Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                 

Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Tarix: Bu gün, 11:49 | Çap et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycanın şəhərsalma siyasəti, tarixi-mədəni irsin qorunması, müasir şəhər inkişafı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verib.

Dövlət başçısı çıxışına forumun miqyası və beynəlxalq əhəmiyyətindən bəhs etməklə başlayaraq bildirib ki, tədbir dünya ölkələri tərəfindən böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, forumda iştirak etmək üçün 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu göstərici indiyədək qeydə alınmış ən yüksək iştirakçı saylarından biri hesab edilə bilər. Prezident bu tədbirin Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkənin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq platformadır və Ümumdünya Şəhərsalma Forumunun da mühüm nəticələrlə yadda qalacağına ümid etdiyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın tarixi-coğrafi mövqeyinə də toxunaraq bildirib ki, ölkə tarixən Şərq ilə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət Azərbaycan memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapıb. Eyni zamanda Bakının memarlıq siması qədim tarixlə müasir inkişafın vəhdətini əks etdirən nadir nümunələrdən biridir. Prezident qeyd edib ki, İçərişəhərin qədim küçələri ilə müasir şəhər infrastrukturu arasında yaradılmış uyğunluq Azərbaycanın tarixi irsə münasibətinin və inkişaf siyasətinin göstəricisidir. Şəhərsalma siyasəti Azərbaycanda yalnız paytaxtın inkişafı ilə məhdudlaşmır və ölkənin müxtəlif regionlarında da sistemli şəkildə həyata keçirilir. O xatırladıb ki, ölkədə cari il “Şəhərsalma və Memarlıq İli” elan olunub və bu istiqamətdə beynəlxalq əməkdaşlıq daha da genişləndirilir. Prezident qeyd edib ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə birgə işğaldan azad edilmiş ərazilərdə şəhərsalma forumları keçirilir.

Çıxış zamanı Azərbaycanın zəngin tarixi-memarlıq irsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, Azərbaycanın qədim şəhərləri ölkənin mədəni kimliyini və tarixi irsini özündə əks etdirir. Dövlət başçısı Şamaxı şəhərində yerləşən qədim məscidi, Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsini, Gəncə şəhərinin tarixi irsini, eləcə də Qəbələ, Şəki və Lahıc kimi yaşayış məntəqələrinin memarlıq nümunələrini xüsusi qeyd edib. Prezident vurğulayıb ki, bu irsin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dövlət başçısı şəhərlərin inkişafı ilə tarixi irsin qorunması arasında tarazlığın təmin edilməsinin vacibliyinə də diqqət çəkib. O bildirib ki, müasirləşmə prosesləri davam etsə də, tarixi və memarlıq irsinin qorunmasına münasibətdə son dərəcə həssas və məsuliyyətli yanaşma nümayiş etdirilməlidir.

Prezident İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə də xüsusi yer ayırıb. O qeyd edib ki, uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur əraziləri tamamilə dağıdılıb, bir sıra şəhərlər ağır dağıntılara məruz qalıb. Bəzi beynəlxalq müşahidəçilər Ağdam şəhərini dağıntıların miqyasına görə “Qafqazın Xirosiması” adlandırıblar.

Dövlət başçısının sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, şəhər və kəndlərin baş planları hazırlanır. Son beş il ərzində onlarla kilometr uzunluğunda tunellər çəkilib, yüzlərlə körpü inşa edilib, məktəblər, xəstəxanalar, elektrik stansiyaları, su infrastrukturu obyektləri və beynəlxalq hava limanları istifadəyə verilib. Hazırda isə on minlərlə vətəndaş öz doğma torpaqlarına qayıdaraq həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.

Prezident çıxışında Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə də toxunub. O bildirib ki, uzun illər ərzində neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmiş ərazilərdə genişmiqyaslı abadlıq və yenidənqurma işləri aparılıb. Dövlət başçısı vaxtilə çirklənmiş sənaye zonası kimi tanınan Qara şəhərin müasir Ağ şəhər layihəsi çərçivəsində tamamilə yeni şəhərsalma modelinə çevrildiyini diqqətə çatdırıb. Prezident əlavə edib ki, son illər ərzində Bakıda çoxsaylı parklar, ictimai məkanlar və yaşıllıq zolaqları salınıb, ekoloji dayanıqlılığa əsaslanan şəhər inkişafı istiqamətində mühüm addımlar atılıb.

Çıxışının sonunda Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın şəhərsalma sahəsində mühüm rol oynadığını vurğulayaraq bildirib ki, belə platformalar ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, yeni yanaşmaların öyrənilməsinə və şəhər inkişafı ilə bağlı gələcək prioritetlərin müəyyənləşdirilməsinə mühüm töhfə verir. Dövlət başçısı Azərbaycanın bundan sonra da müasir, dayanıqlı şəhərsalma siyasətini davam etdirəcəyini diqqətə çatdırıb.

Anar Abbasov
Xırdalan şəhər bələdiyyəsinin sədri

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru