Azərbaycan BOKT-unun təsisçisi dəyişib .....                     “OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü .....                     Deputatlıq mandat deyil, sözün məsuliyyətidir .....                     "Gazelli Group" yenidən təşkil olunur .....                     “Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” .....                     Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır .....                     "PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub .....                     Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü .....                     Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! .....                     TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub .....                     AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib .....                     Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi .....                     Azərbaycanda “lizinq” anlayışı ləğv edilir .....                     Müstəqillik Günündə əfv gözlənilir? .....                     Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu .....                     Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar .....                     Bu kino rejissorlarına 10 min manat veriləcək .....                     İrəvanda parad hazırlığı .....                     Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi .....                     Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA .....                     "Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" .....                     “AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? .....                     Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq .....                     İdxala son: Yerli istehsalçıların dövranı başlayır? .....                     Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir .....                     Şəki və Şirvan apellyasiya məhkəmələrinə .....                     Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub .....                     Polkovnikə vəzifə verildi .....                     Resurslarımız, pulumuz yoxdur, amma... .....                     Ali Məhkəməyə yeni hakimlər təyin olundu .....                     “Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” .....                     Vəzifəyə təyin olunan əməkdar artist: .....                     Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... .....                     Karapetyanın 300 min azərbaycanlı dərdi .....                     İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır .....                     Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... .....                     Ermənistan təhlükənin mənbəyində dolaşır .....                     Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır .....                     “Azfinans” BOKT yenidən zərər edib .....                     ABŞ buna görə narahatdır... .....                 

Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Tarix: 17-09-2025, 09:20 | Çap et

Türkiyə və İsrail arasında gərginlik artıb. Netanyahu hökumətinin Qətərdə HƏMAS təmsilçilərinə hava zərbəsi vəziyyəti daha da qəlizləşdirib və hətta təhlükəli həddə çatdırıb. O dərəcədə ki, artıq Türkiyə və İsrail arasında hərbi toqquşmadan danışılır. O da bildirilir ki, İsrail son anda Türkiyədə deyil, Qətərdə təşkilat liderlərini hədəfə almaq qərarını verib.

Təbii ki, bu, Azərbaycan üçün son dərəcə xoşagəlməz bir durumdur. Ancaq şübhə yox ki, Bakı iki dost və müttəfiq dövlət arasında hərbi konfliktin baş verməməsi üçün əlindən gələni edəcək. Bununla belə, “şər deməsən xeyir gəlməz”, birdən belə bir konflikt baş verdi, Azərbaycanın mövqeyi necə olacaq?

Bu yerdə xatırladaq ki, 15 iyun (2021) Şuşa Bəyannaməsinə görə, Azərbaycan və Türkiyə ikisindən birinə hərbi təcavüz ediləcəyi halda bir-birinə köməyə gəlmək barədə öhdəlik götürüb. Həmin bənd belədir:

“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Ümid edək ki, vəziyyət bu həddə çatmayacaq və Azərbaycan çətin seçim qarşısında qalmayacaq. Birdən qalsa...

Yeri gəlmişkən, İsrail Qəzzaya nəzarəti ələ keçirmək məqsədilə hücuma başlayıb. “Axios” nəşri vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “İsrailə mane olmaq niyyətində deyil və münaqişə ilə bağlı qərarları onun özünə buraxacaq”.

BMT-nin Fələstin ərazilərində hüquqların vəziyyəti ilə bağlı Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının rəhbəri Navi Pillayın sözlərinə görə, Qəzzada soyqırımın baş verdiyinə və bu prosesin davam etdiyi qənaətinə gəliblər. “Biz belə nəticəyə gəldik ki, Qəzzada soyqırımı baş verir və davam edir. Məsuliyyət İsrail dövlətinin üzərinə düşür”, - o vurğulayıb.

İsrail Xarici İşlər Nazirliyi Qəzzada iddia edilən soyqırımı ilə bağlı BMT-nin hesabatını rədd edib, onu “HƏMAS-ın yalanı” adlandırıb və sənədi hazırlayan komissiyanın ləğv edilməsini tələb edib. İsrailin müdafiə naziri İsrael Katz ordunun HƏMAS-a məxsus infrastruktura zərbələr endirdiyini bildirib. “Qəzza yanır. İsrail ordusu terror infrastrukturuna dəmir yumruqla zərbələr endirir və girovların azad olunması, eləcə də HƏMAS-ın məğlub edilməsi üçün cəsarətlə vuruşur. Biz missiya tamamlanmayana qədər geri çəkilməyəcəyik”, - Katz X hesabında qeyd edib.

İsrail ordusu 350 000 fələstinlinin Qəzza şəhərini tərk edərək digər bölgələrə getdiyini qeyd edib.

“Yeni Müsavat”a danışan siyasi ekspert Züriyə Qarayeva Türkiyə ilə İsrail arasında vəziyyətin o həddə çatacağını gözləmir, çünki hər iki dövlət ABŞ ilə müttəfiqdir, Vaşinqton isə belə bir münaqişəyə razı olmaz. Analitikin fikrincə, hərbi eskalasiya ən pis halda Suriyada proksi savaş şəklində ola bilər, yəni bir-birinin ərazisinə hücum etməzlər: “Belədə isə Azərbaycanın Şuşa Bəyannaməsinə görə dəstəyinə ehtiyac qalmaz. Çünki hərbi toqquşma Suriyada baş verə bilər ki, bu da Türkiyənin ərazisinə müdaxilə sayılmayacaq. Halbuki Suriyada da qarşıdurma gözləmirəm. Sadəcə, əsəb müharibəsi gedir və gərginlik ən yüksək həddə çatıb. Düşünürəm ki, diplomatik kanallarla, elə Azərbaycanın da vasitəçiliyi ilə yumşalma ola bilər”.

Ekspert hesab edir ki, əgər İsrail ordusu Türkiyəyə hücum etsə, çox ağır bədəlini ödəyər: “Əvvəla, burada məntiq görmürəm. Belə bir həmlə NATO-nun müdaxiləsinə səbəb olmalıdır. Çünki Türkiyə alyansa üzv ölkədir. Bloka qoşulan hər bir dövlətə hücum ona təhdid deməkdir və münaqişəyə qoşulmalıdır. İsrail isə belə bir səhv etməz və ABŞ da imkan verməz. Üstəlik, İsrailin Türkiyəyə gücü çatmaz. Bu ölkə NATO-da ordu qüdrətinə görə ikincidir. İsrail isə iki ildir ki, HƏMAS-la savaşır. Bu baxımdan, İsrailin Türkiyə ilə açıq müharibəsini istisna edirəm. Eləcə də Türkiyənin İsrailə zərbələr endirəcəyini gözləmirəm. Amma dediyim kimi, tərəflər Suriyada toqquşa, yaxud proksi müharibə apara bilər. Onsuz da Türkiyə HƏMAS hərəkatını siyasi təşkilat sayır. Yəni ona siyasi dəstəyini ifadə edir. Qətər də Türkiyə ilə eyni mövqedədir. Ona görə İsraillə soyuq müharibə görünməkdədir. Bizim üçün arzuolunmaz vəziyyətdir və Azərbaycan ona dost-qardaş olan ölkələrin arasında artan gərginlikdə maraqlı deyil, əksinə, Bakıda barışıq üçün görüşlər də təşkil olunub. Ümid edirik ki, bu dəfə də gərginliyin azalması üçün danışıqlar baş tutacaq. Amma tezliklə problemin həllini gözləmirəm. İsrailin Qəzzada əməliyyatları Türkiyə ilə münasibətləri uzunmüddətli böhrana gətirib çıxarıb”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli məsələyə fərqli prizmadan yanaşmağın tərəfdarıdır. Onun fikrincə, ilk növbədə İsrailin baş naziri Netanyahu Qətərə hava hücumuna bəraət qazandırmaq istəyib. Bildirib ki, terrorçulara sığınacaq verən ölkələrin suverenliyi toxunulmaz sayıla bilməz və ölkəsinin HƏMAS rəhbərliyini aradan qaldırmaq məqsədilə həyata keçirdiyi əməliyyat beynəlxalq hüquqa zidd deyil.

Mütəxəssis hesab edir ki, Qəzzada 50 mindən çox dinc sakini yalnız etnik mənsubiyyətinə görə qətlə yetirən bir şəxsin beynəlxalq hüquqa istinad etməsi siyasi riyakarlıqdır: “İsrail əməkdaşlıq etdiyi Azərbaycandan çox şey öyrənə bilər. Nə 44 günlük Vətən müharibəsi, nə də bir günlük antiterror əməliyyatı zamanı bir nəfər də olsun burnu qanayan dinc erməni sakini tapıldı. BMT-nin məlum qətnaməsinin ziddinə olaraq, təxminən 80 il müddətində müstəqil Fələstin dövlətinin yaranmasına imkan verməməklə, fələstinlilər yaşayan əraziləri tədricən zorla ilhaq edərək, "böyük İsrail" dövləti yaratmaq xülyasını gerşəkləşdirmək istəyənlər “Böyük Ermənistan” xülyasının acınacaqlı sonunu unutmasınlar".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Bu gün, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Bu gün, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Bu gün, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Bu gün, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Bu gün, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Bu gün, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 15:03
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Bu gün, 15:01
Ermənistan belə idarə olunub: ya ölüm, ya azadlıq! - Paşinyan
Bu gün, 14:55
TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 14:52
AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib - DİQQƏT!
Bu gün, 14:49
Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Bu gün, 14:43
Azərbaycanda “lizinq” anlayışı ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 14:39
Müstəqillik Günündə əfv gözlənilir? - AÇIQLAMA
Bu gün, 14:37
Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu - 4 il şərti cəza alıb
Bu gün, 14:22
Şeyx Əbdül Mahmudovdan sərt ittihamlar - “Saxta qurultaydır”
Bu gün, 14:18
Bu kino rejissorlarına 10 min manat veriləcək - SİYAHI
Bu gün, 14:15
İrəvanda parad hazırlığı – Paşinyanın şousu, yoxsa...
Bu gün, 14:09
Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi – yeni təyinat
Bu gün, 14:04
Əməkdar artistdən Nigar Camala SƏRT REAKSİYA - “Bu, onun İQ səviyyəsini göstərir”
Bu gün, 13:59
"Mən özümü öldürsəm də, əvvəlki verilişlərdən olmayacaq" - Xalq artisti Eldost Bayram
Bu gün, 13:53
“AF Hotel” yandı, “Eurohome” bağlandı, Rusiyadakı biznesinin taleyi necə olacaq? – Azay Möhnətov "Bədəl" ödəyir
Bu gün, 13:51
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq - MƏQALƏ
Bu gün, 13:47
İdxala son: Yerli istehsalçıların dövranı başlayır? - ARAŞDIRMA
Bu gün, 13:33
Əli Həsənovun kadrı Bakı Təhsil İdarəsinə rəhbər gətirilir - İLGİNC İDDİALAR...
Bu gün, 13:29
Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Bu gün, 13:24
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub - SİYAHI
Bu gün, 13:23
Polkovnikə vəzifə verildi - ƏMR
Bu gün, 13:18
Resurslarımız, pulumuz yoxdur, amma... - Özgür Özəl
Bu gün, 13:13
Ali Məhkəməyə yeni hakimlər təyin olundu - ADLAR
Bu gün, 13:10
“Bilmirəm hansısa səbəbdən bu qurum birləşdirildi” - deputat
Bu gün, 13:09
Vəzifəyə təyin olunan əməkdar artist: - “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”
Bu gün, 12:45
Bəli, azərbaycanlılar ət yeməklərini sevəndirlər... amma tapa bilsələr... - REPLİKA
Bu gün, 12:39
Karapetyanın 300 min azərbaycanlı dərdi - KİV
Bu gün, 12:35
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
Bu gün, 12:32
Saleh Məmmədovdan qalma KORRUPSİYA RIÇAQLARI LƏĞV OLUNUR... - SİYAHI
Bu gün, 12:27
Ermənistan təhlükənin mənbəyində dolaşır - Şoyqu
Bu gün, 12:23
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır – Rəsmi
Bu gün, 12:22
“Azfinans” BOKT yenidən zərər edib
Bu gün, 12:19
ABŞ buna görə narahatdır... - İNCƏLƏMƏ
Bu gün, 12:11
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:08
"Sizin bir çəkindiyiniz yer varmı?" - ETİRAZ VAR!
Bu gün, 12:04
Nə yaxşı, nə də pis: Qorxmaz Əlili paradoksu - Saffari yazır...
Bu gün, 11:33
“Referans Estetik Mərkəzi”ndən CİDDİ NARAZILIQ... - Rövşən Babayev estetik görünüşümü pozdu…
Bu gün, 11:29
Bakıda türkiyəli iş adamının evindən 193 min manat oğurlayanlar yenidən məhkəmə qarşısında
Bu gün, 11:18
“Azərbaycanlıların Ermənistanda məskunlaşacağını istisna etmirəm” - Simonyan
Bu gün, 11:17
Ermənistan Hindistandan yeni silahlar alır: - Siyahıda nələr var?
Bu gün, 11:14
Robert Köçəryan seçkidə qələbə qazansa, koalisiya hökuməti quracaq - “Past” qəzeti
Bu gün, 11:10
Kreml təbliğatçıları üçün “Facebook”: Qabrelyanovun şəbəkədə hürüşü - “Dərin sosioloji tədqiqat”, “400 min erməni” mifi və...
Bu gün, 11:05
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? – Rəsmi
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru