"2022-ci ildə Ramiz Mehdiyev "hörümçək" sözü ilə uğraşırdı, hətta bunu iclasa çıxarmışdı..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
O daha sonra fikrini belə davam etdirir: "İndi onun həmkarı, 70 yaşlı deputat Rafael Hüseynov tutub ki, "milli" sözünü "millət" sözü ilə əvəz edək və "Milli Məclis" yox, "Millət Məclisi" deyək.
Deyirəm, bu akademiklərin hamısı niyə bir-birinə oxşayırlar?! Mahiyyət qalıb bir tərəfdə, bikarçılıqdan bilmirlər nə etsinlər. Adama deyərlər, gedin işinizin-gucünüzün dalinca. Mənasız işlərlə uğraşdıgıniz üçün dediyiniz millət zillətdə yaşayır, sizin isə vecinizə deyil.
Gəl, ikicə gün mənim yaşadığım şəraitdə yaşa, sonra get, millət sözünü tələffüz et. Onda inanacağam.
Yazıq millət, yazıq dövlət.
PS. Absurdologiya..."
Gəl, ikicə gün mənim yaşadığım şəraitdə yaşa, sonra get, millət sözünü tələffüz et. Onda inanacağam.
Yazıq millət, yazıq dövlət.
PS. Absurdologiya..."









