İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                 

Revanşizmin yeni təzahürü – Oskanyan “nağılları”
Tarix: 10-12-2025, 06:26 | Çap et

Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsi özünün geri qayıtmaq hüququnun müdafiəsi üzrə iki illik fəaliyyətini qeyd edir”. Bu barədə sosial şəbəkələrdə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yazıb.

Komitənin dərc etdiyi qısa hesabatda onun mandatının ideoloji əsasları, bu günədək əldə olunmuş irəliləyiş və yeni diplomatik fəaliyyət imkanları açıqlanır. Hesabatda belə nəticəyə gəlinir ki, hazırda geri qayıtmaq hüququ üçün möhkəm baza yaradılıb: məsələ beynəlxalq gündəmdə qalır, Ermənistanın yeni milli rəhbərliyinin Dağlıq Qarabağ xalqının hüququnu müdafiə etməsi üçün institusional mexanizmlər formalaşdırılıb, platforma yaradılıb.

Dağlıq Qarabağ parlamenti Dağlıq Qarabağ xalqının yeganə demokratik şəkildə seçilmiş nümayəndəliyi olaraq qalır. Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Öz müqəddəratını təyinetmə hüququ BMT Nizamnaməsində, Mülki və Siyasi Hüquqlar barədə Beynəlxalq Paktda və Helsinkinin Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn təməllərindən biridir. Zorla köçürülmüş şəxslər doğma yurdlarına qayıtmaq hüququnu saxlayırlar. BMT-nin Beynəlxalq Məhkəməsi Azərbaycanın üzərinə ermənilərin təhlükəsiz və maneəsiz qayıdışını təmin etmək öhdəliyi qoyub. Əsas demokratik institutlar qayıdış hüququnu dəfələrlə təsdiqləyib. ABŞ-ın 87 konqresmeni qayıdış hüququnun reallaşdırılmasına nail olunması, erməni siyasi məhbuslarının azad edilməsi və mədəni irsin qorunmasını tələb edən məktuba imza atıb.

Komitə Azərbaycanın guya ermənilərin “öz xoşları ilə getdiyi” barədə iddiasını ardıcıl olaraq təkzib edib. Ermənistanın hazırkı hakimiyyətinin bu məsələni qaldırmaqdan imtina etməsi prosesi müvəqqəti olaraq ləngitdi.

Bu iki il ərzində Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsi hüquqi, siyasi və diplomatik cəbhələrdə nəzərəçarpacaq irəliləyiş əldə edib. Əsaslar qoyulub. Beynəlxalq hüquq aydın şəkildə formalaşdırılıb, parlament qətnamələri artır, İsveçrə danışıqlar platforması hazırdır, ABŞ-ın siyasi iştirakı genişlənir və bu məsələ qlobal səviyyədə aktual olaraq qalır. Nə İrəvandan, nə də Bakıdan verilən bəyanatlar Dağlıq Qarabağın erməni bölgəsi olması və onun xalqının təhlükəsiz, kollektiv və ləyaqətli qayıdış hüququna malik olması barədə hüquqi, tarixi və mənəvi həqiqəti silə bilməz”, – deyə Oskanyan bəyan edir.

Ümumiyyətlə, bu mətnin özü bir növ öz könlünü xoş etmə aktını xatırladır. Birincisi, keçmiş nazir özündən başqa kimin daxil olduğu aydın olmayan və yəqin ki, heç yerdə qeydiyyata alınmayan hansısa “komitə” uydurub. Oskanyan özü də “hesabatında” da yazır ki, onun “komitəsinin” fəaliyyəti üçün “mandat” yalnız hansısa “ideoloji əsaslara” malikdir.

İkincisi, ümumiyyətlə, “iki illik fəaliyyəti” barədə hesabatı ondan kimin xahiş etdiyi də məlum deyil. Əgər İrəvan KİV-lərində xəbər qeydləri olmasaydı, yəqin ki, bu fəaliyyətdən çox az adam xəbər tutardı.

Üçüncüsü, Oskanyan artıq heç kimin, hətta 2023-cü ildə Qarabağı tərk edən ermənilərin özlərinin də həyata keçəcəyinə inanmadıqları müddəaları irəli sürür. Üstəlik, onlar Ermənistanın hazırkı hökumətinin əlindən mənzil və müavinət almaqdan imtina etmirlər, onların əhəmiyyətli bir hissəsi isə həmin ölkənin ərazisini birdəfəlik tərk edərək başqa ölkələrdə yaşamağa gedir. Erməni mətbuatının mütəmadi xəbərlərindən göründüyü kimi, bu proses davam edir.

Bəs keçmiş xarici işlər naziri bütün bunlarla niyə məşğul olur? Bəlkə, özünü bu cür aldatmaqla şəxsiyyətinin önəmli olduğuna inandırmağa çalışır, guya hələ də diplomatiyada qalır, hələ də öz millətinə fayda verir? Bəlkə, uzun illər ərzində Ermənistanın xarici işlər naziri vəzifəsini tutanda, münaqişənin sülh yolu ilə həlli və nəticədə ermənilərin Qarabağda yaşamaqda davam etməsi uçun heç nə etmədiyinə görə narahatlıq və ya günah hissi yaşayır?

Oskanyanın iddialarını Pressklub.az-a şərh edən siyasi şərhçi Murad Sadəddinovun sözlərinə görə, o, son vaxtlar bundan daha uğursuz bəyanatla rastlaşmayıb.

Keçmiş xarici işlər naziri Oskanyanın adını eşidəndə dərhal yadıma 2008-ci il hadisələri, Münhen konfransı düşür. O, Türkiyə prezidentinin çıxışı zamanı çox axmaq sual vermişdi – nə üçün Türkiyə “soyqırımı” tanımır və Ermənistanla sərhədləri açmır? Türkiyə prezidenti cavabında, Oskanyanı iki arqumentlə darmadağın etdi. Soruşdu ki, əgər Türkiyə bu qədər pisdirsə, onda ermənilər niyə dünyanın hər yerindən oraya yaşamağa gedirlər? Təkcə Ermənistanın özündən 40 min vətəndaş Türkiyə ərazisində qeyri-qanuni yaşayır. “Soyqırım” məsələsinə gəlincə, o, dedi: “Türkiyə çoxdan arxivlərini açıb və bu məsələyə dair bütün materialları dünyanın istənilən alimlərinə təqdim etməyə hazırdır. Buyurun, erməni tərəfi də öz arxivlərini açsın. Qoy dünya alimləri sizin gizlətdiyiniz materiallarla da tanış olsunlar”. Həmin an Oskanyanın üzünün ifadəsini görmək lazım idi. Bu, çox maraqlı mənzərəydi.

Cənab Oskanyan hazırkı bəyanatında müəyyən məqamlara istinad edir, lakin faktları öz məqsədləri üçün təhrif edir. O, iddia edir ki, ermənilərin Qarabağa qayıtmaq hüququ var – amma Azərbaycan tərəfi onları qovmayıb. Onlar özləri könüllü şəkildə gedirdilər və bu, təsdiqlənmiş faktdır. Elə ermənilərin özləri deyirdilər ki, biz Qarabağı tərk etmək barədə rəhbərlərimizdən göstəriş almışıq. Bu, o vaxt baş verirdi ki, Azərbaycan tərəfi onlara müraciət edərək beynəlxalq hüquqa uyğun şəkildə Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya biləcəklərini deyirdi. Amma onlar bunu istəmədilər.

Və Oskanyanın istinad etdiyi heç bir beynəlxalq təşkilat (elə həmin Beynəlxalq Məhkəmə də daxil olmaqla) heç vaxt və heç bir şəraitdə Azərbaycana belə bir tələb qoymayacaq ki, onun ərazisində ermənilər kompakt şəkildə yaşasınlar, öz dövlət institutlarına, öz polisinə, öz silahlı qüvvələrinə sahib olsunlar. Bu, ümumiyyətlə mümkün deyil. Azərbaycan vətəndaşları kimi Qarabağda yaşaya bilərlər və Azərbaycan tərəfi buna qarşı çıxmır”, — deyə analitik bildirib.

O xatırladıb ki, ikinci məqam Oskanyanın “Dağlıq Qarabağ parlamentini” “yeganə seçkili orqan” adlandırmasıdır. “Həmin orqanın “rəhbəri” artıq Ermənistanda olarkən Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə etiraf edib ki, Azərbaycan tərəfi bizə yaxşı şərtlər təklif etdi, amma biz özümüzü buraxma qərarı qəbul etdik. Bunu rəhbərin özü etiraf edib, heç kim onu buna məcbur etməyib.

Qarabağ ərazisini tərk edən ermənilər Azərbaycan sərhədini keçdikdən sonra jurnalistlərə verdikləri müsahibələrdə bildirirdilər ki, onları heç kim məcbur etməyib, bu qərarı özləri könüllü veriblər. Bütün bunlar çoxsaylı müsahibələrdə, video və foto materiallarda və s. qeydə alınıb. Yəni ictimaiyyəti növbəti uydurmalarla çaşdırmağa ehtiyac yoxdur.

Xalqların öz müqəddəratını təyinetmə hüququna dair beynəlxalq hüquqa gəlincə, bəli, belə bir hüquq mövcuddur və erməni xalqı bu hüququ bu gün fəaliyyət göstərən Ermənistan dövlətçiliyi çərçivəsində həyata keçirib. Amma “Dağlıq Qarabağ xalqı” deyilən anlayış yoxdur. Uydurmaq lazım deyil. Erməni xalqı öz müqəddəratını iki dəfə təyin edə bilməz. Bu, istisnadır.

Oskanyan hansısa mövcud platformadan, Amerika Birləşmiş Ştatlarının siyasi iştirakından danışır. Ona xatırlatmaq lazımdır ki, ABŞ-ın siyasi iştirakı 2025-ci il avqustun 8-də – ABŞ prezidentinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə bir yerdə Ağ Evdəki görüşü zamanı rəsmi şəkildə özünü göstərdi. Həmin vaxt gələcək sülh müqaviləsinin mətni paraflandı. Yəni Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bütün məqamlar təsbit edilib və dərc olunub. Və müxtəlif istək və arzular uydurmağa ehtiyac yoxdur. Bütün məsələlər artıq həll olunub, dünyanın aparıcı ölkələri də bununla razılaşıb.

Bəs Oskanyan niyə bu cür bəyanatlarla çıxış edir? Məncə, bu təəccüblü deyil. O, həmişə prezident Koçaryanın idarə etdiyi fiqur olub. Ermənistan prezidenti Koçaryan olduğu müddətdə o, Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Sarkisyan hakimiyyətə gələndə onu XİN-dən qovdu. Yəni o, Koçaryanın əlində fiqurdur. Bəs Koçaryan kimdir və hansı məqsədlər güdür – bu hamıya bəllidir. Revanşist qüvvələr gələcək parlament seçkilərinə hazırlaşırlar. Buna görə də Oskanyan kimi “icraçı oğlanların” informasiya məkanında peyda olması təəccüblü deyil. Yəni bu müraciətin arxasında revanşist qüvvələr dayanır. Onlara isə təbii ki, erməni diasporunun nümayəndələrinə təzyiq göstərmək üçün bu cür həyata keçirilməsi mümkünsüz ideyaların reallaşa biləcəyi barədə hansısa ideya uydurmaq lazımdır. Üstəlik, Oskanyanın özünün siyasi kimliyi və bu cür uydurmaları dünya ictimaiyyətində yalnız təəccüb doğurur”, – Səddəddinov bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Dünən, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Dünən, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru