Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

“Dəhlizə fevralda formal olaraq start veriləcək” nə deməkdir? - AKTUAL
Tarix: 27-12-2025, 09:37 | Çap et

“Gələn ilin başlanğıcı çox, güman ki, ABŞ-ın Ermənistanla bağlı xarici siyasət fəaliyyətinin artması ilə yadda qalacaq”. Bunu beynəlxalq münasibətlər üzrə erməni ekspert Suren Sarkisyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, fevralın əvvəlində İrəvana “yüksək vəzifəli Amerika rəsmisinin” (dövlət katibi Marko Rubio) səfəri gözlənilir və Cənubi Qafqazda ABŞ regional diplomatiyasının əsas diqqət mərkəzinə gələn “Tramp marşrutu”nun formal olaraq bu dövrdə açılması mümkündür.

Qeyd edək ki, Suren Sarkisyan ABŞ siyasi dairələrində əlaqələri olan ekspert kimi tanınır. O, əvvəllər Vaşinqton və İrəvan arasında hazırlanan yüksək səviyyəli əlaqələr barədə sonradan təsdiqlənmiş bir sıra məlumatların müəllifidir. Bu məlumat da ciddiyə alına bilər. Çünki hazırda Vaşinqton Zəngəzur dəhlizi layihəsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə intensiv ikitərəfli məsləhətləşmələr aparır. Bu fəallığın digər bir təsdiqi kimi Amerika-Azərbaycan Ticarət Palatasının bu yaxınlarda Azərbaycan və Ermənistanın ABŞ-dakı səfirləri - Xəzər İbrahim və Narek Mkrtçyanla TRIPP-lə bağlı apardığı müzakirələri göstərmək olar. Dəyirmi masa müzakirəsinə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan diplomatlar da qoşulublar.

Ermənistan Xarici İşlər Nazirliyi yazılı media sorğusuna cavab olaraq bildirib ki, tikinti işlərinin başlanması da daxil olmaqla, TRIPP layihəsinin praktiki icra mərhələsi 2026-cı ilə planlaşdırılır. Qeyd olunub ki, İrəvan hazırda “Tramp marşrutu” layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə amerikalı tərəfdaşlarla danışıqlar aparır. XİN həmçinin layihənin həyata keçirilməsi üçün Ermənistan-Amerika birgə müəssisəsi olacaq “TRIPP Company”nin yaradılacağını da açıqlayıb. “Şirkət Ermənistanda qeydiyyatdan keçəcək və əsas infrastrukturun inkişaf etdirilməsi üçün səlahiyyətli olacaq. Buraya dəmir və magistral yolların, neft və qaz boru kəmərlərinin tikintisi və modernləşdirilməsi, eləcə də fiber-optik rabitə xətlərinin çəkilməsi daxildir”, - rəsmi açıqlamada deyilir.

“Belə görünür ki, TRIPP (”Tramp marşrutu" - Zəngəzur dəhlizi) layihəsi çərçivəsində işlərə 2026-cı ilin ikinci yarısında başlayacağıq". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 25-də jurnalistlərlə söhbətində deyib. O, ilk layihənin dəmir yolunun tikintisi olacağını söyləyib. “Bizim fikrimizcə, dəmir yolu birinci olmalıdır, çünki müvafiq marşrutlar keçmişdə fəaliyyət göstərib”, - deyə Paşinyan qeyd edib. O, qaz və neft boru kəməri layihələrinin planlaşdırılandan daha tez başa çatacağı ehtimalını istisna etməyib.

Baş nazir bildirib ki, hazırda layihənin həyata keçirilməsi üçün çərçivə formalaşdırılır və Ermənistan və ABŞ müvafiq sənədi imzalamağa hazırlaşır, bundan sonra TRIPP layihəsinin növbəti mərhələsi başlayacaq. O, əlavə edib ki, regionda kommunikasiyaların açılması birbaşa sərhəd delimitasiyası ilə bağlıdır. Paşinyan izah edib ki, müəyyən hissədə hər hansı bir infrastruktur (dəmir yolu, qaz və neft boru kəmərləri və s.) tikiləcəksə, tikintiyə başlamazdan əvvəl dövlət sərhədini dəqiq müəyyənləşdirmək vacibdir, çünki bunun təşkilati, iqtisadi, hüquqi və digər nəticələri var.

Baş nazir bildirib ki, TRIPP o qədər genişmiqyaslı layihədir ki, hər sual aydınlaşdırıldıqdan sonra həll edilməli olan yeni suallar ortaya çıxacaq. Paşinyan əlavə edib ki, “Tramp marşrutu” fəaliyyətə başlayanda - dəmir yolu, avtomobil yolu, qaz və neft boru kəmərləri və elektrik xətləri işə salındıqda - həll edilməli olan suallar yenidən ortaya çıxacaq və vəziyyətə bu cür yanaşmağı tələb edib. “Problemimiz ondadır ki, əvvəllər təkqatlı kiçik layihələrlə məşğul olurduq. Biz həmişə cavabsız suallar qoyan böyük layihələrə öyrəşməmişik”, - Baş nazir əlavə edib.

Bu arada, Ermənistan mediası ABŞ-ın vitse-prezidenti J.D.Vensin 2026-cı ilin fevralında İrəvana səfər edə biləcəyi barədə xəbər yayıb. Məlumatlarda qeyd olunur ki, həmin günlərdə Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir və ABŞ-ın yüksək vəzifəli rəsmilərinin mümkün səfəri bununla əlaqələndirilə bilər. Ermənistan KİV-i məsələyə münasibət öyrənmək üçün Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, “Ermənistana planlaşdırılan yüksək vəzifəli səfərlər barədə vaxtında və müvafiq məlumat veririlir”.

Bəs Rubio və Vens İrəvana gələsi olsalar, Azərbaycana da baş çəkəcəkmi? “Zəngəzur dəhlizinə fevralda formal olaraq start veriləcək” nə deməkdir?

Professor Qabil Hüseynlinin sözlərinə görə, Ermənistana Rubio və ya Vensin səfər edəcəyi barədə rəsmi məlumat yoxdur. Onun fikrincə, əgər bu ranqda bir görüş olarsa, Azərbaycan və Gürcüstan da səfər proqramında yer alacaq: “ABŞ rəsmiləri bir çox hallarda Cənubi Qafqazın hər üç ölkəsinə baş çəkir. Lakin ”Tramp yolu" layihəsi birbaşa ABŞ ilə Ermənistan arasında razılaşmadır deyə təməlqoyma mərasimində yüksək səviyyəli amerikalı bir məmurun iştirakı istisna deyil. Zənnimcə, belə bir toplantıda Azərbaycan və Türkiyədən də nümayəndələrin olması mümkündür. Hələliksə bunlar nəzəri mülahizələrdir. Biz gələn il regionda mürəkkəb proseslərin baş verəcəyini gözləyirik. Bu da Zəngəzur ətrafında gedən proseslərə də mənfi təsirini göstərə bilər. Çünki Rusiya Ermənistana açıq xəbərdarlıq edib, Zəngəzur istiqamətində rus hərbçilərin mövcudluğunu, dəmir yolunun isə onlara aid olduğunu eyham vurub. Yəni Rusiya iştirak etmədən dəhlizin açılmasının mümkünsüz olduğunu deməyə çalışırlar. Ona görə tələsik proqnoz verməyin əleyhinəyəm".

Politoloq hesab edir ki, layihə bütün hallarda həyata keçəcək, sadəcə, zaman faktoru əhəmiyyətlidir: “Ermənistan üçün 2026 həlledici ildir. Bir yandan dəhlizin tikintisi başlanır, bir tərəfdən yayda kritik seçkilər keçirəcək, başqa yandan isə yeni konstitusiya mətni qəbul olunacaq. Paşinyana bu proseslərdə güclü təzyiq olacaq. Biz bunu yeni ilin ortalarında görəcəyik. Şübhəsiz ki, hansı daxili və xarici problemlərinin olmasına baxmayaraq, Ermənistan rəhbərliyi öhdəliyini yerinə yetirməli, Naxçıvana quru yolu təmin etməlidir. Bu, həm də ermənilərin sosial rifahına təsir edəcək. Baxın, taxıl daşınır, neft məhsulları gedir və erməni cəmiyyəti buna alışmağa başlayır. Paşinyan xalqa göstərir ki, sülh şəraitində yaşamağın üstünlükləri var: əsgər ölmür, sabitlik bərqərar olur və ticarətdən, iqtisadi əməkdaşlıqdan hamı xeyir götürür. Zəngəzur koridoru da bu mənada müsbət dividendlər gətirəcək. Beləliklə, əgər gələn il Rubio Ermənistana gələrsə, həm Azərbaycana baş çəkəcək, həm də ”Tramp yolu" layihəsinin icrası sürətlənəcək. Məncə, Rusiya əngəl olmaq əvəzinə bu dəhlizin faydalarından yararlanmalıdır".

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru