"Bütün günahlar guya TV rəhbərlərindədir və ölkədəki məlum vəziyyəti guya onlar yaradıb. İlk öncə "nəyin davası gedir" sualına cavab tapmaq lazımdır. Əslində cavab bəllidir - daha da güclənmək, bütün medianı nəzarətə götürmək..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ədil Hüseynli qeyd edib.
"Bir daha yazıram, dava güclənmək, mövqe davasıdır" , deyə vurğulayan jurnalist daha sonra bildirir:
"2 mənasızın Tik -Tok da söyüşü ilə başlanan davanın istiqaməti TV-lərə yönəldi. Diqqəti TV rəhbərlərinin fəaliyyətinə yönəldib yeni proses başlatdılar.
Guya TV-lər indi yadlarına düşdü. 20 ildir ölkə TV lərində vəziyyət göz önündədir və biabırçılıqdır. Guya xəbər saytları, yüzminlərl' manat ayrılan İnformasiya Agentlikləri hansı gündədir?
Qəzetlər bağlananda heç kimin heç nə yadına düşmədi, jurnalist acından öləndə heç kimin yadına düşmədi, indi guya TV lərin vəziyyəti bunlarına yadına resqi düşüb.
Dayanın, daha bəsdir..
Əslində bütün ölkə mediası bərbad gündədir - TV-lər də, xəbər saytları da, İnformasiya Agentlikləri də birmənalı olaraq iş mexanizmini, xəbərləmə siyasətini itirib və olduqca bərbad vəziyyətə düşüb.
Xalq nə xəbərə inanır, nə də sizə...
Bu vəziyyətdən çıxmaq üçün istər audiovizual, istərsə də elektron mediada, çap mətbuatında idarəetmə və xəbərləmə siyasəti kökündən dəyişməlidir.
Bu sahələrə nəzarət edən şəxsləri birmənalı olaraq kənara çəkmək lazımdır. Bu adamlara "gedin öz işinizi görün" deyilməlidir. Əllərindəki bütün imkanları almaq lazımdır, özlərinə də cinayət işi açıb ölkəni bu günə qoyduqları üçün cavab vermələri istənilməlidir.
Ola bilər ki, onlar siyasi səhnədə, iqtisadi fəaliyyətdə bacarıqlıdılar, amma media sahəsini bilmirlər, bu sahənin idarəetməsində olduqca naşıdırlar və bacarmırlar. Hər şey göz qabağındadır və insanlar susduqca, bunlar güclənir və istədiklərini edirlər.
Bu şəxslər açıq şəkildə ölkə mətbuatını, TV-ləri, cəmiyyəti böyük bir uçuruma aparıblar və indi də durmadan güclərindən istifadə etməklə daha da böyük biabırçılıqlar üçün vuruşurlar.
Bu sahə konkret sahəni bilən, dişli, bacarıqlı və qorxmaz adamlara, peşəkar jurnalislərə həvalə olunmalıdır.
O adamlara ki, onların media maraqları güclənmək maraqlarına deyil, xidmət, dövlətə sevgi maraqlarına söykənsin. Onların marağı medianın inkişafına xidmət etsin, komamdasının daxilindəki kimlərinsə marağına söykənməsin. Bu sahə o adamlara həvalə olunmalıdır ki, onlar daha böyük vəzifələr, pullar arzusunda olmasın.
Varmı belə şəxslər? - Əlbətdə var.
Hakimiyyət daxilində olan komandalar TV-ləri, ümumi medianı nəzarətə götürmək uğrunda uzun illərdir mübarizə aparırlar. Bunu görməyən, bilməyən yoxdur. Qrup-qrup formalaşıb mübarizə aparırlar. Hərə bir tərəfə çəkir, hərə öz maraqlarını qoruyur, güclənməyə çalışır. Ziyan isə cəmiyyətə, mediaya, peşəkar jurnalistlərə dəyir. Niyə bu ölkənin peşəkar jurnalisti acından ölməmək üçün xarici ölkəyə qaçmaq məcburiyyətində qalmalıdır? Niyə bu ölkənin jurnalisti gedib hansısa xarici ölkədə taksi dürücüsü işləmək məcburiyyətində qalmalıdır? Əvəzində də bir cümlə yaza bilməyənlər milyonlar qazanmalıdır... Nədir səbəb, nədir bu tənliyin həlli...?
Kimdir bu adamlar? Azərbaycan üçün 5 il əvvəl kim idilər? Hansı xidmətlərin sahibləri idirlər? Media üçün nə iş görüblər?
Heç nə... 30 il mediada zülm çəkən adamlar acından öldürürlər, xəbər yaza bilməyən adamları şah kimi yaşadırlar. Niyə belə olmalıdır?
Guya bunlar vətənsevəndilər, prezidenti qoruyandırlar, xalqı düşünəndirlər. 1 ay pullarını kəsin, kim olduqlarını, əsl kimliklərini görəcəksiniz.
Birmənalı olaraq ölkə başçısına real vəziyyətlə bağlı məlumatlar verilməlidir, mediada can qoyan, bu gün acından ölən peşəkar jurnalistlər susmamalıdır, qorxmamalıdır.
Hər kəsin adı çəkilməlidir, hər kəsin fəaliyyəti göstərilməlidir..."









