Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                 

Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Tarix: Bu gün, 10:36 | Çap et

Son günlər Rusiyanın rəsmi şəxslərindən Ermənistanın ünvanına töhmət-təhniz, qaxınc-minnət, tələb-təhdid səciyyəli açıqlamalar xeyli artıb.

Bunun əsas səbəbi odur ki, 2019-ci ildən, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın Avropaya inteqrasiya yolunda atdığı addımların geridönməz xarakter aldığı Kremlə tam çılpaqlığı ilə əyan olub.

Bu vaxta qədər Moskva Paşinyan iqtidarına hər növ təzyiq edir, bəzən dirsək göstərir, bəzən ayağa verir, gah pisim-pişimlə davranır, gah da açıq şəkildə hədələyirdi, amma bütün bunlar effektiv olmadı, “yeni təfəkkürlü ermənilər”i yollarıdan döndərmədi.

Əslində Paşinyan başda olmaqla Rusiyadan üz döndərmiş ermənilər buraya qədər düz xətlə, birbaşa gəlməyiblər. Onlar da Kremllə oynayırr, gah özlərini sədaqətli göstərir, gah da üzlərini bozardır, hər cür manevr edir, amma çatmaq istədikləri mənzilin istiqamətini əldən vermirdilər.

İndi ruslar görür ki, Ermənistan Avropanın kandarında dayanıb ayağının palçığını təmizləyir və bir azdan içəriyə daxil olacaq. Rusiya Ermənistanı məhz Avropanın astanasından geri qaytarmaq istəyir. Ona görə Moskvadan İrəvanın ünvanına səslənən hədələr, töhmətlər artıb.

Keçmiş SSRİ ölkələrinin Avropaya inteqrasiyası Rusiya üçün qırmızı xətdir. Moskva burada istisnanı yalnız üç Baltikyanı ölkəyə tanıyıb. O da ona görə ki, SSRİ bu üç kiçik ölkəni 1940-cı ildə ilhaq edəndə onlar onsuz da Avropa ölkəsi idilər və Moskvanın tabeçiliyində olduqları vaxtlarda da özlərini gözə soxmur, Moskvaya göstərdikləri itaətin heç də ürəkdən olmadığını büruzə verirdilər.

SSRİ dağılandan sonra Moskva bu üç respublikanı öz “arxa bağça”sında zorla, təzyiqlərlə saxlamağa cəhd etmədi, anladı ki, onları ram edə bilməyəcək.

Ancaq qalan ölkələr yaxalarını Rusiyanın pəncəsindən qurtarmaq üçün uzun yol qət etdilər və edirlər, buna aram-aram, mərhələ-mərhələ nail olmaq istəyirlər. Rusiyadan birdən-birə qopmaq, əlindən çıxıb qaçmaq istəyənlərin aqibəti yaxşı olmur. Gürcüstan elə etdi, qapaz yedi, Ukrayna Avropa dövləti olmaq istədi, 5-ci ildir müharibədədir, yüz minlərlə qurban verib.

Moldova və Ermənistan isə Rusiyadan ayrılmaq işini son illərdə sürətləndiriblər. Ona görə də artıq elə bir gün olmaz ki, Rusiya siyasətçilərindən kimsə onların ünvanına “pis olacaq”, “bu iş belə getməyəcək” tipli xəbərdarlıqlar etməsin.

Gerçək budur ki, rusiyalı siyasətçilər Ermənistana qarşı səsləndirdikləri iddialarda bir baxımdan çox haqlıdırlar. 1828-ci ildən bəri erməniləri Rusiya saxlayır.

Ermənilər üçün dövləti Rusiya qurub verib. Rusiya 1828-ci ildə ard-arda 36 Azərbaycan türkünün xan olub idarə etdiyi İrəvan xanlığını ermənilərin də iştirakı ilə işğal edərək süquta uğradıb, yerində quberniya yaradaraq idarəçiliyi ermənilərə verib. Ruslarla ermənilərin şərik idarə etdiyi həmin quberniya erməni muxtariyyatı elan edilib və ondan 90 il sonra məhz bu muxtariyyat əsasında erməni dövləti təsis olunub.

Düzdür, ruslar 1920-ci ilin noyabrında müstəqil Ermənistan respublikasını işğal ediblər, amma yerində sovet sosialist respublikası yaradıblar və ermənilərə heç bir sovet respublikasına qıymadıqları yüksək muxtariyyat statusnu veriblər. Adi bir misal. 1920-ci ildən 1933-cü ilə qədər Azərbaycanı 9 yadelli (ermənilər, gürcülər, ruslar, yəhudi, polyak və b.) rəhbər idarə edib, ancaq həmin müddətdə Ermənistana başçılıq edənlərin hamısı erməni olub. Bu, onun göstəricisi idi ki, ermənilər bizimlə müqayisədə daha çox hüquq və imtiyaz yiyəsidirlər.

Sovet dövründə Ermənistan 71 il ərzində Moskvadan aldığı dotasiyalar hesabına yaşayıb. Azərbaycannın gəlirli müəssisələrindən ittifaq büdcəsinə zorla götürülən milyonlar Ermənistana ötürülüb.

Elə Ermənistan müstəqillik əldə etdikdən sonra da Rusiyanın bir əli Ermənistanın üstündə olub. Rusiya Ermənistana əlindən gələn, qolundan qopan hər cür yardım edib. Buraya 1 milyard dollarlıq silah bağışlamaqdan tutmuş, ucuz neft-qaza qədər hər şey daxildir. Ermənistan məhz bu “hər şey daxil” sisteminə görə ayaqda qalmış və özündən ən azı 3 dəfə güclü Azərbaycandan müvəqqəti də olsa ərazi qopara bilmişdi.

Rusiyanın milyonlarla erməniyə qucaq açması da heç kəsə sirr deyil. Ermənilər Rusiyada öz ölkələrində olduğundan daha çox və daha imkanlıdırlar. (Yeri gəlmişkən, bu qaxınc Rusiyada artıq bir neçə ildir ki, ən yüksək səviyyədə səslənir).

Bir sözlə, Rusiyanın son 190 ildə saxladığı, dövlət etdiyi, qoruduğu ermənilərin üzərində haqqı böyükdür. Rusiya ermənilərə etdiyi yaxşılığı hansı başqa ölkəyə etsəydi, o ölkədə Rusiyadan ayrılıq haqda düşünənləri linç edərdilər.

Ancaq ermənilər fərqli fikirləşirlər. Onlar Avropaya, dünyaya açılmaq, Avropanın inkişaf etmiş kiçik ölkələrindən (Finlandiya, Danimarka, Niderland, Belçika, Lüksemburq) biri kimi yaşamaq istəyirlər. Ermənilər görürlər ki, Rusiya onlar üçün bu cür firavan həyat təmin etmək iqtidarında deyil və Ermənistana öz cənub bastionu kimi baxır, İranın və Türkiyənin qarşısındakı son qala rolunda görür.

Belə götürəndə hər millətin öz gələcəyini öz bildiyi kimi qurmaq haqqı var. Rusiya ermənilərə dövlət qurub deyə onları sona qədər öz köləsi etmək haqqına sahib deyil.

Məişətdə ermənilərin etdiyi hərəkətin adı dönüklük, nankorluq, xəyanət ola bilər, amma politologiyada “öz müqəddəratını təyin etmək hüququ”dur.

Xalid KAZIMLI - musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru