“Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                 

Bu, bizim məsələ deyil... - ONA GÖRƏ DƏ...
Tarix: 3-09-2025, 09:29 | Çap et

Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında bir sıra mühüm qərarlar qəbul edilib. Onların arasında Tiencinn Bəyannaməsi və 2035-ci ilə qədər ŞƏT-in İnkişaf Strategiyası da var.

“Yeni Müsavat” xatırladır ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın ŞƏT-ə üzv olmasını dəstəklədiyini bəyan edib. Si Cinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı səsləndirib.

“Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır”.

O əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir. ŞƏT-in iclasında “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirmək qərarı verilib. Üzv dövlətlər “müşahidəçi” və “dialoq üzrə tərəfdaş” statuslarını vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirib.

Yekun sənəddə deyilir ki, ŞƏT-ə üzv dövlətlər Laosa dialoq üzrə tərəfdaş statusunun verilməsi qərarını məmnunluqla qeyd ediblər. Hazırda ŞƏT-ə on dövlət daxildir: Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan. İndiyədək müşahidəçi statusuna malik iki dövlət vardı - Əfqanıstan və Monqolustan. Dialoq üzrə isə tərəfdaş statusuna malik on dörd ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lankadır. Yeni dəyişiklikdən sonra Azərbaycan “ŞƏT tərəfdaşı” statusu aldı. Ekspertlərin fikrincə, ŞƏT-in hazırkı sammiti əsaslı geosiyasi dəyişikliklərin simvollarından birinə çevriləcək. Analitiklər hesab edirlər ki, bu sammit beynəlxalq münasibətlər sisteminin transformasiyasını sürətləndirməyə qadirdir. Ekspert qeyd edir ki, ŞƏT-i cəlbedici edən təşkilatın qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan alternativ əməkdaşlıq modelidir. Ev sahibi ölkənin məlumatına görə, hazırkı sammit təşkilat yaranandan bəri ən böyük sammit idi.

Qərb mediası sammitə narahat reaksiya verib. Məsələn, “Reuters” xatırladır ki, son illərdə ŞƏT-in daimi üzvlərinin sayı 10-a, müşahidəçilərin və dialoq üzrə tərəfdaşların sayı isə 16-ya çatıb. Eyni zamanda təşkilatın səlahiyyətləri təhlükəsizlik məsələlərindən, terrorizmlə mübarizədən iqtisadi və hərbi əməkdaşlığa qədər genişlənib.

Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kozyulinin RT-yə verdiyi şərhdə dediyi kimi, ŞƏT sammiti “qlobal idarəetmənin alternativ mərkəzlərinin” formalaşmasına şərait yaratdığına görə Qərbdə müəyyən təşviş yaradır. “Mövcud tendensiyalar belə qənaətə gəlməyə imkan verir ki, Qərb strukturlarının dünya düzəninə təsirləri qaçılmaz olaraq azalacaq. ŞƏT-in inkişafı isə buna böyük ölçüdə kömək edəcək. ŞƏT və BRİKS ölkələri nə qədər güclü olarsa, heç bir ölkənin özbaşına şərtləri diktə edə bilməyəcəyi balanslaşdırılmış sistem bir o qədər tez formalaşacaq”, - Kozyulin vurğulayıb.

ReAl Partiyasının sədri Natiq Cəfərlinin fikrincə, Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar bir daha onu sübut etdi ki, Qərb, əsasən də Avropa öz hegemonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir. Partiya sədri hesab edir ki, günah özlərindədir: “Son 30 ildə Avropa "SSRİ"ləşdikcə, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda “Qərbləşdilər” və bu proses orqanik, Qərbin səhvlərini təkrar etməyərək baş verdi.

Avropa ifrat tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü xərcləyib bitirdi. Bu gün, məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur, Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da Avropa Birliyinin requlyativ, tənzimləyici məhdudiyyətlərini aşmaq lazım olur, amma məsələn, Laosda bu məsələ 1 günə həllini tapır. Bu gün Avropa ölkələri turizmlə mübarizə aparır, hər gün daha çox məhdudiyyətlər qoyur, amma, məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə qapılarını turistlər üçün daha çox açır. Ümumiyyətlə, Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə iqtisadi artımin tempi göz qamaşdırır. Qərbin ümidi yenə ABŞ-dir".

Analitik Elxan Şahinoğlu isə o qənaətdədir ki, Rusiya və Çin Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS vasitəsilə birqütblü dünyanı ortadan qaldırmağa çalışır: “Bu bizim məsələ deyil. Azərbaycanın bu təşkilata marağı iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi, üzv ölkələrin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsini təmin etməklə əlaqəlidir”.

E.Şahinoğlunun sözlərinə görə, Çin və Rusiya birqütblü dünyanın başa çatmasını istəyirlər: “Amma həm də başqa hədəflər də var - iqtisadi əməkdaşlıq, logistika və sair.

Azərbaycana gəldikdə, Mərkəzi Asiya ilə əməkdaşlığımızı gücləndirməliyik. Eyni zamanda Prezidentin Çinə səfəri və ŞƏT-ə marağı Rusiyaya da mesaj olmalıdır. Moskva görməlidir ki, sən bizimlə yuxarıdan aşağı davranmağa çalışırsan, amma ən yaxın tərəfdaşın Çin Azərbaycanla əlaqələr qurur. Çin Rusiya kimi kobud addımlar atmır, ona görə bu ölkə ilə əməkdaşlıq cəlbedicidir".

Siyasi təhlilçi Aqşin Kərimov daha çox Çinin qlobal siyasətdə yüksəlişinə diqqət çəkir. Onun sözlərinə görə, Çinin reaktiv templə dünya olimpinin zirvəsinə qalxmaq səyləri güc mərkəzləri arasındakı strateji sərhədləri dəyişdirir. Beynəlxalq səviyyədə Rusiya və ABŞ-nin öz mövqelərini itirmədən Çinin yüksəlişi başqa bir istiqamətə doğru gedir. Strateji hüdudların yeni dizaynı qaçılmazdır və bu, baş verəcəyi təqdirdə İkinci Dünya müharibəsindən sonra formalaşmış münasibətlər sisteminə meydan oxuyacaq fərqli tərzlər meydana çıxacaq. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi landşaftın dəyişdirilməsi, 12 günlük İsrail-İran müharibəsinin çox geniş geostrateji konteksti perspektiv üçün həmin münasibətlərə dair təsəvvürlərin yaradılmasına doğru bir gedişlərdir. Azərbaycan isə bu gedişləri Ermənistanla münasibətlər kontekstində regional müharibəyə çevirmək istəməyərək daha fərqli dizayna üstünlük verdi".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru