Samux rayonu, Sərkar kəndində yerləşən "Akyol İnternational" Məhdud Məhsuliyyətli Cəmiyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.
Qayanrinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə borcu 211.258,98 AZN-ə çatıb.
Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Mirsalih Ablikim Turkeldir.
Qeyd edək ki, "Akyol İnternational" MMC-yə məxsus dəri emalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edildiyi üçün sexin fəaliyyəti dayandırılmışdı.








