: 2-03-2026, 12:27 | Çap et

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftəni enerji bazarları nisbi sakitliklə başa vurdular. Yəni hansısa gözə çarpacaq dəyişiklik olmadı. Qlobal bazarlarda yaşananları elə neftin qiymətindəki dinamikanı izlədikdə də görmək mümkündür.

Qlobal bazarlar

London Əmtəə Birjasında həftə əvvəli hərraclar başlayarkən Brent markalı neftin 1 bareli 72.04 qiymətinə satılsa da, amma günün sonuna 71.11 qiyməti ilə bağlandı. Sonrakı günlər də neft daha çox 71 dollar ətrafında ticarət edildi və fevralın 26-da isə əvvəlcə, 70 dollardan aşağı həddə düşsədə, amma sonra yenidən 71 dollara doğru irəliləməyə başladı. Bəs bu cür dəyişkənliyə səbəb nə idi?

Buna təsir edən əsas amillərdən biri ABŞ Energetika nazirliyinin çərşənbə günü dərc olunan həftəlik hesabatı idi. Analitiklərin gözlədiyi 1,8 milyon barel artım əvəzinə, ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində 16 milyon barel artaraq 435,8 milyon barelə çatdı. Neft ehtiyatlarının bu cür gözlənilməz artımı ümumən zəif daxili tələbatdan qaynaqlanırdı.

SOCAR-Koreya əməkdaşlığı

Yola saldığımız həftə Azərbaycan Dövlət Neft Şirkətinin bir sıra aktiv addımlar atmasını müşahidə etdik. Qeyd edim ki, SOCAR Azərbaycanın enerji sektorunda strateji əhəmiyyətə malik dövlət şirkətidir. Buna görə də onun görüşləri, apardığı danışıqlar, imzaladığı sənədlər ölkəmizin enerji siyasətində hansı hədəflərin nişan alındığını göstərən bir orientirə çevrilir.

SOCAR Cənubi Koreyanın məşhur şirkəti ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. SOCAR-ın Müşahidə Şirasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Samsung E&A Co." şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə enerji sahəsində tərəfdaşlıq və əməkdaşlığın genişləndirilməsi imkanları barədə Bakıda görüş keçirib.


Daha sonra SOCAR və “Samsung” şirkətlərinin rəhbərləri əməkdaşlıq sənədini imzalayıb. Həmin sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur.

Karbamid zavodundan başlayan əməkdaşlıq

Bəs SOCAR-ın Cənubi Koreya şirkəti ilə əlaqələrinin genişləndirilməsində marağı nədir? Əvvəla, bu şirkət qlobal mühəndislik, satınalma və tikinti podratçısıdır. Şirkət texniki-iqtisadi əsaslandırma, detallı mühəndislik, tikinti, istismara vermə və layihə idarəetməsi daxil olmaqla inteqrə olunmuş xidmətlər təqdim edir.

SOCAR-ın gübrə istehsalı

Elə bu yerdə xatırlatmaq istərdim ki, sözügedən Koreya şirkəti 2024-cü ilə qədər “Samsung Engeneering” adlanırdı və SOCAR-la əməkdaşlığı hələ 13 il əvvəl başlayıb. SOCAR Karbamid Zavodu bu əməkdaşlığın "vizit kartı" sayılır: məhz 2013-cü ildə şirkətlər arasında zavodun layihələndirilməsi, avadanlıqların satınalınması və tikintisi üzrə müqavilə imzalanmışdı və uğurlu əməkdaşlığın bariz nümunəsi kimi 2019-cu ildə zavodun işə salınaraq hazırda ölkəmizin qeyri-neft sektorunda fəaliyyət göstərən ən böyük sənaye müəssisələrindən biri hesab edilir. Zavodun istismara verilməsi ilə Azərbaycan azot gübrəsi idxalından azad oldu və eyni zamanda bu məhsulun ixracatçısına çevrildi.

Qeyd edim ki, 2025-ci ildə “SOCAR Carbamide” zavodu 587,2 min ton azot gübrəsi istehsal edib. Ötən il Azərbaycan 170,8 milyon dollar dəyərində 543,5 min ton azot gübrəsi ixrac edib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, əvvəlki illə müqayisədə ixrac edilən məhsulun həcmi 3,8 % azalsa da, dəyəri 35,3 % artıb. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı isə 5,2 % təşkil edib.

