Paşinyan Xocalı canisini küçələrə salıb .....                     Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur .....                     Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                 

Azərbaycan ölümcül virusun yayıldığı ölkədən ƏRZAQ alır – AQTA-nın HAZIRLIĞI
Tarix: 10-02-2026, 08:22 | Çap et

Hindistanda təhlükəli Nipah virusuna yoluxanların çoxalması, eyni zamanda ilk dəfə olaraq onun xarici ölkəyə ixracı faktının qeydə alınması Hindistanla əməkdaşlıq edən ölkələrin təhlükəsizlik tədbirlərinə əl atmasına səbəb olub. Məlumdur ki, ötən həftənin sonlarında Banqladeşdə Hindistandan gələn bir qadın Nipahdan həyatını itirib. Bu, artıq virusun xarici ölkələrə yayılmağa başladığını göstərdiyinə görə Hindistanla əlaqələri sıx olan əksər ölkələrdə təhlükəsizlik tədbirləri tətbiq olunmağa başlayıb.

Belarus hakimiyyətinin qərarı ilə Hindistandan gələn şəxslər hava limanlarında temperatur yoxlamasından keçirilməyə başlanıb. Özbəkistan isə Hindistandan heyvan idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Qərara əsasən, diri heyvan və quş ətinin idxalına qoyulan qadağa bütün Hindistan ərazisində tətbiq olunur.

Bundan əlavə, Qərbi Benqal əyalətindən dövlət baytarlıq xidmətinin (siyahısı) nəzarəti altında olan bütün malların (ət, süd, yumurta, balıq və s.) idxalı müvəqqəti olaraq məhdudlaşdırılıb. Beynəlxalq tranzit məhdudiyyətlərə tabe deyil. Qərarda qeyd olunur ki, tədbir Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatları və Qərbi Benqaldakı ölümcül Nipah virusunun yayılması ilə bağlı mürəkkəb epidemioloji vəziyyətə dair açıq mənbəli məlumatlar əsasında qəbul edilib.

Qeyd edək ki, ölüm sonluğu 75 faizdən çox olan bu zoonotik virus insanlara yarasalar kimi heyvanlardan keçir. Çirklənmiş qida məhsulları vasitəsilə və insandan insana ötürülmə də mümkündür. Son illərdə Hindistanda Nipah virusuna yoluxma halları müntəzəm olaraq qeydə alınıb və Cənub-Şərqi Asiya ölkələrində də insanlara yoluxma halları müşahidə edilib.

Azərbaycan da Hindistanla kifayət qədər geniş ticarət əlaqələrinə malikdir. Gömrük statistikasına əsasən 2024-cü ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 958 milyon 343,39 min dollar təşkil edib. Bunun 223 milyon 926,95 min dolları Azərbaycanın idxalı, qalanı əsasən neft və aviasiya yanacağından ibarət ixracı olub.

2025-ci ildə qarşılıqlı ticarətin həcmi 400,6 milyon dollara qədər azalıb. Azalma əsasən Azərbaycandan neft ixracının hesabınadır. Belə ki, Hindistandan idxal 209 milyon 860,34 min dollar təşkil edib ki, bu da 2024-cü ildəkindən cəmi 15 milyon dollar azdır. Hindistandan idxalımızda iribuynuzlu heyvan əti xüsusi yer tutur. 2024-cü ildə ümumilikdə Hindistandan 2240,73 min dollar dəyərində 715,49 ton iribuynuzlu heyvan əti idxalı qeydə alınıb. 2025-ci ilin 11 ayında isə 3 milyon 781,53 min dollarlıq 1 128,54 ton dondurulmuş, sümükdən ayrılmış, qabaq yarımşaqqalar, bütöv və ya ən çoxu beş parçaya bölünmüş formada iribuynuzlu heyvan əti, 27,85 min dollarlıq 9,98 ton dondurulmuş mal qaraciyəri idxal etmişik.

2024-cü ilin eyni dövrü ilə müqayisədə Hindistandan ət idxalı həcmi 63 faiz, dəyəri isə 78 faiz artıb. Hindistandan Azərbaycana mal əti idxalı 2000-ci illərdən geniş vüsət alıb. 2020-ci ildə Azərbaycan Vətən Müharibəsində qalib gəldikdən sonra Paklistanla hərbi-strateji əməkdaşlığın gücləndirilməsi fonunda Hindistanla münasibətlərdə soyuqlaşma başlandıqdan sonra idxal azalsa da, 2024-cü ildən yenidən artmağa başlayıb. Bəzi məlumatlara görə, Hindistandan iribuynuzlu heyvan ətini kütləvi yeməkxanalarda istehlak üçün bir sıra dövlət qurumları idxal edir.

Qeyd edək ki, daxildə mal ətinin bahalaşması belə istehlakçıların xaricdən daha ucuz ət idxalını artırıb. Belə ki, 2025-ci ilin yanvar-noyabrında Azərbaycanın ümumilikdə 33,83 milyon dollar dəyərində 8 167 ton iri buynuzlu heyvan əti idxal edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 8 faiz, dəyəri isə 6,8 faiz artıb. Ən çox ət idxal edilən ölkələr sırasında birinci yerdə 3 899 ton və 19,41 milyon dollarla Ukrayna gəlir. 2024-cü ildə bu göstərici 4 112 ton və 20,04 milyon dollar olub ki, bu da həcmin 5 faiz azaldığını göstərir. Braziliyadan 2025-ci ilin 11 ayında 9,54 milyon dəyərində 2 959 ton vət almışıq. 2024-cü illə müqayisədə həcmi 19 faiz, dəyəri isə 21,6 faiz artıb.

Yeri gəlmişkən, Hindistandan ətdən başqa da qida məhsulları idxal edirik. Ötən ilin 11 ayında 2477,46 min dollar dəyərində 429 ton kərə yağı, 36156,44 min dollar dəyərində 35850,94 ton qabığı yarı ağardılmış və ya tam ağardılmış, pardaqlanmış və ya pardaqlanmamış, minalanmış və ya minalanmamış düyü almışıq. Bundan əlavə, qara çay, müxtəlif ədviyyatlar və çərəzlər də idxal edirik.

Ticarətlə yanaşı, Azərbaycana çoxsaylı hindistanlılar turist kimi gəlir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2025-ci ildə Hindistandan ölkəmizə 167 min nəfərdən çox turist gəlib. Bütün bunlar Nipah virusunun Hindistandan Azərbaycana yoluxması imkanlarının olması deməkdir. Bu şəraitdə Azərbaycan Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi Hindistandan ət və digər ərzaq idxalına nəzarəti artırmaq, yaxud tam qadağan etmək kimi tədbirlər planlaşdırırmı?

Musavat.com olaraq müvafiq sorğu ilə AQTA-ya müraciət etmişik, cavablandırıldıqda oxucularla bölüşəcəyik.

Xatırladaq ki, 2023-cü ildə AQTA “Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulunda salmonella bakteriyası aşkarlamışdı. Agentlik həmin məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə qərar qəbul etmişdi. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyularaq Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilmişdi. Ümid edirik ki, bu dəfə də AQTA vaxtında zəruri tədbirləri həyata keçirməklə effektiv müalicəsi tapılmayan, peyvəndi olmayan Nipah virusunun ölkəmizə idxalının qarşısını ala biləcək.


Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Xocalı canisini küçələrə salıb
Bu gün, 15:11
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
Bu gün, 15:03
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru