Xəbər verildiyi kimi, «MİDA» MMC Abşeron rayonunun Sarayı qəsəbəsində yeni yaşayış binalarının tikintisi üzrə tender elan edib.
"DİA-AZ" xatırladır ki, bu MİDA-nın Sarayı qəsəbəsində yaşayış binalarının tikintisi üzrə artıq 4-cü tenderidir.
Ümumi dəyəri 88 milyon manat olan əvvəlki iri tenderlərdə 3 şirkət qalib müxtəlif şirkətlər qalib gəlib.
Belə ki, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarını tikintisini “Hünər-İnşaat” Firmasına (VÖEN: 1500271551) həvalə edib. Tərəflər arasında 26 milyon 369 min manatlıq müqavilə imzalanıb.
Bundan başqa, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi ilə bağlı “GM Construction” MMC (VÖEN: 1602490331) ilə 31 milyon 255 min manatlıq müqavilə bağlayıb.
Daha bir tenderin qalibi “Yar İnşaat Təmir-Tikinti” MMC (VÖEN: 1504833771) olub. Şirkət Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini öz üzərinə götürüb və “Mida” MMC ilə 20 milyon 310 min manatlıq müqavilə bağlayıb.










