AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək .....                     "Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." .....                     Ermənistandan növbəti təxribat .....                     “17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” .....                     İrəvanda "Zelenski" gərginliyi .....                     Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi .....                     Cəsarətli siyasət .....                     "Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" .....                     "Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" .....                     Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... .....                     “Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... .....                     Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB .....                     "Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                 

Bakı-Moskva xəttində qəfil canlanma - kritik son ay
Tarix: 4-12-2025, 08:27 | Çap et

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MGIMO) “Dəyişən Beynəlxalq Münasibətlər Arxitekturasında Rusiya-Azərbaycan Əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir MGIMO Azərbaycan Klubunun təşəbbüsü və universitetin rektorluğunun dəstəyi ilə təşkil edilib.

Dəyirmi masada MGIMO rektoru professor Anatoli Torkunov, səfir Rəhman Mustafayev, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, universitetin müəllim və professor heyəti, Rusiya ekspert icmasının nümayəndələri və MGIMO-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfir Rəhman Mustafayev dəyirmi masa iştirakçılarını Azərbaycanın hazırkı daxili və xarici siyasətinin prioritet istiqamətləri barədə məlumatlandırıb. Xüsusilə o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası proqramı və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesi barədə danışıb. Diplomat həmçinin Ermənistan və Azərbaycan arasında normallaşma prosesi, o cümlədən görülən etimadın artırılması tədbirləri barədə ətraflı məlumat verib. Xəzər beşliyi, “3+3", "Mərkəzi Asiya + Azərbaycan" və Türk Dövlətləri Təşkilatı çərçivəsində qonşu dövlətlərlə regional əməkdaşlığın dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğu vurğulayıb.

Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin dinamikasından danışan səfir qeyd edib ki, onlar zamanın sınağından və ötən ilin dekabr ayında AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı böhrandan keçib. Diplomat əlavə edib ki, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya liderlərinin Düşənbə görüşü ikitərəfli münasibətlərin normallaşdırılmasında ilk mühüm addım olub.

Dəyirmi masada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin, MGIMO-nun müəllim heyətinin və rusiyalı siyasi ekspertlərin çıxışları olub, eləcə də Azərbaycan-Rusiya gündəliyi ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Bundan əvvəl isə Rusiyanın və Azərbaycanın İsraildəki səfirləri bir araya gələrək münasibətləri müzakirə etmişdi. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb. O, Brüsseldə “EU Today”a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yanlış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Moskva qarşısında dörd əsas məsələni istəyib: rəsmi üzr, tam istintaq, məsul şəxslərin məsuliyyətə cəlb olunması və kompensasiya. “Bu məsələlər həll olunduqdan sonra anlaşılmazlıqlar səhifəsini çevirir və iki ölkə arasında normal qonşuluq münasibətlərinə davam edirik”, - o əlavə edib.

Bakı-Moskva münasibətlərində tam yumşalma olduğunu demək mümkünmü? Bu təmaslardan sonra vurulan təyyarə ilə bağlı Kreml liderinin verdiyi vədlər yerinə yetiriləcəkmi? 

Professor Qabil Hüseynli hesab edir ki, Azərbaycan heç zaman Rusiya ilə gərginlikdə maraqlı olmayıb. Onun fikrincə, qarşı tərəfin addımları əlaqələrin korlanmasına gətirib çıxarıb: “Təyyarə vurulana qədər münasibətlər rəvan idi və axarı ilə gedirdi. Sonra Rusiya təzyiqləri artırdı: Yekaterinburq hadisələri, deputat Badamovun deportasiyası, həbslər, təhdidlər... Yəni Rusiya təyyarə ilə dayanmadı. Bu da indiyə qədər soyuqluğa səbəb olub. Əgər Rusiya bu ayın sonunadək verilən sözü yerinə yetirsə, yeni ildən münasibətlərdə təzə səhifə açılacaq. Hərçənd təyyarə ilə bağlı istintaqın gələn ilin əvvəlində yekunlaşacağı haqda bəzi səslər eşidilməkdədir. Deyəsən, Rusiya işi uzatmaq istəyir. Belə davam edərsə, münasibətlər tam sağalmayacaq”.

Hüseynli bütün hallarda Rusiya təhlükəsinin həmişə aktual olduğunu düşünür: “Təkcə Azərbaycan deyil, postsovet respublikaları daim təhdidlə üzbəüz qalmaqdadır. Ukrayna kimi özünə qohum ölkəyə və xalqa hərbi təcavüz edən bir dövlətdən hamıya təhlükə var. Sadəcə, biz Rusiya ilə normal qonşuluq əlaqələrini davam etdiririk. Cənab Hikmət Hacıyev də son müsahibəsində dedi ki, təyyarə ilə bağlı məsələlər həllini tapanda artıq bu səhifə çevriləcək və adi qonşuluq əlaqələri olacaq. Demək istəyirəm ki, Azərbaycan Rusiya ilə Moskva deklorasiyası imzalasa da, heç bir strateji müttəfiqlik münasibətləri yoxdur. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, işğalla barışmamağı tövsiyə edirik, humanitar yardım göstəririk, o cümlədən də Rusiya əleyhinə sanksiyalara qoşulmuruq, ona sanksiyalardan yayınmaqda kömək də etmirik, ticarət dövriyyəsində də artım müşahidə olunmur. Bu da münasibətlərin xarakterini özündə əks etdirir. Azərbaycan şimal qonşusuna inanmır, amma əbədi qonşuluq taleyimizdir və bundan qaçış yoxdur deyə normal əməkdaşlıq etməliyik”.

Q.Hüseynlinin sözlərinə görə, son təmaslar münasibətlərin yaxşılığa doğru getdiyini göstərir: “Bu ayın sonuna yaxın MDB ölkələrinin liderləri Peterburqa çağırılıb və ənənəvi qeyri-rəsmi sammit keçiriləcək. Azərbaycanın iştirakı Rusiyanın təyyarə ilə bağlı atacağı addımlardan asılı ola bilər. Çünki ötən il dövlət başçısı həmin tədbirə gedirdi və o gün təyyarə vuruldu. İndi Rusiya təzminat ödəməli və həbslər həyata keçirməlidir ki, görüş üçün fürsət olsun”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Bu gün, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Bu gün, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Bu gün, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Bu gün, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Cəsarətli siyasət - RƏY
Bu gün, 11:37
"Sədat Quliyev və adamları ailəmi öldürməklə hədələyirlər" – Asif Bayramov
Bu gün, 11:34
"Bir az da belə davam etsə, özümüz epidemiya mənbəyinə çevriləcəyik" - Naxçıvanda 120-yə yaxın əməkdaş gigiyenik problemlə üzləşib
Bu gün, 11:28
Hakim Elnur Nuriyevin əyilən HÖKMÜ: Cənab Prezident, iki dələduzu o XİLAS etdi... - NARAZILIQ VAR...
Bu gün, 11:25
“Uşaqlarımız Şəhidlər Xiyabanında yatanlardır... Necə yəni, uşaqpulu versəniz, onun atası işləməyəcək?”
Bu gün, 11:21
Naxçıvanın keçmiş naziri BÜDCƏ PULLARI İLƏ ÖLKƏDƏN QAÇIB - ŞOK FAKTLAR
Bu gün, 11:10
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru