"Beş aydan artıqdır ki ,vətənə xəyanət,dövlət çevrilişi və başqa ağır ittihamlarla barəsində həbs qərarı verilən Ramiz Mehdiyevi hələ də Akademiyadan, YAP-dan çıxarmırlar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında "Hürriyət" qəzetinin əməkdaşı Cəsur Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdurir: "Bu adamın ittiham olunduğu maddələr elə ağır və təhlükəlidir ki, bunu təcrid etmək üçün heç bir proseduru gözləmək lazım deyil.
Di gəl ki nə YAP, nə də Milli Elmlər Akademiyası Ramiz Mehdiyev barədə konkret qərara gələ bilmirlər. Maraqlıdır kimin rəyin gözləyirlər?
Adam fiziki və siyasi cəhətdən yox səviyyəsindədir bəs onda bu "məmuristan"ı ehtiyatlı davranmağa nə və ya kim məcbur edir?"









