"Azərbaycan Ordusunun sıralarında Qarabağda döyüşmüş, şəhid, qazi olmuş insanların günü 26 iyundur. Bu şanlı tarix də 1918-ci ildən başlayır..." "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu açıqlama ilə tanınmış dinşünas Rəsul Mirhəşimli çıxış edib.
O daha sonra üzünü 23 fevral tarixindən qondarma əlamətdar gün düzəltməyə çalışanlara tutaraq belə deyir: "23 fevralın adına "kişilər günü" və s. desələr də, fakt sovet ordusunun qurulduğu tarixə aid təqvimdən bir gündür.
Azərbaycanı işğal edib, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini devirən, 1990-cı ilin 20 yanvarında xalqımızın qanını tökmüş bir ordunun günüdür bu.
Sevinmək üçün yalançı tarix düzəltməyə ehtiyac yoxdur. Əllərində Azərbaycan xalqının qanı olan bir ordununu gününü qeyd eləmək isə heç lazım deyil..."









