ABŞ və İsrailin fevralın 28-də İrana hücumu və ondan sonra başlayan hərbi əməliyyatlar fonunda dünya bazarında neftin qiyməti bahalaşıb.
"DİA-AZ" xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,03 dollar artaraq 72,87 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 1,81 dollar artaraq 67,02 dollar olub.
Bundan başqa, son məlumatlara görə, Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 73 dolları keçib .
Dünən axşam, «Brent» markalı neftin qiyməti 3,06% artaraq barel üçün 73,01 dollara çatıb.
«Brent» neftinin belə yüksək qiyməti sonuncu dəfə 30 iyul 2025-ci ildə olmuşdu. Bundan başqa, ABŞ-ın Liyht markılı nefti də aprel ayı müqavilələri üzrə 67,37 dollara yüksəlib.
Analitiklər bu hadisələr nəticəsində neftin 80 dollara yüksələcəyini gözləyirlər.









