“Xətai Təchizat” ASC 2024-cü ili 950.56 manat xalis mənfəətlə bitirsə də, 2025-ci ilin yekununda 17 078 manat xalis zərər edib.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin satışdan gəlirləri 2024-cü ildəki 266 433 manatdan 285 734 manata yüksəlib. Lakin əməliyyat və digər inzibati xərclərin kəskin artaraq 302 812 manata çatması nəticəsində şirkət ciddi maliyyə itkisi ilə üzləşib.
Hesabat dövründə “Xətai Təchizat” ASC-nin cəmi aktivlərinin həcmində azalma müşahidə olunub. 2024-cü ilin sonunda şirkətin cəmi aktivləri 169 779 manat təşkil etdiyi halda, 2025-ci ilin dekabrın 31-nə bu göstərici 139 283 manata düşüb.
“Xətai Təchizat” ASC-nin cəmi öhdəlikləri 2024-cü ildəki 73 812 manatdan 60 393 manata, cəmi kapitalı ötən illə müqayisədə 95 968 manatdan 78 890 manata qədər geriləyib.








