Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                     Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir .....                     25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək .....                     Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb .....                     Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır .....                     AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                 

“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Tarix: Bu gün, 11:49 | Çap et

Üç gün, gecə-gündüz demədən sərasər yağdı bu yağış... Sonrakı günlərdə də müəyyən fasilələrlə davam etdi. Hələ də yağır. Bir də məhz bu cür yağışların nə vaxt yağacagını təxmin edə bilmərəm, amma son dəfə nə vaxt yağdığını da xatırlamıram. Dayanmadan, “nəfəs almadan” yağdı. Dolub-boşalırdı buludlar, sanki göy üzü dərdini yerə tökürdü. Heç kim təxmin edə bilməzdi ki, bu yağış, əslində bir qəfil vidanın səbəbkarıdır.

Rəşad adam

Xaraktercə emosional, çılğın, yerə-göyə sığmayan, həyat dolu biri idi Rəşad. Onun gedişi də leysan yağışlar kimi səsli-küylü olmalı idi. Bu həmin yağışlardır ki, qızğın döyüşlər zamanı buludlar ayağının altındaykən susuzluqdan əziyyət çəkəndə də ona məlhəm olub. Bu xarakterdə olan insana da məhz təbiətin bütün gücü ilə hayqırdığı vida yaraşardı.

2-ci kursun əvvəlində, bir payız günü tanıdıq Rəşadı. “Jurnalistika” fakültəsində təhsil aldığımız ilin ilk yayında faciə ilə üzləşmişdik. Tələbə yoldaşımız Dəyanət imtahan sessiyaları ərəfəsində Xəzərin sularında qərq olmuşdu. Bu faciəni heç cürə qəbul edə bilmirdik. Rəşadın gəlişi acımızı az da olsa bizə unutdurdu.

Həyat dolu biri idi Rəşad, duzlu-məzəli zarafatları, baməzə söhbətləri də öz yerində. Ümumiyyətlə, söz üçün cibəgirən biri deyildi. Harada Rəşad olurdusa, orada mütləq pozitivlik öndə gəlirdi. Onun universitet illərində rayonlara olan gəzintilərimiz zamanı filmlərdən gətirdiyi sitatları, digər mərhum qrup yoldaşımız Şəlalə ilə aramızda olan zarafatları, Rəşadın özünəməxsus jarqonlarını unutmaq qeyri-mümkündür.

Qayğıkeş, mərhəmətli, həyatsevər biri idi. 2-ci kursun sonunda, yay günlərinin birində onu təsadüfən binamızın qarşısında gördüm. Tələbə yoldaşımı anidən başqa bir şəhərdə, xüsusilə binamızın qarşısında görməyimə sevinsəm də, təəccübümü gizlədə bilmədim. Xəstə yatan yaxın bir qohumunu yoxlamağa gəlibmiş. Həmin vaxta kimi zarafatcıl, pozitiv birinin qayğıkeşliyini də öyrəndim.

“517”ci otaqda məndən iki parta arxada əyləşsə də, zarafatları, dərs vaxtı ani atmacaları, dilimizdən düşməyən ifadələri ciddi söhbətləri bir anın içində yumşalda bilirdi. Bəzən elə sözlər işlədirdi ki, sonradan çox adam həmin ifadələri təkrarlayırdı. Yerinə düşən atmacaları ilə ən gərgin söhbətlərin üzərinə su səpirdi.

Qrupda iki Rəşad olduğundan onları soyadları ilə çağırırdıq. Çərçivəyə sığmayan biri idi Baxşəliyev: gözlənilməz və hazır cavabları bütün ortamın əhvalını dəyişirdi. Auditoriyada hansısa əhvalata “indi, görəsən, Rəşad nə deyəcək?” düşüncəsi ilə baxırdıq. Onun zarafatları sadəcə gülmək üçün deyildi, eyni zamanda müşahidə qabiliyyətini və sosial enerjisini göstərirdi. Hərdən bu zarafatlarının müqabilində onu “Tosu” deyə çağırırdıq. Doğrusu, bu ayamanın kökünün haradan gəldiyini bilmirəm, amma bu söz onun üz-gözünə elə yaraşırdı ki... Özünə də xoş gəlirdi, gözünün içi gülürdü.

Universitetdən sonra həqiqi hərbi xidmətə yollandı zabit kimi. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərbaycan” qəzetində işləməyə başladı. Çalışdığım televiziya ilə Rəşadın iş yeri arasında məsafə elə də çox olmadığından rastlaşanda bütün yol boyu danışıb-gülürdük. Vaxt da su kimi axıb gedirdi həmin anlar.

Rəşad 2020-ci ilin oktyabrın 25-də israrla ordu sıralarına qayıdaraq, Vətən müharibəsində rəşadətlə döyüşdü. Əslində o, Vətən müharibəsi başlayana qədər də hərbi reportyor kimi səngərlərdə hərbçilərimizin döyüş yolunu qələmə alırdı. Amma təsadüfən 17 il sonra eyni hərbi hissədə Qubadlı istiqamətində döyüş yolu keçən Rəşadın növbəti dəfə əlində qələm yox, silah var idi. Ürəyindəki isə dəyişməmişdi - Vətən sevgisi.

Tabeliyində olan bütün əsgərləri ilə birgə qalib ordunun qalib zabiti kimi dönmüşdü evinə. Alnıaçıq, üzüağ, qəlbində bitib tükənməz Vətən sevdası ilə.

Müharibənin yazılmayan qanunları var: döyüşlərin ilk günündə yazdığı, “Şəhid olsam, haqqınızı halal edin” kağızını, qayıtdıqdan sonra evinin kandarına tullayanda yaşadığı qeyri-adi hisslər də, qələbə xəbərini alan kimi dağlara yayılan azan səsini eşidərkən keçirdiyi ilahi duyğular da ürəyinə məlhəm oldu. Ürək isə...

Sükut adam

Müharibə bəzən insanı fiziki olaraq geri qaytarır, amma ruhunu o tozlu yollarda, barıt qoxulu səngərlərdə saxlayır. Rəşad fiziki olaraq sağ-salamat qayıtsa da, mənən qayıtmamışdı. Çox dəyişmişdi.

Onun məşhur gülüşünün yerini alan “başqa adam” əslində zəfəri, qələbəni ürəyində, şəhid dostlarının kədərini təkbaşına çiynində daşıyan adama çevirmişdi. Əvvəlki həyat eşqi olan Rəşad getmişdi, əvəzinə bütün ruhunu azad etdiyi torpaqlarda qoyub gələn sükut adam gəlmişdi.

Rəşad müharibədən sonra tamamilə başqa bir adam oldu. O şaqraq gülüşlü insan yorğun ruhlu birinə çevrilmişdi. Hamı ilə zarafat edən adam deyildi artıq. Təkcə döyüş yolundan ürək dolusu danışırdı. İşğaldan azad etdikləri ərazilərin müqəddəsliyini, döyüşlər zamanı itirdiyi hər silahdaşını ürəyinin döyüntüləri ilə təsvir edirdi. Ürək isə...

Cəbhədə olduğu müddətdə hər uğur, hər xoş xəbər onun ruhunu canlandırır, içində ümid işıqları yandırırdı - yorğunluğunu yuyur, gücünü artırırdı. Ürəyinə su içdirdi xoş xəbərlərdən. Ürək isə...

Ötən ilin fevral ayında başqa bir tələbə yoldaşımızın anasının yas mərasimindən qayıdırdıq. Avtomobildə qarşıda oturmuşdu. Döyüş yolundan, müharibədə müşahidə etdiklərindən, əsgərlərinin fədakarlığından elə şövqlə danışırdı ki, birdən gözlənilmədən sükuta daldı, qəhərləndi. Göz yaşlarını gizlətməyə çalışsa da, titrəyən səsi və avtomobilin ön güzgüsü onun pərişan halını ələ verirdi. Həmin anlar onu gördüyümü sezmədi, amma mənə elə gəldi ki, Rəşad, sanki, danışmır, inləyir... Cəbhədə baş verənlərdən söhbət açdıqca elə həyəcanlanırdı ki, bəzən nəfəsi daralır, bəzən də sükuta dalaraq uzaqlara baxır, xəyala dalırdı.

15 dəqiqəlik məsafəni piyada gəldik Rəşadla. Yol boyu dayanır, gözlərini bir nöqtəyə zilləyib düşünür, cəbhədə baş verən hansısa hadisəni xatırlamağa çalışır, sonra yoluna davam edirdi. İllər əvvəl söhbətlərimizdə daim zarafat edib güldüyümüz, zarafatla dəfələrlə bir-birimizin sözünü kəsdiyimiz dostumun söhbətini diqqətlə dinləyir, onun söhbətini bölməməyə çalışırdım. O isə bütün yaşadıqlarını az bir müddətdə danışıb xilas olmağa çalışır, ürəyindəkilərini boşaltmaq istəyirdi... Ürək isə...

Və bu bizim son görüşümüz oldu. Sonuncu görüş...

Səhhəti ilə bağlı ürək əməliyyatından salamat çıxsa da, tam sağalmamışdı. Sonuncu dəfə martın 8-i danışdıq. Sağlığı ilə bağlı ona göstərilən yardımlardan sıxıldığını dedi. Mərd adam idi Rəşad. Hər zaman öz problemini özü həll etməyə çalışırdı, gücü daxilində olan və olmayan.

“Narahat olma, hamının səninlə bağlı tək arzusu tezliklə sağalmağındır. Bir də ki, sən borcunu qələbə qazanmaqla qaytarmısan. Bundan gözəl nə ola bilər” dedim.

Bircə kəlmə söylədi: “Kaş ki mən də şəhid olardım”. Və bu bir kəlmə ilə anladım: son zamanlar hədsiz fikirli halı əslində ruhunun döyüş yolunda itirdiyi dostlarına qovuşmaq istəyi idi. Ruhən qovuşmuşdu da... O yaşamağa davam etsə də, əslində ruhən çoxdan şəhid olmuş döyüş yoldaşlarının yanında idi. Döyüş meydanında çiyin-çiyinə vuruşduğu, çətin anları birlikdə paylaşdığı dostlarının yoxluğu onun ürəyində dərin iz buraxmışdı. Ürək isə...

Ürək də ürəkdir axı...

Qəfil və vaxtsız ölümlərindən sonra dostlarımız Dəyanət və Şəlalə haqqında yazı yazanda da heç cür özümü toparlaya bilmirdim. Əlim gəlmirdi yazmağa.

Çox qəribədir... Məsləyimlə bağlı ara-sıra dünyasını dəyişən məşhurların xatirəsinə həsr olunmuş yazılar yazır, reportajlar hazırlayır, süjetlər çəkirəm. Amma bu situasiya tamamilə fərqlidir. Dünyasını dəyişən dost haqqında yazmaq o qədər də asan deyil. Bəzən bu halda insana bir güc gəlir...

Düşüncələr Dəyanət kimi məğrur, Şəlalə kimi saf olur. Hər biri öz yolu ilə irəliləyir, dayanmadan, sanki, heç vaxt yorulmayacaqmış kimi... Məğrur və axıcı fikirlər insanı göylərə qaldırır, ruhunu işıqlandırır və onun içindəki sükunəti üzə çıxarır. Bu düşüncələrin içində, sanki, itirilmiş xatirələr, unudulmaz anlar və dərin hisslər yaşayır – Dəyanətin qüruru ilə Şəlalənin gücü birləşərək, əbədi bir iz qoyur.
Bu əbədiyyətin bir sakini oldu Rəşad. Səssiz-səmirsiz... Getdi və arxasında 2 cüt göz buraxdı...

Yağmur adam

Rəşadın xəbəri gələndə inana bilmirdim, xatirələri yazıya köçürmək istəyirdim, amma bacarmırdım. Rəşadın bütün cizgilərini, baxışlarını özündə daşıyan bir mələk simanı - Yağmuru görənə qədər... “Qız uşaqları atalarına daha çox bənzəyir” deyirlər. 14-15 yaşlı bir qızın bütün ruhu, xarakteri ilə atasına bənzəməyi, yazı bacarığı, ağrılı da olsa düşüncələrini publisistik üslubda dolğun ifadə etmək bacarığı, atası ilə xatirələrini memuar şəklində qələmə almaq forması... “Ot kökü üstündə bitər” deyirlər. Demək ki Rəşad vəfat etməyib, yenidən doğulub, yaşamaq və yaşatmaq üçün... Yağmur kimi...

Vətən adam

Sən o yağışların sədası altında səssizcə köçdün bu dünyadan, Vətən adam. İndi hər yağış yağanda elə biləcəyik ki, göylər sənin yoxluğuna ağlayır...

Sən vətənə borcunu verib köçdün dünyadan… Hər addımın və mübarizən torpağın azadlığı uğrunda oldu. Sənin adın yalnız xatirələrdə deyil, azad etdiyin torpaqların hər cığırında anılacaq. Sən qalib getdin həm Vətən uğrunda, həm də ruhların sükutunda... Rəşad adam, Yağmur adam, Vətən adam!..

Telejurnalist Könül Rəhim

Qafqazinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Bu gün, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Bu gün, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Bu gün, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Bu gün, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru