Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                 

Teymur Mehdiyev ATASININ KOMANDASINDA yer almışdımı? - AKTUAL
Tarix: 4-12-2025, 08:33 | Çap et

Sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilməsindən sonra ikincinin istintaqa çağırılması gözlənilir. Tribuna.az məlumat verir ki, Teymur Mehdiyev həm atasının işi üzrə dindirilə, həm də vəzifədə olduğu dövrdə korrupsiyaya bulaşması təftiş oluna bilər. Niyə?

Ona görə ki, atasının hakimiyyəti zorla ələ keçirmə planları haqda məlumatı olmamış deyil. Hətta 50 nəfərlik Dövlət Şurasında onun da yer aldığı istisna edilmir. Bunu isə istintaq üzə çıxaracaq. Həmçinin Mehdiyevin oğlunun biznes şəbəkəsi və topladığı sərvətin araşdırılması gündəmdədir.

Məsələn, Mehdiyevlərə aid “Bank BTB” ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib. Bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.

Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır. Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib.

Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidməti rəisinin müavini olub. Teymur Mehdiyev də alimdir. “Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin timsalında müqayisəli hüquqi təhlil” mövzusunda dissertasiyasını Moskvada müdafiə edib və 2002-ci ildə hüquq elmləri namizədi olub. Amma hektarlarla meyvə bağlarını yəqin ki, alimin alın təri ilə qazanmaq çətin olardı.

Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.

Mehdiyevin oğlu həbs oluna bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Teymur Mehdiyevin həbsi hüquqi baxımdan tam real ssenaridir və bunun qarşısını alan heç bir normativ baryer mövcud deyil. Onun sözlərinə görə, məsələ təkcə siyasi kontekstdən ibarət deyil - burada birbaşa hüquq pozuntusu elementləri var: “Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluğunda olan vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olması qəti şəkildə qadağandır. Bu norma birbaşa "Dövlət qulluğu haqqında" Qanunda əksini tapıb və istər bilavasitə, istərsə də dolayı şəkildə kommersiya subyektinə nəzarət etmək hüquqi məsuliyyət doğurur. Teymur Mehdiyevin “Bank BTB”nin faktiki sahibi olması barədə açıq, təsdiqlənmiş məlumatlar mövcuddur və bu faktın özü belə, onun istintaqa cəlb edilməsi üçün yetərli hüquqi əsas yaradır".

Natiq Ələsgərov hesab edir ki, bankın uzun illər ardıcıl zərərlə işləməsi, kapital strukturu və payların ailə üzvlərinə ötürülməsi təkcə idarəetmə problemi kimi qiymətləndirilmir, bu, həm də vəsaitlərin mənşəyi, maliyyə axınlarının şəffaflığı və mümkün gizli payçılıq məsələlərini gündəmə gətirir. Onun fikrincə, əgər bankın fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə, şişirdilmiş və ya saxtalaşdırılmış maliyyə hesabatları, risklərin bilərəkdən gizlədilməsi, kredit portfelindən vəsaitlərin yönləndirilməsi və ya aktivlərin ailə üzvlərinin üzərinə keçirilməsi kimi hallar sübuta yetirilərsə, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq aparılması qaçılmaz olacaq: “Bu maddələrə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 179-cu (mənimsəmə və israfetmə) kimi maddələr də daxil ola bilər”.

Natiq Ələsgərov torpaq alqı-satqıları ilə bağlı epizodların isə istintaqda ayrıca xətt üzrə araşdırılacağını istisna etmir: “Qısa zaman ərzində onlarla hektar torpağın əldə olunması rəsmi gəlirlərlə uyğun gəlmirsə, bu, artıq maliyyə monitorinqi üçün siqnal hesab olunur. Vəsaitlərin mənşəyi barədə şübhə yaranarsa, bu, Cinayət Məcəlləsinin 193-1-ci - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddəsi üzrə araşdırma perspektivi yaradır”.

Natiq Ələsgərov bildirir ki, Teymur Mehdiyevin atası Ramiz Mehdiyevin cinayət işi üzrə məlumat sahibi olmaq ehtimalı istintaq üçün ayrıca maraq predmeti ola bilər: “Əgər istintaq müəyyən etsə ki, Teymur Mehdiyev həmin proseslərdən xəbərdar olub, yaxud müəyyən qərarların qəbulunda iştirak edib, o zaman onun prosessual statusu şahiddən şübhəli və ya təqsirləndirilən şəxs statusuna dəyişdirilə bilər. Bu dəyişiklik çox qısa müddətdə baş verə bilər”.

Ələsgərov əlavə edib ki, belə olan halda, artıq “hakimiyyəti zorla ələ keçirmə” işi üzrə əlavə epizodların açılması gündəmə gələ bilər. Onun fikrincə, prosesin inkişafından asılı olmayaraq, Teymur Mehdiyevin saxlanılması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi hüquqi baxımdan tam məntiqlidir: “Bu halda heç bir imtiyazdan, xüsusi statusdan söhbət gedə bilməz. Şəxsin keçmiş vəzifəsi onu Cinayət Məcəlləsinin tələblərindən kənarlaşdırmır. Əgər Mehdiyevin bank fəaliyyəti, torpaq əməliyyatları və vəzifə dövründə verdiyi qərarlar kompleks şəkildə araşdırılarsa, həbslə nəticələnə biləcək çoxşaxəli risk modeli formalaşa bilər”.

Onun sözlərinə görə, vəziyyətin gedişatı həm maliyyə-ictimai təzyiq, həm də cinayət prosesinin genişlənməsi fonunda daha da kəskinləşə bilər və bu, Teymur Mehdiyevin hüquqi taleyini yaxın zamanlarda müəyyənləşdirən əsas amil olacaq.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru