Keçən dəfə yazmışdım, bir daha xatırladım – Azərbaycanda 2025-ci ildə ÜDM cəmi 1,4% artıb, bu MDB-də ən aşağı göstəricilərdən biridir.
Amma, yaxşı xəbər də var – 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-ın artım tempi ölkənin tamamından çox olub, Naxçıvanda ÜDM keçən il 4% artıb.
Səbəbi bilirsiniz nədir, deyim də - Naxçıvanda quru sərhədlər tam açıqdır, orada qeydiyyatı olanlar sərbəst çəkildə İrana, Türkiyəyə gedib-gələ, ticarətlə məşğul ola, avtobusla, piyada, öz maşınlarında səyahət edə bilirlər.
Belə bir vəziyyət ölkə Konstitusiyasının vətəndaşların bərabər hüquqları prinsipinə zidd olasa da, açıq olması yaxşıdır, doğrudur.
Hörmətli hökumət, quru sərhədlərin bağlı olması, sərhədyanı ticarətin kökünün kəsilməsi ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Qonşu ölkələrin təcrübəsi bir kənara, tək elə Naxçıvan örnəyi bunu sübut edir.
Daşı ətəyinizdən tökün, açın quru sərhədləri, həm vətəndaş rahat nəfəs alsın, həm də iqtisadi canlama yaransın...
Natiq Cəfərli - "DİA-AZ"










