Elm və Təhsil Nazirliyi ümumi orta təhsil səviyyəsi üçün böyük ölçülü dərsliklərin istehsalı məqsədilə "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC ilə 6.141.890 AZN dəyərində nəhəng satınalma müqaviləsi bağlayıb.
32gun.az xəbər verir ki, Müqaviləyə əsasən, 5-ci siniflər üçün nəzərdə tutulan Azərbaycan dili, riyaziyyat, tarix, təbiət və müxtəlif xarici dil dərsliklərinin, eləcə də onların rus və gürcü dillərinə tərcümə variantlarının kütləvi çapı həyata keçiriləcək. Şərtlərə görə, yüksək keyfiyyətli kağızlardan istifadə olunmaqla yüz minlərlə nüsxədə çap ediləcək bu poliqrafik məhsulların böyük bir hissəsi, xüsusilə "Təbiət 5" dərsliyi təkbaşına 142 min ədəd tirajlanacaq.








