Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Sizin bir çəkindiyiniz yer varmı?" .....                     Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu .....                     “Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... .....                     Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar .....                     “Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” .....                     Ermənistan Hindistandan yeni silahlar alır: .....                     Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq .....                 

Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Tarix: 17-09-2025, 09:59 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən hədəfi dəyişməyib, bu dəfə də Azərbaycanın adını çəkərək “Putin NATO-su”na daş atıb. Modern.az xəbər verir ki, “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxış edən Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb.

Onun sözlərinə görə, artıq hərbi-siyasi ittifaqlar və ordunun özü ölkənin xarici təhlükəsizliyini qorumaq üçün effektiv mexanizm deyil: "Xüsusilə KTMT məsələsində 3 dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə “qardaş ölkə” kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni yanaşmanı Ermənistan üçün görmək mümkün olmayıb". Paşinyan xatırladıb ki, 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan KTMT-yə müraciət etsə də, cavab ala bilməyib. Lakin burada bir paradoks ortaya çıxır: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o halda KTMT hansı əsasla Qarabağ uğrunda savaşda İrəvana hərbi dəstək verməliydi? Axı təşkilatın nizamnaməsi açıq şəkildə göstərir ki, yalnız üzv dövlətlərin suveren ərazisinə hücum olduqda kollektiv müdafiə mexanizmi işə düşür. Putin həmin vaxt açıq demişdi: “Müharibə Ermənistan ərazisində getmir”. İndi isə Paşinyan eyni fikri təsdiqləyir. Deməli, KTMT, sadəcə, nizamnaməyə uyğun davranıb. Əslində məsələ başqadır: son 2 ildə KTMT-nin bütün tədbirlərini boykot edən Ermənistan rəhbərliyi artıq bu blokdan çıxmaq üçün bəhanələr axtarır. İndi də günahı Azərbaycan üzərinə yıxaraq “Putin NATO-su”na qarşı ritorikanı sərtləşdirir. Amma Bakı üzərindən KTMT-yə hücum cəhdləri həm məntiqsizdir, həm də siyasi uğursuzluğa məhkumdur.

Hərbi ekspert Rövşən Məhərrəmli “Yeni Müsavat”a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son 2 ildə KTMT tədbirlərini boykot etməklə, faktiki olaraq bu qurumdan uzaqlaşma kursunu seçib: “Amma Ermənistan hələ də açıq şəkildə təşkilatdan çıxmağa cəsarət etmir. Çünki yaxşı anlayır ki, KTMT-dən tam qopmaq Moskva ilə münasibətlərin qəti şəkildə korlanması deməkdir və bu, həm siyasi, həm də iqtisadi baxımdan Ermənistan üçün ciddi risklər yarada bilər. Belə bir vəziyyətdə Paşinyan Qərbə inteqrasiya yolunu prioritet elan edib. Lakin burada da problem var, Ermənistan NATO və ya Avropa İttifaqı ilə yaxınlaşmaq istəsə də, onların heç biri Ermənistanı dərhal təhlükəsizlik "çətiri" altına almağa hazır deyil. Qərbin mövqeyi daha çox regional sabitliyə və Azərbaycanın üstün mövqeyinə hörmət əsasında formalaşır. Bu gün Azərbaycan bölgənin əsas hərbi-siyasi oyunçusudur və Qarabağ məsələsinin qəti həlli ilə öz suverenliyini tam təmin edib. Ermənistanın bütün arqumentlərinin iflasa uğraması da məhz bu reallıqdan qaynaqlanır".

Hərbi ekspert bildirib ki, Ermənistanın indiki təhlükəsizlik böhranı bir tərəfdən Moskva ilə münasibətlərin soyuqlamasından, digər tərəfdən isə Qərbin hələlik konkret hərbi dəstək təklif etməməsindən qaynaqlanır: “Yəni Ermənistan hazırda "boşluq" mərhələsini yaşayır. Belə şəraitdə Paşinyanın Azərbaycanı da işin içinə qataraq KTMT-ni ittiham etməsi, sadəcə, daxili auditoriyaya hesablanmış addımdır. Amma bu addımlar nə beynəlxalq miqyasda dəstək gətirəcək, nə də Ermənistanın real təhlükəsizlik problemlərini həll edəcək. Hazırda KTMT-də qalmaq Ermənistan üçün ənənəvi variantdır. Bununla Moskva ilə münasibətlərdə müəyyən sabitlik qorunur, iqtisadi asılılıq mexanizmləri davam edir. Paşinyanın son çıxışları göstərir ki, İrəvanın hədəfi Ermənistan Avropa İttifaqı və NATO ilə yaxınlaşmaqla siyasi dəstək və iqtisadi imkanlar əldə etməsidir. Ən önəmlisi budur ki, Qərb Azərbaycanın regiondakı gücünü və ərazi bütövlüyünü tanıyır. Hazırda Ermənistan üçün nəzəri olaraq ən balanslı yol Moskva ilə tam qarşıdurmadan yayınmaq, eyni zamanda Qərblə əməkdaşlığı inkişaf etdirməkdən keçir. Ermənistanın coğrafi mövqeyi, Rusiya hərbi bazasının Gümrüdə yerləşməsi və iqtisadi asılılıq bu siyasətin reallaşmasını çətinləşdirir. Bundan başqa, regionda neytral mövqeyi qorumaq üçün güclü dövlətçilik və sabit iqtisadi əsaslar lazımdır, amma Ermənistanda bunlar yoxdur. Buna görə də Ermənistanın təhlükəsizlik siyasəti dalana dirənib. Bu şəraitdə Paşinyanın Azərbaycan üzərindən KTMT-yə ittihamlar yönəltməsi əslində daxili auditoriyaya hesablanmış gedişdir. Amma strateji baxımdan Ermənistanın əlində real çıxış yolu görünmür".

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, Paşinyanın KTMT-yə qarşı son çıxışlarını sırf ittifaqdan məyusluq kimi dəyərləndirmək sadəlövhlük olar: “Burada məsələ daha dərindir. Əvvəla, Paşinyan etiraf edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu halda KTMT-dən Qarabağ uğrunda döyüşlərdə hərbi dəstək gözləməsi absurddur. Çünki təşkilatın nizamnaməsi yalnız üzv dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum olduqda işə düşür. Bunu həm Putin, həm də digər KTMT liderləri açıq demişdilər. Əslində Paşinyanın çıxışlarında 2 paralel xətt var - Moskva ilə məsafəni artırmaq, Ermənistan artıq KTMT-nin iclaslarını boykot edir və faktiki olaraq təşkilatdan çıxışa hazırlaşır.

Bundan əlavə, daxili auditoriyanı bu addıma hazırlamaq. Paşinyan indiki halda çalışır ki, Ermənistan cəmiyyətinə “bizim günahımız deyil, KTMT bizi müdafiə etmədi” mesajını versin. Bu gün İrəvanda yaxşı anlayırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və regionda yeni qaydaları müəyyən edən əsas gücə çevrilib. Burada bir mühüm detal da var. Ermənistan Qərbə doğru yönəlmək istəyir, amma Qərb Ermənistanın bütün arzularını dəstəkləməyəcək. Çünki Vaşinqton və Brüssel də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və regionda Bakı ilə əməkdaşlığı prioritet sayır".

Siyasi şərhçi deyib ki, Nikol Paşinyanın KTMT-yə qarşı ittihamlı ritorikası əslində Ermənistanın çıxılmaz vəziyyətini ört-basdır etmək cəhdidir: “Hədəf KTMT deyil, hədəf Moskva ilə balansı dəyişmək və Qərbə mesaj göndərməkdir. Amma bunu Azərbaycanı işin içinə qataraq etməsi həm diplomatik, həm də siyasi baxımdan uğursuzdur. Nikol Paşinyan bu cür gedişlərlə yalnız daxili auditoriyasını azdıra bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Səhmdarlar “FinEx Kredit” BOKT-ni əlavə vəsaitlə ayaqda saxlayır - ZƏRƏR YÜKSƏLİB
Bu gün, 11:00
Rüşvət qalmaqallı direktor görün şagirdi NECƏ ALÇALTDI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:55
"Ded Xasan"ın "taclandırdığı" "qanuni oğru"nun iddiası RƏDD EDİLDİ
Bu gün, 10:42
Köçəryan Moskvanın planını açdı - “Ermənistanda inqilab edəcəyik...”
Bu gün, 10:40
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru