Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                 

İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Tarix: Bu gün, 06:37 | Çap et

İctimai Televiziya və Radio Yayımları Şirkəti-nin baş direktoru vəzifəsinə namizədlərin sənəd qəbulu başa çatıb və artıq seçim prosesi növbəti mərhələyə keçir. Ümumilikdə 11 namizədin qatıldığı proses media ictimaiyyətində də maraqla izlənilir.

Xatırladaq ki, İTV-nin baş direktoru vəzifəsi üçün 11 nəfər iddiaçı sənədlərini Audiovizual Şuraya təqdim edib. Bunlar aşağıdakılardır:

1. Əhmədov Ayxan Əbdül Kərim oğlu

2. Əzimov Tural Qürbət oğlu

3. Məmmədzadə Tural Sahib oğlu

4. Qulamov Arzu Aydın oğlu

5. Baxşıyeva İlhamə Rafiq qızı

6. Məmmədov Fikrət Alı oğlu

7. Qasımov Balakişi Ələkbər oğlu

8. Şahsuvarov Taleh Novruz oğlu

9. Nağıyev Anar Əlişah oğlu

10. Əliyeva İlahə Xudu qızı

11. Cəfərov Əli Sucəddin oğlu

Qeyd edək ki, baş direktor 4 il müddətinə seçilir. Hazırda telekanalın baş direktoru Balakişi Qasımovdur.

İctimai televiziyanın gələcək fəaliyyət istiqaməti, idarəetmə modeli və məzmun siyasəti baxımından bu seçki mühüm əhəmiyyət daşıyır. Bəs media nümayəndələri və ekspertlər İTV-nin yeni rəhbərində hansı keyfiyyətləri görmək istəyirlər? Yeni baş direktor kanalda hansı dəyişiklikləri etməlidir? Sorğumuzda bu suallara cavab axtardıq.

Sherg.az sorğunu təqdim edir:

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd etdi ki, bir-iki addan başqa digər namizədləri tanımır:

“Tanıdıqlarım və gördüklərim arasında elə Balakişi Qasımovdan daha yaxşısı yoxdur”.

Tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli bildirdi ki, Baş direktorun seçilməsi qanunla müəyyən olunmuş prosedurdur:

“11 nəfərin sənəd verməsi də əlbəttə ki, müsbət haldır. Bu, kifayət qədər rəqabətli mühitin olduğunu göstərir. Deməli, istəyənlər, maraq göstərənlər var və bu da maraqlı məqamdır. Mənə elə gəlir ki, ictimai televiziyanın direktoru necə olmalıdır sualını biz müəyyənləşdirmirik. “İctimai yayım haqqında” qanunda baş direktora verilən tələblər hamısı aydın şəkildə göstərilib, hamısının funksiyası var. Yayım Şurası necə olmalıdır, Yayım Şurasının üzvlərinə hansı tələblər verilir, baş direktora hansı tələblər qoyulur - bunların hamısı orada əks olunub. Təbii ki, birinci növbədə ictimai yayımın fəlsəfəsi, məqsədi və prinsipləri əsasdır. İctimai yayım cəmiyyətin güzgüsü olmaq etibarilə bütün cəmiyyəti, bütün ölkə ərazisini əhatə edir və sözün həqiqi mənasında cəmiyyət üçün ictimai tribunaya və parlaq bir platformaya çevrilməlidir. Ona görə də mən namizədlərə uğurlar diləyir və arzulayıram ki, kim seçiləcəksə, ictimai yayım prinsiplərinə əməl etsin, qanunda irəli sürülən tələbləri gözləsin və cəmiyyətə yaxşı, keyfiyyətli verilişlər təqdim olunsun”.

Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, Rəşad Məcid söylədi ki, İtv-nin hazırki rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirir:

“Mövcud imkanlar daxilində çox maraqlı verilişlərə imza atılıb. Namizədlərin, o cümlədən Taleh Şahsuvarlının düşüncələri, proqramı, rəhbər olmaq əzmi başadüşüləndir. Amma mən indiki rəhbərliyin fəaliyyətini davam etdirməsini daha məqbul sayıram”.

"Azxeber.com"un redaktoru, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli dedi ki, ictimai televiziya bütün cəmiyyətin maraqlarını özündə əks etdirən, cəlb edən və cəmiyyətin bütün təbəqələrinə xidmət edən bir televiziya olduğuna görə, seçkilər hər zaman cəmiyyətin diqqət mərkəzində olur:

“Düşünürəm ki, İctimai televiziya bu illər ərzində öz missiyasının öhdəsindən gəlməyi bacarıb. İndiyə qədərki fəaliyyəti də onu göstərir ki, ictimai televiziya həqiqətən də cəmiyyətin müxtəlif təbəqələrinə uyğun fəaliyyət göstərir. Qaldı ki, yeni seçkilərə, düşünürəm ki, 11 namizədin hər biri öz sahəsində uğur qazanmış, tanınan şəxslərdir. Bildiyiniz kimi, İctimai televiziyanın yeni sədrini Yayım Şurasının üzvləri seçirlər. Yayım Şurası üzvlərinin də bu seçimlərdə obyektivliyinə heç bir şübhə ola bilməz. Yeni seçilən sədr də əslində təkcə öz ideyaları və fikirləri ilə deyil, eyni zamanda rəqiblərinin platformalarına da yaxından nəzər yetirməlidir. Onların da təkliflərindən yararlanmaqla ictimai televiziyanı daha yaxşı səviyyədə görə bilərik. Amma ümumilikdə baxanda hesab edirəm ki, Balakişi Qasımov bu illər ərzində İctimai televiziyada bir çox yeniliklərə imza atmış sədr olub. Eyni zamanda bir çox beynəlxalq layihələrin ölkəmizə gətirilməsi, uğurlu layihələrin həyata keçirilməsi onun sədr kimi öz işinin öhdəsindən gəldiyinin əsas göstəricilərindən biridir. Bu baxımdan yeni seçilən sədr tərəfindən də bu kimi layihələr davam etdirilməlidir”.

Yazıçı, publisist və şair Aqşin Yenisey vurğuladı ki, namizədlərin əksəriyyətini tanımır, ümumiyyətlə kimlərin namizəd olduğu barədə də çox məlumatı yoxdur:

“Ümumiyyətlə, İctimai televiziyanın əsas funksiyalarından biri cəmiyyəti narahat edən sosial və ictimai problemlərin müzakirəsini təşkil etməkdir. Təəssüf ki, bu gün bizim televiziyaların demək olar ki, heç birində real müzakirə mühiti yoxdur. Burada qlobal siyasi proseslərdən yox, ölkənin daxilində insanları düşündürən məsələlərdən söhbət gedir. Hazırda ölkənin daxili problemləri ilə sistemli şəkildə məşğul olan televiziya kanalı demək olar ki, yoxdur. Halbuki məncə, bu missiyanı ilk növbədə ictimai televiziya yerinə yetirməlidir. Mən istərdim ki, Azərbaycan cəmiyyətində düşünən, intellektual potensialı olan, sosial şəbəkələrdə və şəxsi platformalarında fikir bildirən insanlar televiziya məkanına gətirilsin. Bu gün ən maraqlı və canlı müzakirələr məhz həmin insanların paylaşımlarının şərh bölmələrində gedir. Amma həmin müzakirələrin geniş auditoriyaya çatması, insanların oradan fikir və məlumat əldə etməsi çətin olur. Bir sosial media profili nə qədər böyük auditoriyanı əhatə edə bilər? Halbuki bu müzakirələr ictimai televiziyada təşkil olunsa və davamlı xarakter daşısa, Azərbaycan insanında da intellektual müzakirə mədəniyyəti formalaşa bilər. Məncə, ictimai kanalın əsas missiyası məhz bu olmalıdır. Amma hazırda görürük ki, televiziyada təşkil olunan müzakirələr belə çox vaxt sosial şəbəkələrdə artıq müzakirə edilib bitəndən sonra efirə çıxır. Yəni əvvəlcə mövzu sosial mediada gündəmə gəlir, insanlar onu müzakirə edir, proses yekunlaşır, yalnız bundan sonra televiziya həmin mövzu və eyni şəxslərlə efir təşkil edir. Halbuki cəmiyyət artıq yeni düşüncəli, həyata və proseslərə fərqli baxan insanların fikirlərini eşitmək istəyir”.

Yazıçı əlavə etdi ki, Azərbaycan efirləri isə 20-30 ildir hamının tanıdığı, nə danışacağını əvvəlcədən bildiyi insanların məkanına çevrilib:

“Buna görə də intellektual, fəlsəfi, sosial və ictimai mövzulara maraq göstərən tamaşaçının televiziya ilə əlaqəsi demək olar ki, qalmayıb. Bakıda və ya regionlarda sorğu keçirilsə, yəqin ki, belə bir nəticə ortaya çıxar: insanların evində bir neçə televizor olsa da, onları açan yoxdur. Mən özüm də bunun şahidiyəm. Çox adam etiraf edir ki, artıq televiziyaya demək olar baxmır. Niyə baxmırlar? Çünki televiziyanın səviyyəsi həmin insanların gözləntisindən və düşüncə səviyyəsindən aşağıdır. Ona görə də İctimai televiziyanın əsas öhdəliklərindən biri cəmiyyətin ümumi səviyyəsindən həmişə bir pillə yuxarıda dayanmaq olmalıdır ki, insanlarda ona qarşı maraq və ehtiyac yaransın. Əgər bunu edə bilməyəcəksə, onun ictimai televiziya adlanmasının da xüsusi mənası qalmır. O zaman digər kanallardan fərqlənməyən sıradan bir televiziya olacaq. Balakişi müəllimin dövründə İctimai Televiziya bəzi layihələri ilə həqiqətən ictimai status qazanmağa çalışdı və müəyyən qədər buna nail də oldu. Əgər bunu bir məktəb kimi qəbul etsək, deməli, Balakişi müəllim orada müəyyən bir ənənə və yanaşma formalaşdırdı. Yeni rəhbərlik isə bunun üzərində inkişaf strategiyası qurmalıdır. Bu baxımdan düşünürəm ki, yeni rəhbərlik bu məsələlərə ciddi yanaşmalıdır. Çünki artıq prinsiplər dəyişib. Biz sovet və ya müstəmləkə ölkəsi deyilik. Ona görə də məqsədimiz sadəcə qorumaq yox, qoruduqlarımızı inkişaf etdirmək olmalıdır. Əgər bunu bacaran bir rəhbərlik formalaşsa, əlbəttə, biz də əlimizdən gələn dəstəyi verməyə hazırıq. Əks halda, bu gün vəziyyət necədirsə, bundan sonra da eyni şəkildə davam edəcək. Mənim televiziya ilə bağlı əsas gözləntilərim bunlardır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru