Bir aya yaxındır ki, Xəzərdə ekosid davam edir.
Xəzər sahillərində son günlərdə tapılan yüzlərlə ölü quş bir sual yaradır: Niyə məhz batağanlar? Diqqət çəkən iki vacib məqam var:
Sahildə tapılan cəsədlərin hamısı eyni növə aiddir: İri batağan (köhnə adı ilə maygülü, lat. #Podiceps #cristatus)
Ölən fərdlərin demək olar hamısı yetkin quşlardır. Bu isə hadisənin təsadüfi olmadığını göstərir.
Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib
❌ Populyar izahlar niyə uyğun gəlmir?
Sosial şəbəkələrdə ölümlə bağlı əsas versiyalar kimi ?️ qəfil pisləşən hava, ? qida çatışmazlığı qeyd olunur. Amma belə faktorlar yalnız bir növü seçmir. Əgər səbəb bunlar olsaydı, sahildə: digər batağan növləri, qağayılar, müxtəlif su quşları da kütləvi şəkildə tapılmalı idi. Bu isə müşahidə olunmur.
? Daha real ehtimal: lokal xəstəlik
Bəzi infeksiyalar yalnız müəyyən populyasiya daxilində yayılır. Məsələn, illər əvvəl Niderlandda oxşar hadisədə iri batağanların ölüm səbəbi sistemik quş vərəmi (avian #tuberculosis) kimi müəyyən edilmişdi.
? Batağanların az bilinən xüsusiyyəti
İri batağanlar çox qəribə bir davranışa malikdir:
Onlar öz lələklərini udurlar. Bəzən mədə tərkibinin 50%-ə qədəri lələk olur. Ehtimal olunur ki, bu, mədəni sərt qidalardan (balıq sümükləri və s.) qoruyur. Amma bunun riskli tərəfi də var: əgər quşun üzərində bakteriya varsa, lələklə birlikdə birbaşa orqanizmə daxil ola bilər. Bu isə infeksiya riskini artırır.
? Təkcə yetkinlərin ölümü nə deyir?
Normal şəraitdə iri batağanlarda yetkin fərdlərin sağ qalma ehtimalı yüksəkdir (təxminən 75%). Yəni yetkin quşların kütləvi ölümü: ⚠️ adi təbii itki deyil və çox güman ki, xəstəlik, zəhərlənmə, lokal ekoloji problem ilə bağlıdır.
? Nəticə
Eyni növün, eyni yaş qrupunun sahilə vurması göstərir ki, bu, ekosistemin bizə göndərdiyi ciddi siqnaldır. Məsələ ciddi araşdırılmalıdır! Lazım gələrsə xarici ekspertlər belə dəvət olunmalıdır çünki görünür qənaətbəxş açıqlama yoxdur ❗
Müəllif: EcoFront - Mənbə: "DİA-AZ"