SOCAR-Özbəkistan əməkdaşlığında emal seqmenti

Azərbaycan Dövlət Neft Şirkəti bu həftə Xəzərin o tayında xidmət sahəsində mümkün layihəyə sahib çıxması yönümündə də addım atıb. Buxara Neft Emalı Zavodunun səmərəliliyinin artırılması üçün SOCAR "Özbəkneftqaz" ilə birgə işləməkdə maraqlı olduğunu bildirib. Bu barədə "Özbəkneftqaz" şirkətin İdarə Heyətinin sədri Abduqani Sanginov və SOCAR-ın törəmə müəssisələri olan "SOCAR Trading" ilə "SOCAR Downstream Management"in rəhbərliyi arasında keçirilən görüşdə bildirilib.

Danışıqların yekunlarına əsasən, tərəflər əməli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Həmçinin texniki auditin aparılması və növbəti addımlar üzrə konkret təkliflərin işlənib hazırlanması məqsədilə SOCAR-ın işçi qrupunun müəssisəyə səfərinin təşkil edilməsi barədə razılıq əldə olunub.


Xatırladım ki, 24 iyul 2025-ci il tarixində SOCAR və “Özbəkneftqaz” şirkətləri məhsulun pay bölgüsü haqqında saziş imzalayıblar. Saziş yaxın 3 ildə Özbəkistanın şimal-qərbində Üst-Yurt geoloji sahəsində kəşfiyyat işlərinin həyata keçirilməsini nəzərdə tutur.

SOCAR-ın kadr potensialı

Bütün planlaşdırılan işləri yüksək səviyyədə həyata keçirmək üçün isə ixtisaslı kadrlara malik olmağın böyük əhəmiyyəti var. Elə bu baxımdan da bu həftənin əvvəli SOCAR-ın təşkil etdiyi 300-ə yaxın rəhbər heyətinin iştirakı ilə Performans Liderliyi Forumunda maraqlı məlumatlar açıqlanıb.

Performans, yəni “Xidməti fəaliyyətin idarə edilməsi mədəniyyətinin təşviqi" Proqramı çərçivəsində keçirilən Forum şirkət daxilində idarəetmə prosesində iştirak edən bütün maraqlı tərəflər arasında konstruktiv dialoqu və nəticəyönümlü qərarvermə mədəniyyətini ortaya qoymaqla yanaşı, mövcud çağırışların sistemli şəkildə müzakirəsini təmin etmək və növbəti mərhələlər üzrə prioritetləri müəyyənləşdirmək məqsədi daşıyıb.

SOCAR-ın bununla bağlı yaydığı məlumatda bildirilir ki, 2024-cü ildən etibarən sistemli şəkildə tətbiq olunan xidməti fəaliyyətin idarə edilməsi sistemi struktura daxil olan müəssisələr üzrə ümumilikdə 42 mindən çox heyəti əhatə edir və 14 mindən çox mütəxəssis-texniki heyət fərdi hədəf kartları əsasında idarə edilir.

SOCAR işçi sayını niyə azaldır?

Bu yerdə xüsusilə dayanmaq istəyirəm. Yəni burada SOCAR-da işləyən personalın sayının artıq 42 min olduğu vurğulanır. Əgər biz SOCAR-ın illik hesabatlarına nəzər yetirsək, görərik ki, 2024-ci ilin sonuna bu göstərici 48 min nəfər idi. Demək, aparılan struktur islahatları, rəqəmsallaşdırmanın müsəssislərədə tətbiqi və avmomatlaşdırılmanın dərinləşdirilməsi nəticəsində Dövlət Neft Şirkətində personalın optimallaşdırılması artıq özünü göstərir.

