AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Efir çürüyəndə cəmiyyət susar... - replika
Tarix: 28-02-2026, 06:47 | Çap et

Ölkə televiziyalarındakı sonu olmayan biabırçılığı diqqətlə izlədim. Niyə sonu olmayan? Onu da deyəcəyəm. Uzun illərdir ölkə vətəndaşları ətsiz, yağsız, yolsuz, işsiz qaldığı kimi, doğru informasiyasız, muzeysiz, teatrsız, kinosuz, təhsilsiz qalıb.Əvəzində TikTok-dakı baboşlara, yarıçılpaq əxlaqsızlara və hərdən TV üçün darıxanda heç kimə faydası olmayan o verilişlərə baxıb.
Nə görüb? Yaxşı sualdır... Yalan, mənasız müzakirələr, hansısa müğənninin haradan qazandığı məlum olmayan villası və düşük söhbətlər...
Bəs deyəcəksiniz, xəbərlərdə nə var? Bunun da cavabı var - Paşinyanın müzakirəsi, arvadı ilə boşanması, deputatların Fransanı söyməsi, Almaniyada etirazlar zamanı insanları döyən polislər və daha geniş “mövzular”...
Son 30 ildə uşaqların baxması üçün bir cizgi filmi hazırlaya bilməmişik. Bir müasir filmimiz yoxdur ki, insanları tərbiyələndirsin, onları düşündürsün, həvəsləndirsin, həyat eşqi yaratsın.
Bir xalq artisti, ziyalı, fikir adamı, yazıçı qalmayıb - hamısı ya acından danışa bilmir, ya da işini, aylığını itirmək qorxusu ilə susur. Bir sözükeçən şəxs qalmayıb ki, durub bu TV-lərdəki, cəmiyyətdəki acınacaqlı vəziyyətə səsini çıxartsın və ondan çəkinib dayansınlar.
Bu ölkənin alimi, ziyalısı AMEA-nın iclasında yatır, hamı da lağa qoyur, gülür. Biri də çıxıb deyir: “O alimdir, niyə gülürsünüz?”
Alimdir, ziyalıdır? Alim, ziyalı özünü müdafiə edə bilmirsə, aldığı əmək haqqının azlığına belə etiraz edə bilmirsə, məmurların bu əməllərinə susursa, o alim, ziyalı deyil. Mənim üçün qoyunlarını qabağına qatıb, öz dərdini, sözünü qoyunların üstündən məmurun əməllərinə etiraz edən çoban cəmiyyət üçün belə alimdən, ziyalıdan daha canlıdır.
Bu, bizim ölkənin TV, muzey, kino, teatr, bazar, sosial, alim və ziyalı sistemidir.
Acıdır?-Xeyr.
Belə olmalıdır?-Bəli.
Niyə?-Çünki biz özümüz belə istəyirik...
TV-lər, mətbuat ona görə bu günə düşdü ki, müstəqil reklam bazarı formalaşmadı. Kanalların maddi saxlanması bu gün verilişləri bağlanan o şəxslərin və onun kimilərin reklam gəlirlərindən, efirə çıxmasına qadağa qoyulan o dalını oynadan, barmağını silkələyən, efirdən söyüş söyən o oxuyanların, çalanların pulundan asılı oldu. Bu aparıcılar da dalı yırtıq şar kimi 30 ildir köpürdülür, amma dolmur, TV rəhbərləri də doymur.
Bəs dövri mətbuat bu işin harasındadır? Bu, lap bədbəxt sualdır, cavabı da vahiməlidir.
Bu gün ölkənin bütün abırlı, təcrübəli, peşəkar jurnalistləri, aparıcıları ya bazarda qatıq satır, ya hansısa qurumda bir şöbədə oturub, susub ayın sonunda maaşını gözləyir. Açığı, şəxsən mən heç nə gözləmirəm... Uzun illərdir bu reallıqla barışmışam. Anlamışam ki, bunlara peşəkar, səliqəli, abırını qoruyan, sözün düzünü deyən şəxs sərf etmir. Bütün peşəkarlar didərgin düşüb mətbuatdan, TV-dən.
Gəldik çatdıq əsas məsələyə. Bu vəziyyəti kim və niyə yaradıb?
Cavab sadədir - bu sahə, ölkənin media sistemi onu idarə etmək gücündə olmayan şəxslərin, məmurların əlinə keçib. Bu məmurlardan yazmaq da olmaz, adlarını çəkmək də olmaz. Niyə? Çünki onların yanında hazır yeyən, mübtədanın yerini bilməyən “yazançılar” ordusu var. Külli miqdarda pul qazanırlar, iri çaplı yalanlar uydura bilirlər, super satqınlıq qabiliyyətinə malikdirlər və ən əsası, gözəl yaltaqlıq etməyi bacarırlar. Bu işi o qədər peşəkarlıqla, böyük həvəslə edirlər ki, şəxsən mən onları alqışlayıram. Hər adamın işi deyil bu...
Ona görə də, Azərbaycanda mətbuat da, TV də, alim də, yazıçı da, artist də, oxuyan da, çalan da öz işini məhz lazım olduğu qədər görür. Böyük pullar havada uçuşur, copy-paste-lər göz çıxarır, onlar isə şad-xürrəmdirlər, pul da nə qədər istəsən.
Hələ uzun illər belə olacaq. O veriliş bağlanacaq, o birisi açılacaq, o aparıcı gedəcək, daha betəri formalaşacaq, amma nə olur-olsun mahiyyət dəyişməyəcək.
Uzaq başı söyüşün tonu, fonu dəyişəcək. Mahiyyət isə eyni qalacaq.
Ağıllılar TV-lərə baxmadığı kimi yenə baxmayacaq, prosesi başa düşməyən yazıq kəndli, kasıb da çörək hayında olacaq. Hikmət yazacaq, hikmətlilər də oxuyacaq. Məmurlar məmnun, kasıb ac, peşəkar jurnalist didərgin, ac və dəli kimi gəzəcək.
Açıq deyirəm, TV-ləri baxımsız, xəbərləri oxunaqsız, maraqsız və biabırçı edən şəxslərin əsl məqsədi də elə budur. Belə olması onların daha uzun müddət o postda qalmasına kömək edir. Yəni, uzun sözün qısası, baş verənlər təsadüfi deyil, idarə olunandır.
Müəllif: Ədil Hüseynov - bizimesr.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru