Paytaxtı 17 il idarə eləmiş Hacıbala Abutalıbov ayağının altındakı torpağın sürüşməsinin səbəbini öyrənmək üçün Yaponiyadan mütəxəssi gətirmişdi. Təhsil Nazirliyində əyləşənlər Fətullah Güləni gətirmişdilər ki, ölkə üçün nümunəvi məktəblər yaratsın. 70 ildir ki, metro tikən şəhərdə yeraltı keçid layihəsini italyan mütəxəssisə çəkdirməyi elitarlıq, yüksək bacarıq sayanlar hökumətdə itətökdür. 100 ildir ökədə memarlıq fakültəsi var.
Xülasə, bu xaricdən mütəxəssi gətirmək xəstəliyinin növlərini sadalamaqla bitən deyil. 30 il deputatlıq edən birindən soruşsan ki, hansı qanun layihəsi təşəbbüsünü irəli sürüb, mübarizə aparıb keçirmisən - ortaya heç bir fakt çıxara bilməz. Ancaq o öləndə nə qədər adam "dövlətçi" idi deyib boş-boş arqumentlər gətirəcək. Normal arqumentləri Arqument .az gətirirdi, onun da baş redaktoru həbsdədir.
Bir sözlə, azərbaycanlıların əksər söhbətləri mənə çatmır. Elə bil ölkənin dərdinin dərmanını elə ölkənin içində axtaran Nicat Xeyriyyə Cəmiyyətini yaratmış xalq deyil. Ümumiyyətlə, qırağa baxmaq xəstəliyi təkcə yerli yox, regional bəladır.
Başqa mövzuya keçdiyimi sanacaqsınız, ancaq mövzunun davamıdır. ABŞ vitse-prezidenti Cey. Di. Vens İrəvanda soyqırımı abidəsinə əklil qoyması barədə Twitter-də (İlon Mask ona X deyir) fotoşəkil paylaşıb. Sonra pozub. Məlum şəbəkə tumanını başına çəkib.
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin yazdığı mənə maraqlı gəldi: "Mən spiker kimi 2022-ci ildə Tsitsernakaberddə konqres nümayəndə heyəti ilə dayanıb açıq-aydın və qeyri-apologetcəsinə erməni soyqırımından danışdıq, çünki, həqiqət əsasdır. Vitse-Prezidentin bu həqiqəti etiraf edən postu silməsi çox məyusedicidir, hərçənd gözlənilməz deyil."
Ay qafqazlılar, həqiqəti bilmək istəyirsinizsə, yaxın oturun. 115 il qabaq baş verənlər haqda deyilənlərin hansının həqiqət, hansının propaqanda, hansının birtərəfli iddia olduğunu bilmək istəyirsinizsə - bunu heç bir siyasətçi deməyəcək. Kənardan gəlmə müəxəssislərə az bel bağlayın. Bir az da öz başnızı işlədin. Nə çoxdur siyasi maraq naminə münaqişələrin qalmasın istəyənlər. Nə çoxdur, lobbilərin köməyi ilə seçkilərdə səs toplayanlar. Belələri öz işinin xətri üçün daşnaklarn törətdiyi qırğınların apologötlüyünü də edə bilərlər. Onlardan nə gedir. Kimdir region xalqlarının maraqlarnı vecinə alan. İstər zəhləmgetmiş maqaçılar olsun, istər zəhləmgetməmiş demokratlar.
Azərbaycanlılarla işimi bitirib keçim ermənilərə. Ay Qüdrət Həsənquliyev, Amerikada fermerliyin sirlərini bilənlər bilirsiniz harda çalışır? İri korporasiyalarda. Məsələn, John Deere. Bu John Deere onillərdir işçilərini salır fermerlərin canına. Onların bütün təcrübələrini, topladıqları sirləri öyrənib gedib öz adına patentləşdirir. Sonra da fermerin sürdüyü traktoru özünün təmir etməsini az qala cinayət elan edən qanunları lobbiçiliklə keçirir. Fermer traktor almaqla can qurtara bilməz. Onun proqram təminatını, siqnalları korreksiya edən avadanlığını qan qiymətinə satır. İstədiyi vaxt da satdığı traktoru kor qoya bilər.
İndi keçək Qafqazın o biri tərəfinə. Deməli, 1914-cü ildə Osmanlının bütün ərazisində 1 milyon 293 min erməni yaşayır. Bu xaricdən gətirilmiş mütəxəssislər (17-ci əsrdə yezuit missionerləri, 18-ci əsdə Mxitaristlər, 19-cu əsrdə orientalist aryanistlər) ermənilərə başa salırlar ki, bəs Anadolu sizin idi. Birinci Dünya müharibəsində bunların bir hissəsinin beyni qızır gəlir Tiflisdə Rusiya ordusuna könüllü yazılır. Bir hissəsini Daşnaksutyun və Qnçak partiyaları yerlərdə səfərbər edir. Xülasə, Türklərlə erməniləri toqquşdurur. O biri tərəfdən də Rusiya və başqa imperiyalar balkanlarda slavyanları türklərlə toqquşdurur. Daşnak dəstələri Qafqazda da xeyli müsəlmanı (azəri türkü, ləzgi, tatar və sair) və yəhudini qırır.
Bu proseslərin ən şiddətlisi Balkanlarda gedir, orda 2 milyona yaxın türk qırılır və ya didərgin salınır. Osmanlıda üçpaşa hökuməti Stalinin sonradan töətdiyi bir əməl törədir - ağına-bozuna baxmadan bütün Şərqi Anadoludan erməniləri köçürmək qərarına gəlir. Köçürülən 700 minə yaxın erməninin bir xeylisi o vaxt geniş yayılmış tif xəstəliyindən, bir qismi ərəb və kürd bandalarının basqınlarındann ölür. Ola bilsin, Türkiyə qoşunları da qırğın törədib - bunu mümkün sayıram, ancaq sübut olunmuş fakta rast gəlməmişəm. Əslində axıracan araşdırmamışam. Amma ümumi məlumatlar axınından təbliğatı çıxanda, rasional bir hesablama aparanda mənzərə belə alınır. Hə qalan erməni əhali də Suriya, Livan, Fransa, Birləşmiş Ştatlar və başqa ölkələrdə məskunlaşır. 300 minə yaxını İrəvan quberniyasına - keçmiş İrəvan Xanlığına gəlir.
Birinci Dünya müharibəsində hər kəsin öz yarası var. Müharibəyə qoşulmayan, ancaq ən çox yara alan şəhər isə Bakı idi. 30 minə yaxın dinc sakinini daşnaklar qırmışdı. Təxmini mənzərə budur. Sonrakı illər hamı anlamalı idi ki, müharibə və etnik münaqişələr çox iyrənc bir şeydir, heç kəsə xeyri yoxdu, hamı zərər çəkib. Amma nə fayda.
Üstəlik İkinci dünya müharibəsi başlayır. Bitir. Hamı sakitləşir. SSRİ-dən başqa. Türkiyənin şərqinə göz dikir. 1948-ci ildən Van şəhərini də iddia elədiyi ərazilərə qatır. İrəvana SSRİ Elmlər Akademiyasının ekspedisiyası gedir. Orda bir təpədə qurdalanır. Və Van ətrafındakı mixi yazılardan orda da aşkarlayır. Erebuni sözü yazılmış daş çıxır. (Tapıntının fotosu yoxdur.)
Tarix təzədən yazlır. Sən demə, orta əsrlərə qədər adına heç yerdə rast gəlinməyən İrəvan Roma ilə yaşıd imiş. Sən demə, Urartunun paytaxtı Vanın qardaşı imiş İrəvan. Şəhər SSRİ-dədirsə, Van da SSRİ-də olmalıdır. Prosesin məntiqlə sona çatdırılmasına az almış Türkiyə NATO-ya üzv olur və Moskvanın planı baş tutmur. Daşnaklarla və erməni diasporası ilə əlaqələrini hələ də kəsməmiş Kreml yeni bir kampaniyaya başlayır. Soyqırımı kampaniyası. İkinci Dünya müharibəsində yəhudilərə qarşı soyqırımı olduğu rəsmən təsdiqlənir və Moskva diasporanı qızışdırır ki, siz yəhudilərdən əskik deyilsiniz.
Mən dediyim də tam həqiqət olmaya bilər. Ancaq Nensi Pelosinin regionu, onun adamlarını, tarixini məndən yaxşı bildiyinə çox şübhə edirəm.
Ay Qafqazlılar, sözüm sizədir. Sizə xaricdən tarix mütəxəssisi lazım deyil.
Rövşən Əliyev - "DİA-AZ"