Qeyd etmək istərdim ki, 34 yaşına keçid edən SOCAR-ın fəaliyyəti tarixində onun işçilərinin ən yüksək göstəricisi 2011-ci ildə qeydə alınmışdı – 79 minə yaxın bir işçi heyəti vardı. Amma 20 il öncə SOCAR-ın personalı 58 min idi. Sual oluna bilər ki, bəs hansı səbəbdən bu qədər artım olmuşdu. Təbii ki, buna səbəb əvvəlcə, ölkənin qaz paylayıcı qurumu, “Azəriqaz”-ın SOCAR-a birləşdirilməsi, daha sonra isə “Azərkimya” kimi iri personala malik bir İstehsalat Birliyinin SOCAR-ın çətiri altında yer alması dururdu. Amma elə zənn etməyin ki, SOCAR daim işçi sayı baxımdan böyüyən şirkət olub.

Amma 2017-ci ildə SOCAR öz personalını 6 ilə nə az, nə çox təqribən 28 min nəfər azaltmağa nail olmuşdu. Yəni SOCAR yaranan gündən öz çiyinlərində böyük sosial bir yük daşıdığının fərqində olsa da, amma zaman zaman “ayağını da yorğanına görə uzatmağın” fərqinə varmağı bilib. Bu baxımdan da qlobal bazardakı vəziyyətlə də ayaqlaşmağı diqqətdə saxlayıb, daxildə də personalı yeni qaydalar çərçivəsində münasibətlərə yönəltməyi unutmayıb.

Avropaya enerji ixracı layihəsi

Bu həftə isə ictimaiyyətə açıqlanıb ki, "Xəzər-Qara dəniz-Avropa" enerji dəhlizi layihəsinin dəniz dibinin tədqiqatları iki mərhələdə aparılacaq. Birinci mərhələ Gürcüstan və Rumıniyanın ərazi sularını və xüsusi iqtisadi zonalarını, ikinci mərhələ isə Bolqarıstan və Türkiyənin xüsusi iqtisadi zonalarını əhatə edir. Yəni başlanğıcını Azərbaycandan götürəcək sualtı yüksək gərginlikli kabelin Qara dənizin dibindən hansı sektorlar üzərindən keçməklə Avropadakı istehlakçılara çatrıdırlması məsələsi artıq daha konkret bir şəklə gətiriləcək.

Qeyd edim ki, bu mərhələ dəniz dibi tədqiqatlarının layihələndirilməsini, satınalınmasını və onlara nəzarəti əhatə edir ki, bu da Qara dəniz regionunda elektrik enerjisi sistemlərinin transsərhəd birləşməsinin inkişafında əsas addımdır.


Azərbaycan isə öz növbəsində yaşıl enerji istehsalının artırılması yönümündə bu həftə daha iki layihəyə imza atıb.

Yeni “yaşıl enerji” müqavilələri

Belə ki, Azərbaycan Energetika nazirliyi Naxçıvan Muxtar Respublikasında 25 MVt gücündə "Şəms 1" Günəş Elektrik Stansiyası layihəsi üzrə "CEI Nakhchivan" MMC, həmçinin həmin gücdə "Qərbi Üfüq" Günəş Elektrik Stansiyası layihəsi üzrə isə "Enerso" MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalayıb. Hər iki şirkət özəl sektorun təmsilçiləridir.

Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kVt/st elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Qeyd edim ki, hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 %, istehsalında isə 36,4 % təşkil edir.

“Araz” çayının gələcək enerjisi

Azərbaycan hökuməti bu həftə yaşıl enerjinin istehsalının artımı üçün Araz çayının enerjisindən istifadə məsələlərini də müzakirə edib. Fevralın 24-də Azərbaycan və İran arasında birgə layihələrin, o cümlədən "Xudafərin", "Qız Qalası" və "Ordubad" su elektrik stansiyalarının icrası və elektrik enerjisinin ixracı ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr energetika naziri Pərviz Şahbazovla İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə baş tutub.

İqtisadi münasibətlərdə enerji sahəsinin mühüm rol oynadığı vurğulanmaqla yanaşı, Araz çayının enerji potensialından istifadənin gələcək ikitərəfli tərəfdaşlığa verilən önəmin göstəricisi olduğu da vurğulanıb. Necə deyərlər, Araz bundan sonra bu tərəfi o tərəflə birləşdirən yeni bir iqtisadi mənbə kimi gündəmə gəlir.

Bizim.Media











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru